11 İyul 2026 09:24
347
İQTİSADİYYAT
A- A+
Əməkdaşlığın yol xəritəsi

Əməkdaşlığın yol xəritəsi


Azərbaycan-Türkmənistan iqtisadi əlaqələrinin ortaq gələcəyi ortaq maraqlar vəd edir


Azərbaycan və Türkmənistanı təkcə Xəzər dənizi deyil, həm də ortaq tarix, dil, mədəniyyət və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq birləşdirir. Hazırda  iki qardaş ölkə arasında iqtisadi əlaqələrin inkişafı regionun sabitliyi və rifahı baxımından mühüm əhəmiyyət kəsb edir. Enerji, nəqliyyat, ticarət və logistika sahələrində həyata keçirilən birgə layihələr Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Qarşılıqlı etimada söykənən bu münasibətlər yalnız iki dövlətin iqtisadi inkişafına deyil, həm də Xəzər regionunun beynəlxalq iqtisadi əhəmiyyətinin artmasına təsir göstərir. Bu baxımdan Azərbaycan-Türkmənistan iqtisadi əlaqələrinin inkişaf istiqamətlərini və perspektivlərini araşdırmaq xüsusi aktuallıq tələb edir. Əslində beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslər türk dövlətləri arasında birliyin daha çox gücləndirilməsini tarixi zərurətə çevirib. Ötən illər ərzində baş verən proseslər bu istiqamətdə inamlı addımların atıldığını göstərir. Azərbaycan dövləti isə türk dünyasının birliyinin möhkəmlənməsində  aparıcı rol oynayır. 

Xüsusən həmin birlik fonunda təbii qaz ehtiyatlarının səmərəli istifadəsi və ixracı üzrə əməkdaşlıq Azərbaycanla Türkmənistanın  strateji maraqlarına xidmət edir. Bu mənada 2021-ci ildə Xəzər dənizində yerləşən "Dostluq" yatağının birgə işlənilməsinə dair əldə olunan razılaşmanı münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Həmin sənəd təkcə enerji əməkdaşlığının genişlənməsinə deyil, həm də iki dövlət arasında siyasi etimadın möhkəmlənməsinə xidmət edən mühüm addım idi.

Son zamanlar Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri əhatə dairəsini xeyli genişləndirərək çoxşaxəli xarakter alıb. Ticarət, nəqliyyat-logistika, energetika, sənaye və investisiya sahələrində əməkdaşlığın intensivləşməsi artıq reallıqdır. Bu istiqamətdə yaradılmış əməkdaşlıq mexanizmləri də mühüm rol oynayır. Belə ki, 2007-ci ildə yaradılmış Azərbaycan-Türkmənistan Hökumətlərarası Birgə Komissiyası iqtisadi əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsinə, mövcud imkanların dəyərləndirilməsinə və yeni birgə layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradıb. 

İki ölkə arasında əməkdaşlığın praktik nəticələri isə yüksəksəviyyəli qarşılıqlı təmaslarda və iqtisadi gündəliyin əsas istiqamətlərinin müzakirə olunduğu görüşlərdə özünü  aydın büruzə verir. Bu günlər iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Türkmənistana işgüzar səfəri ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın növbəti mühüm mərhələsi kimi diqqət çəkir. Mikayıl Cabbarov Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın Türkmənistan tərəfindən həmsədri Nökərqulı Ataqulıyevlə görüşüb. Görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, sənaye, nəqliyyat, infrastruktur və turizm sahələrində əməkdaşlığın inkişafı, qarşılıqlı maraq doğuran layihələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. İşgüzar səfər çərçivəsində Azərbaycanla Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib. 

