25 May 2026 15:57
121
İQTİSADİYYAT
A- A+
ETX vətəndaşlara yeni kiberdələduzluq üsulu ilə bağlı xəbərdarlıq edib

ETX vətəndaşlara yeni kiberdələduzluq üsulu ilə bağlı xəbərdarlıq edib


Son dövrlər dünyada yeni kiberdələduzluq üsulu yayılmaqdadır. Dələduzlar ictimai yerlərdə müxtəlif bəhanələrlə vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəyərək onların biometrik məlumatlarını ələ keçirməyə çalışırlar. Bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü və bəzi hallarda toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə oluna bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Məlumata əsasən, beynəlxalq mühitdə yaşanan bu kimi hallardan qorunmaq üçün Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara aşağıdakı preventiv kibergigiyena tədbirlərinə əməl olunmasını tövsiyə edir:

• Tanımadığınız şəxslərin mobil telefonlarına toxunmayın;

• Naməlum şəxslərin telefonunda heç bir təsdiq əməliyyatı aparmayın;

• Kamera və ya səsli təsdiq tələb edən hallarda ehtiyatlı olun;

• Şəxsi və biometrik məlumatlarınızı üçüncü şəxslərlə paylaşmayın;

• Yaşlı şəxsləri və azyaşlıları bu üsullar barədə məlumatlandırın.

Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara və ya Elektron Təhlükəsizlik Xidmətinin elektron poçt ünvanı [email protected] və ya “1654” qaynar xətti vasitəsilə məlumat verilməsi xahiş olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Google” ağıllı eynək bazarına yenidən qayıdır

19:59
25 May

Estoniya Respublikasının Prezidenti Alar Karisdən

19:55
25 May

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

19:55
25 May

“Meta”nın növbəti hədəfləri açıqlanıb

19:53
25 May

Pakistanda mikroavtobusla avtobusun toqquşması nəticəsində 17 nəfər həlak olub

19:49
25 May

Xarici turistlər Azərbaycanda ödənişləri öz milli valyutalarında edə biləcəklər

19:46
25 May

“Airbnb” fəaliyyətini genişləndirir

19:39
25 May

Apple Music AI musiqilərinə qarşı mübarizəni gücləndirir

19:09
25 May

Məhəmməd Bağır Qalibaf yenidən İran parlamentinin Sədri seçilib

19:06
25 May

Moldova Respublikasının Prezidenti Maya Sandudan

18:51
25 May

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:48
25 May

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilidən

18:41
25 May

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

18:38
25 May

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

18:36
25 May

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

18:36
25 May

Sabah gündüz Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq – XƏBƏRDARLIQ

18:24
25 May

İşğaldan azad edilmiş ərazilərdəki daha 33 müəssisənin əməkdaşları əməyin mühafizəsi barədə məlumatlandırılıblar  

18:11
25 May

Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

18:07
25 May

Azərbaycanda duz istehsalı 28 faiz artıb  

17:23
25 May

Qarabağ və Şərqi Zəngəzurda kredit qoyuluşları 600 milyon manata yaxınlaşıb

17:16
25 May

Kreml Ermənistana Aİİ daxilində Rusiya qazı üçün güzəştli qiymətləri xatırladıb

17:09
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!