18 Aprel 2024 15:26
234
DÜNYA
A- A+

Fransada insan hüquqları açıq şəkildə tapdalanır 


Parisdə Yay Olimpiya Oyunları yaxınlaşdıqca evsizlərin narahatlığı daha da artır. Onlar körpülərin altında və ya şəhərin hər hansı bir küncündə açıq səma altında özlərinə yer edən kimi Fransa hüquq–mühafizə orqanları tərəfindən qovulurlar.
Trend xəbər verir ki, TF 1 telekanalının yaydığı məlumata görə, bu dəfə polis və jandarmlar Paris bölgəsində ən çox evsizin (SDF) bir arada olduğu rayonda sığınacaq tapmış 450 evsiz insanı təxliyə etmək üçün əməliyyata başlayıb.
Əməliyyata 250 polisin səfərbər edildiyi bildirilir. SDF-lərin bəziləri əvvəlcədən xəbərdar olduqları üçün həmin məkanı bir gün əvvəl tərk ediblər. Digər 300 evsiz insan - kişilər, qadınlar, uşaqlar bu xəbəri eşidən kimi oradan getməyə başlayıb.
Xatırladaq ki, Fransa hakimiyyəti sözügedən əməliyyatlara 2023-cü ildən başlayıb. Ölkədə fəaliyyət göstərən 80-dək qeyri-hökumət təşkilatı və assosiasiyalar bu əməliyyatları pisləyir, onu sosial təmizləmə adlandırırlar. Evsiz insanların əksəriyyətinin işlədiyi, ancaq onlara kirayə mənzil verilmədiyi bildirilir. Yüzlərlə insanın isə sosial mənzil gözlədiyi qeyd edilir. Onlar hətta çoxmərtəbəli binaların pilləkənləri altında və dəhlizlərdə geçələməyə məcbur olurlar. Parisdə işləyən evsizlərin bəzən digər uzaq şəhərlərə göndərildiyi deyilir.
Göründüyü kimi, ən ağır və çirkli işləri görən bu insanların hüquqları özünü “demokratik və hüquqi dövlət” hesab edən Fransada açıq şəkildə tapdalanır.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video