01 May 2024 12:45
297
İDMAN
A- A+

Zemfira Meftahətdinova: Atıcılarımızın Dünya Kubokunda uğurlu nəticələr qazanacağına inanıram

 

"İdmançılarımızın bu yarışdan uğurlu nəticələrlə ayrılacağına inanıram".

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova Bakıda keçiriləcək Dünya Kuboku öncəsi təşkil olunan mətbuat konfransında deyib.

O, Azərbaycanda perspektivli atıcıların çox olduğunu diqqətə çatdırıb: "Atıcılarımız hər zaman ölkəmizi nüfuzlu turnirlərdə layiqincə təmsil edirlər. Əli Hüseynli, Nurlana Cəfərova, Nigar Nəsirova kimi istedadlı atıcılarımız lisenziya turnirlərində öz qüvvələrini sınadılar. Onların lisenziya qazanmaq üçün şansları var idi. Finala qədər irəliləmişdilər. Nəticələr onu göstərir ki, bu idman növü Azərbaycanda kifayət qədər inkişaf edib".

Qeyd edək ki, Dünya Kuboku mayın 1-dən 12-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video