Hökumətlərarası Birgə Komissiya Azərbaycan ilə Türkmənistan arasında iqtisadi əməkdaşlığın əlaqələndirilməsində  mühüm platforma hesab olunur. Komissiya çərçivəsində qəbul edilən qərarlar ticarət dövriyyəsinin artırılmasına, qarşılıqlı investisiyaların təşviqinə, biznes subyektləri arasında əməkdaşlığın genişlənməsinə və yeni birgə layihələrin reallaşdırılmasına əlverişli zəmin yaradır. Nəqliyyat-logistika, energetika, sənaye, kənd təsərrüfatı və tranzit daşımaları kimi strateji sahələrdə əməkdaşlığın dərinləşdirilməsi  isə hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə imkan verir. Komissiyanın fəaliyyəti təkcə ikitərəfli iqtisadi münasibətlərin inkişafına deyil, həm də Orta dəhlizin rəqabət qabiliyyətinin artırılmasına, Xəzər regionunun tranzit imkanlarının genişlənməsinə və türk dünyasının iqtisadi inteqrasiyasının möhkəmlənməsində mühüm rol oynayır. Ona görə də komissiyanın qəbul etdiyi qərarlar həm Azərbaycan, həm də Türkmənistan üçün uzunmüddətli iqtisadi üstünlüklər vəd edir.

İclasda vurğulanıb ki, Azərbaycan və Türkmənistan liderlərinin müəyyən etdiyi strateji xətt ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə dinamik inkişafını təmin edir. Tərəflər qarşılıqlı investisiyaların təşviqi, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı bir qədər də dərinləşdirmək niyyətində olduqlarını bildiriblər.

Görüşdə humanitar əməkdaşlığın əhəmiyyəti də xüsusi vurğulanıb. Türkmənistanın Füzuli şəhərində qardaşlıq töhfəsi kimi inşa etdiyi məscid kompleksinin xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü olduğu qeyd edilib. Eyni zamanda Azərbaycanın Türkmənistana hədiyyə etdiyi "Dostlug" neftdaşıyan tankerinin iki ölkə arasında qarşılıqlı etimadın və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edən rəmzi addımlardan biri olduğu bildirilib.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan ilə Türkmənistan arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşılıqlı siyasi etimad, ortaq strateji maraqlar və iqtisadi əməkdaşlığın davamlı genişlənməsi iki qardaş ölkənin tərəfdaşlığını daha da möhkəmləndirir. Xüsusilə iqtisadi sahədə həyata keçirilən birgə layihələr hər iki dövlətin iqtisadi inkişafına xidmət etməklə yanaşı, Xəzər regionunun və Orta dəhlizin beynəlxalq əhəmiyyətini də artırır.

Müasir geosiyasi reallıqlar fonunda Azərbaycan-Türkmənistan əməkdaşlığının daha çox dərinləşməsi yalnız ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə türk dünyasının iqtisadi inteqrasiyası və regional sabitliyin möhkəmləndirilməsi nöqteyi-nəzərindən də xüsusi əhəmiyyət kəsb edir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Milli qəhrəmanlarının xatirəsi yad edilib

18:26
12 İyul

IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəliblər

17:59
12 İyul

Abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər

14:11
12 İyul

Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə

14:00
12 İyul

İyulun 13-nə olan hava proqnozu açıqlanıb

13:55
12 İyul

İran XİN: Omanla Hörmüz boğazı ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlinib

13:52
12 İyul

Körfəz ölkələri raket və PUA hücumlarına məruz qalıb

13:31
12 İyul

Ölkə ərazisindəki faktiki hava acıqlanıb

12:29
12 İyul

ABŞ-nin ən nüfuzlu Respublikaçı senatoru vəfat edib

12:07
12 İyul

Futbol üzrə dünya çempionatının yarımfinalında qarşılaşacaq komandalar müəyyənləşib

11:59
12 İyul

Qətərin keçmiş əmiri vəfat edib

11:57
12 İyul

Rusiya Müdafiə Nazirliyi: 300-dən çox PUA hücumunun qarşısı alınıb

10:28
12 İyul

ABŞ Mərkəzi Komandanlığı İrana növbəti hücuma başlayıb

10:21
12 İyul

Dünya çempionatı: Argentina yarımfinala vəsiqə qazanıb

09:23
12 İyul

Dünya çempionatı: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

09:13
12 İyul

Tovuz döyüşləri: Zəfərin astanasında 

09:07
12 İyul

Prezident: Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb VİDEO

23:03
11 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşündən videoçarx paylaşılıb VİDEO

21:15
11 İyul

Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir

20:16
11 İyul

Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - YENİLƏNİB 

19:58
11 İyul

Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır

19:44
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!