19 Aprel 2024 16:55
187
CƏMİYYƏT
A- A+

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məqsəd Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin təhlükəsizliyi və gigiyenasının təmin edilməsinin əsasları haqqında” Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiyasının nəzərdə tutulması ilə bağlı olaraq, bu sahədə qardaş ölkə ilə təcrübə mübadiləsi aparmaqdır.

Nümayəndə heyətinin Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertəmlə görüşü olub. Ölkələrimiz arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində fəal əməkdaşlığın həyata keçirildiyi və həmin əməkdaşlığın əməyin mühafizəsi sahəsini də əhatə etməsinin əhəmiyyəti vurğulanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov ölkəmizdə son illər aparılan sosial islahatlar, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində atılan addımlar barədə məlumat verib. Həmçinin Azərbaycanda əməyin mühafizəsi sahəsində görülən işlərə dair təqdimat edilib, yeni yaradılan Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti qeyd olunub.

Səfər çərçivəsində Türkiyənin aidiyyəti dövlət qurumlarının rəsmiləri ilə görüşlər keçirilir, BƏT-in qeyd edilən Konvensiyasının ratifikasiyası, əməyin təhlükəsizliyi və gigiyenası sahəsində təcrübə mübadiləsi aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video