22 Yanvar 2023 01:00
2161
SİYASƏT
A- A+
Ərəb dünyası ilə güclənən tərəfdaşlıq

Ərəb dünyası ilə güclənən tərəfdaşlıq

 

Hər ötən gün beynəlxalq nüfuzu daha da artan Azərbaycan dünyada etibarlı tərəfdaşa çevrilib. Beynəlxalq arenada söz sahibi olan Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət sayəsində Azərbaycan dünyanın əksər ölkələri ilə inkişaf etmiş ikitərəfli əlaqələrə malikdir.

 

Azərbaycan Prezidentinə olan ehtiramın parlaq nümunəsi

 

Eləcə də ölkəmizin ərəb dövlətləri ilə qurduğu əlaqələr inkişaf etdirilərək yeni xarakter alıb və sürətli dinamika mərhələsinə qədəm qoyub. Ərəb ölkələri Azərbaycanın həm hərtərəfli inkişafını, həm də beynəlxalq nüfuzunu yüksək qiymətləndirir. Buna Prezident İlham Əliyevin ötən il noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimində Fəxri qonaq statusunda iştirak etməsi də bariz nümunədir. Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin dəvəti ilə Prezident İlham Əliyevin yanvarın 16-da Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı da bu ölkənin timsalında ərəb dünyasının Azərbaycana və onun Prezidentinə olan böyük ehtiramının daha bir parlaq nümunəsidir. 
Müsəlman dünyası ilə tarixən mövcud olmuş əlaqələr müasir dövrdə də Azərbaycanla ərəb ölkələri arasında münasibətlərin inkişafına müsbət təkan verib. Hazırda ölkəmizin Səudiyyə Ərəbistanı, İraq, Qətər, İordaniya, Misir və digər ərəb dövlətləri ilə siyasi münasibətləri, müxtəlif sahələrdə yüksək qarşılıqlı əməkdaşlıq əlaqələri var. 
Bir nüansa xüsusi diqqət çəkək ki, Azərbaycanın torpaqlarını işğal etməsinə görə Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətlər qurmayıb. 
Ümumiyyətlə, ərəb dövlətləri Azərbaycanın haqq işinə dəstək verib, beynəlxalq platformalardakı milli mübarizəmizdə bizimlə həmrəy olduğunu hər zaman nümayiş etdirib. "Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq", - deyə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışında Prezident İlham Əliyev bildirmişdi. Eyni zamanda İlham Əliyev qeyd etmişdi ki, "Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının Sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik".
Azərbaycan 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi statusunda üzvüdür. Hazırda liqa yeddi ölkə ilə, o cümlədən Azərbaycanla imzalanmış Anlaşma memorandumu əsasında əməkdaşlıq edir. Anlaşma memorandumu 2005-ci ildə imzalanıb. 2014-cü ildə isə Ər-Riyadda Ərəb Dövlətləri Liqası, Orta Asiya və Azərbaycan Respublikası arasında Əməkdaşlıq memorandumu imzalanıb. Onu da qeyd edək ki, Ərəb Dövlətləri Liqasının üzvləri həmçinin Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatında təmsil olunurlar. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir. Qarşıda isə ölkəmizlə Ərəb Dövlətləri Liqasının əməkdaşlığının daha da genişdirilməsi hədəflənir. 

 

BƏƏ ilə yeni əməkdaşlıq imkanları 

 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də Azərbaycanın yüksək əməkdaşlıq münasibətləri qurduğu ərəb dövlətlərindəndir. 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyan BƏƏ ilə ölkəmiz arasında 1992-ci il sentyabrın 1-də diplomatik əlaqələr qurulub. Eyni zamanda iqtisadi, ticari əlaqələrə start verilib. 
BƏƏ hər zaman Azərbaycanın süveren ərazilərinin bütövlüyünü dəstəkləyib. Yeri gəlmişkən, ötən il dekabrın 20-21-də Fransa və Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının çağırılmasını istədilər və bu qlobal ali qurum ermənilərin müraciəti və Fransanın istəyi ilə iclas keçirdi. Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən ermənipərəst mətn hazırlansa da, bu, müzakirələr zamanı içərisində Birləşmiş Ərəb Əmirliyinin də olduğu və ölkəmizin haqlı mövqeyini dəstəkləyən ölkələr tərəfindən rədd edildi, nəticədə qərəzli qətnamə qəbul edilmədi.
Birləşmiş Ərəb Əmirliyi ilə Azərbaycan arasında hazırda ikitərəfli münasibətlər olduqca yüksək səviyyədədir. Ölkələrimiz siyasi, iqtisadi və digər sahələrdə uğurla əməkdaşlıq edir, eyni zamanda ticarət əlaqələri və turizm sahəsində də böyük işlər görülür. 
İki ölkə arasında yeni əməkdaşlıq imkanlarına yol açan daha bir uğurlu iş isə bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlığa başlanılmasıdır. Ötən il Azərbaycanda təməli qoyulmuş "Qaradağ" Günəş-Elektrik Stansiyasını da bu ölkənin "Masdar" şirkəti inşa edir. Sözügedən stansiyanın təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev vurğulamışdı ki, "Masdar" şirkəti bizim üçün dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir.  "...Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. Şadam ki, bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir", - deyə dövlət başçısı bildirmişdi.
Bu il yanvarın 16-da Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalanıb.
Sözügedən saziş Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasındakı hərtərəfli əməkdaşlığın inkişafına daha bir töhfədir. 

 

Ölkəmizin dünya miqyasında artan nüfuzu

 

Azərbaycanın Əbu-Dabi Dayanıqlılıq Həftəsinə dəvət olunması ölkəmizin ərəb dövlətləri arasındakı nüfuzuna, eyni zamanda qlobal tərəfdaşlıqdakı etibarlılıq ünvanına dəlalət edir. Çünki sözügedən təşkilat dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç prinsip - qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata keçirir.
2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. 
Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu beynəlxalq siyasət sayəsində ölkəmizin beynəlxalq platformalarda özünəməxsus mühüm rolu və yeri olduğunu bir daha əyani şəkildə göstərir. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!