Fakt təsdiqlənsə də...
"Azərbaycan" qəzeti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə "Fotofakt"da qaldırılmış problemin həlli istiqamətində tədbir görülməsi barədə" məktub daxil olmuşdur.
Məsələ ilə əlaqədar 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən yerində araşdırma aparılaraq tərtib edilmiş (2023-cü il 27 dekabr tarixli, 26/1744/d nömrəli məktubu ilə daxil olmuş) 2023-cü il 27 dekabr tarixli, 1012 nömrəli baxış aktında Yasamal rayonu, Məmməd Rahim küçəsində yerləşən Bakı Dövlət Universitetinin həyətyanı sahəsində 1 ədəd, Memarlıq və İnşaat Universitetinin giriş qapısının yaxınlığında, avtomobil yolunun kənarında 1 ədəd quru qovaq ağacının olduğu qeyd edilmişdir.
Bildiririk ki, Bakı şəhəri ərazisində təbii şəraitdə köküstə tam qurumuş, kök boğazı və ya gövdəsinin çürüməsi nəticəsində qəzalı vəziyyətə düşmüş və aşma təhlükəsində olan Qovaq cinsli ağacların istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qəbul olunmuş qərar və ona əlavə edilmiş "Yaşıllığın götürülməsi vərəqi" əsasında mütləq 11 saylı RETSİ-nin iştirakının (əvvəlcədən verilmiş məlumat əsasında) təmin edilməsi və yerində mühitə uyğun cinslərdən yeni ağac tinginin əkilməsi şərti ilə götürülməsinə dair rəy və budanmasına zərurət yaranmış hündürgövdəli qovaq ağaclarının gövdələrinin üst hissəsindən budanması, gövdəsi və ya budaqları kommunikasiya xətlərinə toxunaraq təhlükə yaradanların isə xətlərdən aralı məsafəyədək budanaraq təhlükəsiz vəziyyətə gətirilməsi ilə bağlı ekoloji tələb 2021-ci il 8 yanvar tarixli, 22/26 nömrəli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə (surəti Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə) ünvanlanmışdır.
Odur ki, həmin quru qovaq ağacları ilə bağlı zəruri tədbirlərin görülməsi sözügedən məktub nəzərə alınmaqla həyata keçirilməlidir.
QEYD: Sözügedən ağaclarla bağlı görülən işlərin icrası zamanı 11 saylı RETSİ-nin nəzarəti (əvvəlcədən verilmiş rəsmi məlumat əsasında) mütləq təmin edilməli, işlərin yerinə yetirilmə tarixi və icrasının nəticəsi barədə rəsmi məlumat (təsdiqedici sənədlər əlavə edilməklə) aidiyyəti üzrə 11 saylı RETSİ-yə təqdim edilməlidir.
Mirsalam QƏNBƏROV,
Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə Heyətinin sədri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qocalmamaq üçün nə edək?
09 May
Milli qəhrəmanların xatirələri yad edilib
09 May
O, ən gözəl əsərlərini Qarabağ mövzusuna həsr edib
09 May
Məzarsız şəhidlər
09 May
Dövlətin işıqlı gələcəyi
09 May
9 May qələbəsinin qazanılmasında Azərbaycanın xüsusi rolu olub
09 May
Sloveniyada Mehdi Hüseynzadənin xatirəsi anılıb
09 May
Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdı...
09 May
Ulu Öndərin adı ilə tarixdən müasirliyə
09 May
"Ulu Öndərin yolu ilə irəliləyərək daha uca zirvələri hədəfləmişik"
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!