18 Aprel 2024 08:40
161
DÜNYA
A- A+

Fransa paytaxtını genişmiqyaslı etiraz aksiyaları bürüyüb

 

Fransa paytaxtında iyul-avqust aylarında Parisdə keçirilməsi planlaşdırılan Olimpiada dövründə ağır iş şəraitinə görə etiraz aksiyaları keçirilib. Bununla əlaqədar təşkil olunan nümayişlərə minlərlə insan qoşulub. Belə ki, əməkdaşları məzuniyyətsiz, hətta bir neçə ay istirahət günləri olmadan ağır iş gözləyir. Və bütün bunlar layiqli maaş olmadan…
Parisdə müxtəlif peşə sahibləri öz hüquqlarını müdafiə etmək üçün fişənglər yandırıb, məşəl yürüşü təşkil ediblər. Həmkarlar ittifaqları səriştəsiz hökuməti olimpiada zamanı da tətil keçirəcəkləri ilə hədələyirlər. Çünki Fransa prezidenti vətəndaşların problemlərini bir kənara atıb. Qeyd edilir ki, Makronu indi daha çox beynəlxalq imici maraqlandırır. Lakin onun  çoxdan korlanmış reputasiyası  hər növbəti düşüncəsiz bəyanatı və hərəkəti ilə daha da pisləşir.
Emmanuel Makron 2024-cü ilin reytinq sorğularında acınacaqlı nəticələrlə üzləşib. Ekspertlərin fikrincə, bu, onu iflas dərəcəsinə gətirib çıxarır və Avropa Parlamentinə iyunda keçiriləcək seçkilərdə ifrat sağçıların qələbəsinə imkan yaradacaq.
Bir müddət əvvəl İspaniyanın "ABC" qəzeti xəbər vermişdi ki, fransızların 67-68 faizinin öz prezidentləri haqqında fikirləri "pis" və ya "çox pis"dir. Bu da onu bütün əsas sosial sektorlardan - qadınlardan, fəhlələrdən, fermerlərdən və ya orta sinifdən uzaqlaşdırır, onun liberal peşələr, kiçik və orta biznes, nüfuzlu biznesmenlər və pensiyaçılar arasında dəstəyini azaldır və hökumət böhranını sürətləndirir.
Son vaxtlar yerli mətbuat, radio və televiziya təmsilçiləri prezidentin böhrana və hökumət dəyişikliyinə səbəb olduğunu açıq şəkildə bildirirlər. Davam edən bir sıra böhranlarla qarşılaşan fransızların 70-80 faizi isə hesab edir ki, Fransada "işlər pis gedir" və "hər şey daha da pisləşə bilər".
Bu günlərdə Fransanın "Les Echos" qəzeti Elabe sosioloji xidmətinin sorğusuna istinadla məlumat yayıb ki, Makrona ictimai etimad 25 faizə düşüb. Bu da 2022-ci ildən bəri qeydə alınan ən aşağı səviyyədir.
Qəzet yazır ki, buna səbəb Makronun iqtisadiyyatdakı problemlər və Ukrayna ilə bağlı açıqlamalarıdır. Dövlət başçısından ən böyük məyusluğu qadınlar, kənd təsərrüfatı, səhiyyə, təhsil  işçiləri və yaşlı nəslin nümayəndələri yaşayıb. Apreldə bu qrupdan olan respondentlərin yalnız 27 faizi dövlət başçısına etimadı saxlayıb, martda isə bu göstərici 36 faiz olub.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video