23 May 2026 08:10
360
CƏMİYYƏT
A- A+
Ənənələrin, dəyərlərin və təcrübələrin qovuşduğu platforma

Ənənələrin, dəyərlərin və təcrübələrin qovuşduğu platforma


Paytaxtımızda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal şəhərsalma gündəmini müəyyənləşdirən ən mühüm beynəlxalq platformalardan biri kimi tarixə düşdü. Mayın 17-dən başlayan və mayın 22-dək davam edən forum Azərbaycanın beynəlxalq nüfuzunu, təşkilatçılıq imkanlarını və urban inkişaf sahəsində artan rolunu bir daha dünyaya nümayiş etdirdi.

BMT-nin Məskunlaşma Proqramı, UN-Habitat və Azərbaycanın birgə təşkil etdiyi forum "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunub. Dünyanın 182 ölkəsindən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi WUF13-ün miqyasını və beynəlxalq əhəmiyyətini göstərdi. Dövlət rəsmiləri, şəhərsalma mütəxəssisləri, memarlar, alimlər, investorlar və beynəlxalq təşkilatların nümayəndələri Bakıda bir araya gələrək gələcəyin şəhərləri ilə bağlı fikir mübadiləsi apardılar.

Forumun ən maraqlı və canlı hissələrindən biri isə "Urban Expo" sərgisi idi. Burada qurulan pavilyonlar müxtəlif ölkələrin şəhərsalma təcrübələrini, innovativ texnologiyalarını və milli xüsusiyyətlərini nümayiş etdirirdi. Sərgidə ümumilikdə 121 pavilyon fəaliyyət göstərirdi ki, onların da 41-i milli pavilyonlar idi. Hər pavilyon özündə memarlıq və urbanizasiya nümunələri ilə yanaşı, həmin ölkələrin mədəniyyətini, düşüncə tərzini və gələcəyə baxışını əks etdirirdi.

Xarici pavilyonlar arasında, xüsusilə diqqət çəkənlərdən biri Hindistan pavilyonu idi. "Hindistanın şəhər transformasiyası: Milyardlarla arzunun mənzillə təmin edilməsi" konsepsiyası əsasında qurulan pavilyonda ölkənin urban inkişaf mərhələləri və müasir şəhərsalma strategiyası təqdim olundu. Pavilyon vasitəsilə milli, regional və şəhər səviyyəsində həyata keçirilən layihələrin innovativ siyasətlər, proqramlar və əməkdaşlıq mexanizmləri sayəsində milyonlarla insanın yaşayış şəraitinin yaxşılaşdırılmasına necə töhfə verdiyi nümayiş etdirildi. Pavilyonun əsas ideyası Hindistanın gələcəyin şəhərlərini formalaşdırmaq üçün dövlət qurumları, özəl sektor və digər tərəfdaşlar arasında əməkdaşlığa əsaslanan geniş bir platforma yaratdığını nümayiş etdirmək idi. Bu model urban problemlərin daha effektiv idarə olunmasına imkan yaradır, eyni zamanda şəhərlərin sosial, iqtisadi və coğrafi baxımdan daha balanslı və inklüziv inkişafını dəstəkləyir.

Türkiyə pavilyonu isə müasir şəhərsalma ilə milli memarlıq ənənələrinin vəhdətini nümayiş etdirirdi. Burada "ağıllı şəhər" texnologiyaları və "yaşıl enerji" layihələri ön plana çıxarılır. Pavilyonda nümayiş olunan layihələr urban inkişafın binaların inşası ilə yanaşı, həm də insanların həyat keyfiyyətinin yüksəldilməsi olduğunu göstərir.

Səudiyyə Ərəbistanı pavilyonunda isə Krallığın bələdiyyə, mənzil və şəhərsalma sahələrində fəaliyyət göstərən 20-dən çox dövlət, özəl və qeyri-kommersiya qurumu təmsil olunurdu. Burada ölkənin urban inkişaf strategiyası və şəhərlərin gələcəyi ilə bağlı həyata keçirilən layihələr nümayiş etdirilirdi. Pavilyonda şəhər və mənzil layihələri rəqəmsal təqdimatlar, interaktiv modellər və vizual həllər vasitəsilə təqdim olunurdu. Burada keçirilən müzakirələr zamanı şəhərsalma, dayanıqlılıq, mənzil maliyyələşdirilməsi, innovasiya, süni intellekt və müasir texnologiyaların urban inkişafda rolu ətrafında fikir mübadiləsi aparıldı. Pavilyonda, həmçinin şəhər yenilənməsi, yaşayış layihələrinin genişləndirilməsi, vətəndaşların mənzil imkanlarının artırılması və sosial yaşayış proqramları ilə bağlı təşəbbüslər də nümayiş etdirilirdi. Səudiyyə Ərəbistanı pavilyonunda iştirakçı qurumlar üçün ayrıca bölmələr yaradılıb. Pavilyon, eyni zamanda "Səudiyyə Ərəbistanı Vizyonu 2030" çərçivəsində həyata keçirilən urban inkişaf strategiyasını da əks etdirir. Burada həyat keyfiyyətinin yüksəldilməsi, evsahibliyi səviyyəsinin artırılması, şəhər dayanıqlığının gücləndirilməsi və innovativ şəhər layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər təqdim olunurdu.

