14 İyul 2025 14:12
1097
İDMAN
A- A+
Formula 1: Bakı trası yenidən dünya səhnəsində 

Formula 1: Bakı trası yenidən dünya səhnəsində 

Sentyabrın 19–21-də Bakı növbəti dəfə dünya miqyaslı idman tədbirinə ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisi bu il də avtoidman həvəskarlarının diqqət mərkəzində olacaq.

Formula 1 təqvimindəki mərhələlər arasında Azərbaycan Qran-Prisi unikal xüsusiyyətləri ilə seçilir. Yüksək səviyyədə təşkilatçılıq bu mərhələni təqvimin seçilən yarışlardan birinə çevirir.


Niyə fanatlar Azərbaycan Qran-Prisini seçir?

Bakı şəhər trası Formula 1 üzrə dünya çempionatının azsaylı traslarından biridir ki, marşrutun bir hissəsi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərin yaxınlığından keçir. Digər tərəfdə isə müasir memarlıq nümunələri və Xəzər sahili yerləşir. Bu coğrafi və vizual özəllik Bakı trasını digərlərindən fərqləndirir.


Yarışın özü qədər – nəticəsi də gözlənilməzdir

Azərbaycan Qran-Prisi son illərdə nəticələrin öncədən proqnozlaşdırıla bilmədiyi mərhələlərdən biri kimi tanınır. Bu yarışda qaliblər tez-tez dəyişir ki, bu da onu azarkeşlər üçün daha maraqlı və cəlbedici edir.


Sürətin zirvəsi – şəhər trası olsa da, döngələrdə sürət 350 kilometr-saatdır

Bakı trası şəhər trasları arasında ən yüksək sürətə malikdir. Yarış zamanı bəzi döngələrdə avtomobillər 350 kilometr-saat sürət həddinə çatır. Hər döngə strategiyadır. Bir sözlə, hər saniyə nəticəni dəyişə bilər.

Yarışla bərabər festival atmosferi

Yarışla yanaşı, şəhər boyu təşkil olunan fan-zonalar, musiqi proqramları və ictimai tədbirlər Azərbaycan Qran-Prisini, eyni zamanda, əyləncə və mədəniyyət platformasına çevirir. Bu amil yarış həftəsini ölkə vətəndaşları və turistlər üçün daha cəlbedici edir.


Formula 1 vasitəsilə Azərbaycan qlobal media səhnəsində

Yarış dünyanın 180-dən çox ölkəsində canlı yayımlanır. Hər il milyonlarla tamaşaçı Bakının siması, turizm imkanları və müasir infrastrukturu ilə tanış olur. Bu sürət yarışı, həmçinin ölkənin beynəlxalq imicinin formalaşmasına mühüm töhfə verir.


Regionda liderlik: Cənubi Qafqazda yeganə Formula 1 mərhələsi

Azərbaycan Qran-Prisi təkcə ölkə üçün deyil, bütün region üçün strateji hadisədir. Bu, region ölkələri üçün də idman baxımından əhəmiyyətli hadisəyə çevrilib. Minlərlə azarkeş məhz bu yarış vasitəsilə Formula 1-i birbaşa izləmək imkanı əldə edir.


Ölkə brendinə çevrilmiş beynəlxalq tədbir

Formula 1 Azərbaycan Qran-Prisi təkcə idman yarışı deyil, həm də ölkənin brendinə çevrilmiş beynəlxalq idman və mədəniyyət platformasıdır. Bu tədbir həm turizm, həm iqtisadiyyat, həm də beynəlxalq əlaqələrin inkişafı baxımından önəm kəsb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

22:48
24 May

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

18:58
24 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir  

18:37
24 May

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

18:04
24 May

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub  

17:32
24 May

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

15:01
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!