15 Yanvar 2024 23:21
9745
Birinci vitse-prezident
A- A+

Gənclər və idman naziri Qubada idman federasiyaları nümayəndələrinin təkliflərini dinləyib

 

Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 15-də federasiya nümayəndələri ilə 12-ci görüşünü 2024-cü ilin “İdman paytaxtı” Quba şəhərində keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Quba Olimpiya İdman Kompleksində təşkil olunan toplantıda nazir federasiya nümayəndələrini və mütəxəssisləri salamlayaraq son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb, görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən, "Paris-2024" Yay Olimpiya Oyunlarına idman növləri üzrə hazırlıq, 2024-2025-ci illər üçün inkişaf proqramı və digər məsələlər müzakirə olunub. Həmçinin texniki reqlamentlə bağlı təkliflər, beynəlxalq yarışların keçirilməsi ilə bağlı prosedur qaydaları, federasiyaların meyarlara uyğun qiymətləndirilməsi barədə məlumat verilib. 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq məsələləri də müzakirə olunub.

Görüşdə, həmçinin federasiyaların sosial mediada aktivliyi barədə hesabat verilib, nazirliyin rəsmi saytının yenilənmiş versiyası təqdim olunub, idman səfirinin seçilməsi haqqında əsasnamə və digər məsələlər barədə danışılıb.

Tədbirdə federasiyaların rəy və təklifləri dinlənilib, onları narahat edən məsələlər birgə müzakirə olunub.

Görüşdə nazir müavini Mariana Vasileva, nazirliyin müvafiq şöbələrinin müdirləri və “Yüksəliş” müsabiqəsinin qalibləri də iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video