Əmək yarmarkasında qazilərə və şəhid ailələrinə üstünlük verilir
Sahibkarlığın inkişafına Ağstafa rayonunda da ciddi diqqət yetirilir. Cəlb edilmiş investorlar hesabına rayonda bir neçə özəl müəssisə fəaliyyətə başlamışdır ki, bunun da sayəsində həm rayon iqtisadiyyatı böyümüş, həm də əhalinin məşğulluğu qismən təmin olunmuşdur.
Belə müəssisələrdən biri də "KÜR FRUT" MMC-dir. 2017-ci ildən fəaliyyət göstərən müəssisə qısa vaxt ərzində öz fəaliyyətini xeyli genişləndirmişdir. Düzdür, MMC-nin istehsal etdiyi məhsullar hələlik ölkə daxilində realizə olunur. Ancaq kollektivin əsas məqsədi xarici ölkələrə də çıxmaqdır. Bunun üçün ekoloji cəhətdən təmiz və rəqabətədavamlı müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı üçün hazırlıq işləri görülür. İlk növbədə meyvə bağlarının sahəsi genişləndirilir, əkin sahələrində yeni texnologiyalar tətbiq olunur.
Məlum məsələdir ki, istehsal sahələri genişləndikcə, əlavə işçi qüvvəsinə ehtiyac yaranır. MMC-nin bir neçə gün əvvəl əmək yarmarkası keçirməsinin də səbəbi bu olmuşdur. Qazax-Tovuz Regional Məşğulluq filialının dəstəyi ilə keçirilən yarmarkada "KÜR FRUT" MMC ilə yanaşı, rayonda fəaliyyət göstərən digər idarə və təşkilatlar da iştirak etmişlər. Yarmarka iştirakçıları təklif olunan inzibatçı, aqronom, ofis meneceri, sürücü, budama mütəxəssisi, bağban, anbardar və s. işlərə qəbul olunmuşlar. Bir neçə saat davam edən əmək yarmarkasında şəhid ailələrinin üzvlərinə, qazilərə və müharibə iştirakçılarına üstünlük verilmişdir.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Məktəblilərin savadlılığı aşağı düşür
07 Dekabr
Füzuli sakini: Uzun illər ayrı qaldığımız doğma yurdumuza qayıdırıq
07 Dekabr
Keçmiş məcburi köçkün: Ermənilərin təcavüzü nəticəsində yaralanmışam
07 Dekabr
Füzuliyə köçən sakin: İndiyədək Binə qəsəbəsindəki yataqxanada yaşayırdıq
07 Dekabr
İran HDQ nümayəndə heyəti hərbi institutu və “N” hərbi hissəsini ziyarət edib
07 Dekabr
Dünya iqtisadiyyatı üçün qarşıdakı 5 ilin gözləntiləri nikbin deyil
07 Dekabr
Qızılcaya yoluxma təhlükəli həddə çatır
07 Dekabr
AÇG-nin yeni platformasında ilk hasilat quyusunun qazılmasına başlanıb
07 Dekabr
DİN polis əməkdaşlarına zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verib
07 Dekabr
Zəlzələ ilə bağlı Bakı məktəblərindəki son durum açıqlanıb
07 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!