07 Noyabr 2026 16:51
854
CƏMİYYƏT
A- A+
FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a FHN-dən bildirilib.

Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub. Təntənəli tədbirdə çıxış edən nazir Kəmaləddin Heydərov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ildə keçirilmiş antiterror tədbirləri Azərbaycanın gücünü, qüdrətini və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirib. Nazir Azərbaycanın yaxın tarixinə qısa ekskurs edərək, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi, Ordu quruculuğu istiqamətində tarixi xidmətlərindən danışıb. Xatırladıb ki, ötən əsrin 80-ci illərinin sonlarında Ulu Öndərin ölkə rəhbərliyində olmadığı zamanı tarixi fürsət bilən Ermənistanın millətçi dairələri Azərbaycana qarşı açıq formada əsassız ərazi iddialarına başladılar. Bundan sonra Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası, separatçılıq meyillərinin güclənməsi, Sumqayıt hadisələri və digər terrorçu əməllər ölkəmizi ağır vəziyyətə saldı. Həmin vaxt ölkədə hakimiyyət uğrunda mübarizə, xaos və anarxiya şəraitində Azərbaycan dövlət müstəqilliyini itirmək, qardaş qırğını və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Məhz belə bir məqamda xalq öz xilaskarı Heydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ictimai-siyasi sabitliyi təmin etdi, parçalanmaq təhlükəsində olan ölkəmizi davamlı inkişaf yoluna çıxardı. Qarabağ probleminin həllini dövlət siyasətinin başlıca prioritetlərindən biri kimi müəyyənləşdirən Ümummilli Lider beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyinin müdafiəsi, xalqın milli birliyinin və mübarizə əzminin möhkəmləndirilməsi, güclü Ordunun formalaşdırılması istiqamətində misilsiz xidmətlər göstərdi.

Nazir diqqətə çatdırıb ki, altıncı ildönümünü qeyd etdiyimiz tarixi Zəfər Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrin möhkəmləndirilməsi və ölkənin müdafiə potensialının artırılması sahəsində yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib. Bu tarixi Zəfər milli kimliyimizin, həmrəyliyimizin, ləyaqətimizin və gücümüzün təcəssümüdür. Əldə olunan Qələbə xalqımızın milli qürur mənbəyi kimi dövlətçilik tariximizdə əbədi yaşayacaq.

Fövqəladə hallar naziri Zəfərlə başa çatan Vətən müharibəsi günlərində FHN-in şəxsi heyətinin də şərəflə xidmət etdiyini xatırladaraq, nazirliyin cəbhəyanı rayonlarda gördüyü işlərdən bəhs edib. O, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, 44 günlük müharibə dövründə əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Nazir işğaldan azad olunmuş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərindən danışıb. Qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri və görülən işləri birbaşa nəzarətdə saxlamaları sayəsində Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir, doğma torpaqlarımıza həyat geri qayıdır.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşı Raul Qasımov şərəfli döyüş yolundan danışıb, xatirələrini bölüşüb.

Ehtiyatda olan mayor, qazi Süleyman Heydərov çıxış edərək tarixi Zəfərin əhəmiyyətindən bəhs edib, Azərbaycan əsgərinin döyüş ruhundan, xalqımızın həmrəyliyindən və qələbə əzmindən danışıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib  

21:18
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb  

21:16
08 Noyabr

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır 

21:14
08 Noyabr

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin təcəssümü  - VİDEO

20:40
08 Noyabr

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

20:05
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB  

19:51
08 Noyabr

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub  

19:01
08 Noyabr

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

18:49
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

18:47
08 Noyabr

Oman körfəzində insident baş verib

18:20
08 Noyabr

“Nəfəsim Vətən”

18:09
08 Noyabr

 Hipertoniyanın müalicəsində yeni dərman kəşf edilib

18:01
08 Noyabr

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

17:54
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar

17:51
08 Noyabr

Sarsılmaz müttəfiqlik, ortaq strateji hədəflər

17:41
08 Noyabr

Müharibənin başa çatması yeni regional nizamın formalaşmasına yol açdı  

17:33
08 Noyabr

ABŞ-də Demokratlar Ukrayna üçün 15 milyard dollarlıq yardım paketi hazırlayır  

17:20
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!