20 Yanvar 2026 17:01
381
CƏMİYYƏT
A- A+
Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib  

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib  


Gəncə şəhər Şəhidlər xiyabanında 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr edilən anım mərasimi təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncədə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, iş adamı Nəcməddin Bilal Ərdoğan, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər Məhkəməsinin sədri Xaqani Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai birlik nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri iştirak ediblər.

Anım mərasimi hərbi orkestrin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Niyazi Bayramov “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra tədbirin aparıcısı 20 Yanvar faciəsi ilə bağlı məlumat verib. Mərasimdə Hacı Tahir Abbasov şəhidlərin ruhuna dualar oxuyub, Bilal Ərdoğana “Qurani-Kərim” kitabını hədiyyə edib.

Qeyd edək ki, bu gün saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələri tərəfindən Azərbaycanda törədilmiş qanlı faciədən 36 il keçməsinə baxmayaraq, xalqımız həmin hadisənin ağır nəticələrini bu gün də dərin hüznlə xatırlayır.

Həmin gecə Bakıda törədilən faciə zamanı yüzlərlə insan öldürülüb və yaralanıb, qanunsuz həbs olunublar. Həmçinin evlər, avtomaşınlar, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlak məhv edilib. Ümummilli Lider Heydər Əliyev faciəyə ilk siyasi və hüquqi qiymət verib. Ulu Öndər 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək bu qanlı hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd olan ağır cinayət kimi qiymətləndirib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü il martın 29-da isə Azərbaycan Respublikası Milli Məclisi səviyyəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin tam təmin olunması 20 Yanvar şəhidlərinin də ruhunu şad edən tarixi hadisələrdir.

20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini sındıra bilməyib, əksinə, azadlıq və müstəqillik əzmini daha da gücləndirib. Xalqımız şəhidlərini qalib, bütöv və suveren Azərbaycanın vətəndaşları kimi dərin ehtiramla yad edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

T.Y.Budaqovun Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

01:47
10 Fevral

Əmək pensiyalarının indeksləşdirilməsi haqqında

01:47
10 Fevral

T.Y.Budaqovun Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında

01:46
10 Fevral

"Notariat haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:45
10 Fevral

"Notariat haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 336-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:45
10 Fevral

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
10 Fevral

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan taxta materiallarının satın alınması məqsədilə açıq tender elan edir

01:42
10 Fevral

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

21:23
09 Fevral

Misli Premyer Liqası: “Turan Tovuz” “Kəpəz”ə qalib gəlib  

21:03
09 Fevral

Aleksandr Sırski: Ukraynanın zərbələri nəticəsində Rusiyada neft emalı 19 faiz azalıb  

20:53
09 Fevral

Prezident: Hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq  

20:37
09 Fevral

Prezident İlham Əliyev: Hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir  

20:33
09 Fevral

Vens: Tərəfdaşlarımız TRIPP layihəsinin çox məhsuldar investisiya imkanı olduğunu düşünürlər  

20:18
09 Fevral

ABŞ-ın vitse-prezidenti TRIPP fondunun yaradılacağını elan edib  

20:07
09 Fevral

Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib YENİLƏNİB 

20:07
09 Fevral

Vens: TRIPP layihəsi regiona tarixi transformasiya gətirəcək  

19:58
09 Fevral

Nikol Paşinyan: Prezident Trampın şəxsi iştirakı ilə regionda sülh bərqərar oldu  

19:47
09 Fevral

Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub  

19:31
09 Fevral

Türkiyənin "Eczacıbaşı Holding" şirkətlər qrupunun Azərbaycanda potensial fəaliyyəti müzakirə olunub  

19:07
09 Fevral

“Barselona”nın prezidenti istefa verib  

18:46
09 Fevral

Portuqaliyada prezident seçkilərində qalib müəyyənləşib

18:44
09 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!