Meksika pavilyonunda dayanıqlı şəhərsalma ilə bağlı müxtəlif təşəbbüs və təcrübələr nümayiş etdirildi. Burada şəhər mühitinin daha ekoloji, inklüziv və dayanıqlı inkişafına yönəlmiş yanaşmalar ziyarətçilərə təqdim olundu. Qazaxıstan pavilyonu da geniş təqdimatları və milli irsi nümayiş etdirən quruluşu ilə "Urban Expo" sərgisinin diqqət çəkən stendlərindən biri oldu. Burada ölkənin şəhərsalma sahəsində həyata keçirdiyi layihələr, innovativ yanaşmalar və dayanıqlı inkişaf istiqamətləri ziyarətçilərə təqdim olundu. Eyni zamanda pavilyon Qazaxıstanın müasir urban transformasiya təcrübəsini və gələcək şəhər vizyonunu əks etdirdi.

Qırğızıstan pavilyonunda İssık-Qul vilayətində, Bişkekdə və ölkənin digər yaşayış məntəqələrində həyata keçirilən şəhər və infrastruktur layihələri təqdim olunurdu. Xüsusilə Tamçı azad maliyyə-iqtisadi zonasında icra edilən layihələr diqqət çəkirdi ki, bu da ölkənin turizm sektorunun inkişafına yeni imkanlar yaradır. Həmçinin pavilyonda Qırğızıstanın qış turizmi sahəsində həyata keçirdiyi irimiqyaslı təşəbbüslər və inkişaf planları da nümayiş etdirilmişdi.

Afrika ölkələrinin pavilyonları isə urbanizasiya prosesinin fərqli tərəflərini nümayiş etdirirdi. Təqdim edilən layihələrdə şəhərlərdə sosial bərabərliyin təmin olunması, yaşayış məkanlarının əlçatanlığı və iqlim dəyişikliklərinə uyğunlaşma məsələləri ön plana çıxırdı. Həmçinin məskunlaşma problemləri və onların həlli yolları diqqətə çatdırılır. Burada urbanizasiya prosesinin idarəolunan şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanırdı.

Digər ölkələrin pavilyonlarında əsas diqqət "yaşıl şəhər" anlayışına yönəlmişdi. Müxtəlif ölkələr şəhərlərdə karbon emissiyalarının azaldılması, ictimai nəqliyyatın inkişafı və ekoloji memarlıq nümunələrini təqdim etdilər.

Forumun maraqlı cəhətlərindən biri də o idi ki, pavilyonlarda urbanizasiya, memarlıq, milli irs və mədəniyyət də nümayiş olunurdu. Musiqi, milli ornamentlər, ənənəvi memarlıq elementləri və mədəni təqdimatlar foruma xüsusi rəng qatırdı. Bu isə WUF13-ü həm də mədəniyyətlərin görüş platformasına çevirmişdi.

Bakıda keçirilən forum Azərbaycanın beynəlxalq dialoq mərkəzi kimi rolunu da gücləndirdi. COP29-dan sonra WUF13 kimi mötəbər tədbirin ölkəmizdə təşkili göstərdi ki, Azərbaycan artıq qlobal problemlərin müzakirə olunduğu əsas platformalardan birinə çevrilib. Burada səsləndirilən fikirlər və təqdim olunan layihələr gələcəyin şəhərlərinin necə formalaşacağı barədə mühüm mesajlar verdi.

WUF13 bir daha göstərdi ki, şəhərlər insanların həyat tərzini, təhlükəsizlik anlayışını, mədəni dəyərlərini və gələcəyə baxışını formalaşdıran canlı məkanlardır. Bakıda təqdim olunan pavilyonlar müxtəlif ölkələrin urban inkişaf, dayanıqlılıq və innovasiya sahəsində baxışlarını əks etdirərək qlobal şəhər gələcəyinə dair mühüm mesajlar verdi. Azərbaycanın evsahibliyi etdiyi bu forum beynəlxalq urban inkişaf dialoqunda mühüm platformalardan biri kimi yadda qaldı.


Təhminə VERDİYEVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib

14:37
23 May

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək  

14:01
23 May

Oleq Babaka həsr olunan kitab Ukraynada təqdim edilib  

13:47
23 May

Dövlət Gömrük Komitəsi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi arasında açıq dialoq platforması keçirilib

13:41
23 May

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib

13:39
23 May

WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb  

13:15
23 May

Suriyada İŞİD terrorçuları yaxalanaraq Türkiyəyə gətirilib

13:00
23 May

Prezident İlham Əliyev: WUF13 Azərbaycanın çoxtərəfliliyə və daha yaxşı gələcək naminə kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir  

12:57
23 May

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub  

12:49
23 May

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

11:58
23 May

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb 

09:47
23 May

Rubio Kubanın ABŞ üçün təhlükə yaratdığını bildirir

08:50
23 May

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

08:48
23 May

"Azərenerji" ASC-nin sədri ilə Xorvatiya səfirinin görüşü olub

08:45
23 May

Bilmək istəyirəm

08:40
23 May

Bakı-Brüssel tərəfdaşlığının yeni prioritetləri

08:35
23 May

Günnütdən Zəfərə doğru

08:33
23 May

Qətiyyətin zəfəri

08:30
23 May

BŞİH-də xarici ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilib 

08:25
23 May

Azərbaycandan şəhərsalma üzrə dünyaya dayanıqlı inkişaf mesajı 

08:20
23 May

Azərbaycanın töhfələri D-8-i daha çevik struktura çevirir

08:15
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!