22 Oktyabr 2025 01:28
12066
ELANLAR
A- A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi 


AZ-MLSPP-463551-GO-RFB

Müqavilə təltifi barədə bildiriş

                                                                                                                              

 

Satınalan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Layihə: Məşğulluğa Dəstək Layihəsi

Müqavilənin adı: Məşğulluğa Dəstək Layihəsi çərçivəsində “Özünəxidmət avtoyuma”, “Avtodəmirçi xidmətləri və PDR (zədələrin boyasız təmiri)”, “Avtorazval xidməti” və “Avtomobil disklərinin təmiri” zərfləri üzrə avadanlıqların satınalınması

Ölkə: Azərbaycan
Kredit № / Qrant №: № AZ-9044
RFQ №: AZ-MLSPP-463551-GO-RFB

 

Hazırkı bildiriş Məşğulluğa Dəstək Layihəsi çərçivəsində “Özünəxidmət avtoyuma”, “Avtodəmirçi xidmətləri və PDR (zədələrin boyasız təmiri)”, “Avtorazval xidməti” və “Avtomobil disklərinin təmiri” zərfləri üzrə avadanlıqların satınalınması ilə bağlı keçirilmiş açıq tender prosesini, qiymətləndirmə nəticələrini və müqavilənin təltif edilməsi məlumatlarını əks etdirir.  

 

Satınalan təşkilat 25-26 fevral 2025-ci il tarixlərində “Azərbaycan” qəzetində, ”Azerweb” və UN Development Business htpp://devbusiness.un.org portallarında Təkliflər üçün Sorğu elanı vasitəsilə uyğun iddiaçıları möhürlənmiş tender təkliflərinə dəvət etmişdir. Aşağıdakı iddiaçılar tender sənədlərini əldə etmişlər:  

 

·         “Aday Group Insaat Taahhut Turizm Hayvancilik ve Tarim Danişmanlığı Ticaret Limited Şirketi” (Türkiyə)

·         “Endless Goods” QSC (Azərbaycan)

·         “Rems” MMC (Azərbaycan)

·         “ZN Trade” MMC (Azərbaycan)

 

Təkliflərin təqdim olunması üçün müəyyən edilmiş son tarix 23 aprel 2025-ci il idi. 4 iştirakçı şirkətin texniki təklifləri 23 aprel 2025-ci il saat 15:00-da (yerli vaxtla) açılmışdır. Kvalifikasiya qiymətləndirilməsinin nəticələrinə əsasən, “Rems” MMC kvalifikasiya tələblərinə əsasən əhəmiyyətli dərəcədə uyğunsuz hesab edilmişdir və texniki cəhətdən əhəmiyyətli dərəcədə uyğun olan iddiaçılara aşağıdakı texniki ballar verilmişdir:

·         “Aday Group Insaat Taahhut Turizm Hayvancilik ve Tarim Danişmanlığı Ticaret Limited Şirketi” (Türkiyə) – 40.00 bal

·         “Endless Goods” QSC (Azərbaycan) – 40.00 bal

·         “ZN Trade” MMC (Azərbaycan) – 30.00 bal

12 avqust 2025-ci il saat 12:00-da (yerli vaxtla) texniki cəhətdən əhəmiyyətli dərəcədə uyğun olan iddiaçıların maliyyə təklifləri açılmışdır.

No.

İddiaçı

Elan olunmuş təklif dəyəri (ABŞ Dolları)

Qiymətləndirilmiş təklif dəyəri (ABŞ Dolları)

1

“Aday Group Insaat Taahhut Turizm Hayvancilik ve Tarim Danişmanlığı Ticaret Limited Şirketi” (Türkiyə)

2,898,500.00

2,898,500.00

2

“Endless Goods” QSC (Azərbaycan)

2,425,572.00

2,425,572.00

3

ZN Trade” MMC (Azərbaycan)

2,583,692.60

2,583,692.60

 

Tender Komissiyası yekun qiymət təkliflərini qiymətləndirmiş və hər aktiv paketi üzrə ən aşağı qiymət təklifi təqdim etmiş təchizatçı ilə müqavilənin imzalanmasını tövsiyə etmişdir. Uğursuz iddiaçilara tenderin nəticələri haqqında bildirişlər 05 sentyabr 2025-ci il tarixində göndərilmişdir. Gözləmə müddəti 08-19 sentyabr 2025-ci il tarixləri arasında tətbiq edilmişdir. Bu vaxt ərzində Layihə İcra Qrupuna heç bir şikayət/aydınlaşdırma sorğusu daxil olmamışdır. Gözləmə müddəti bitdikdən sonra qalib gələn iddiaçıya müqavilə imzalanması barədə bildiriş göndərilmişdir. Keçirilmiş müsabiqə nəticəsində 10 oktyabr 2025-ci ildə aşağıdakı müqavilə imzalanmışdır:

 

Endless Goods” QSC - Cəmi dəyəri ƏDV daxil - 2,425,572.00 ABŞ dolları (iki milyon dörd yüz iyirmi beş min beş yüz yetmiş iki ABŞ dolları).

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ABŞ-də azərbaycanlı qadınların güclü platforması formalaşır  

16:29
10 Mart

Niderlandın İrandakı səfiri: Bizi ölkənizdə qəbul etdiyiniz üçün təşəkkür edirik 

16:20
10 Mart

Ukrayna Milli Qvardiyasının tərkibində hücum alayları yaradılır

15:53
10 Mart

Ötən həftə 23 mina və 743 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:49
10 Mart

Yaxın Şərq ölkələrində neft hasilatı kəskin azalıb

15:40
10 Mart

Əlcəzairin İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri təxliyə olunublar

15:39
10 Mart

SOCAR Abşeronun “Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatına başlayır

15:28
10 Mart

Yaxın Şərq və Körfəz ölkələri neft hasilatını kəskin azaldıb  

15:18
10 Mart

Rumıniyalı analitik: Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin əsas “dar boğazı” sayılır  

15:17
10 Mart

Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb

15:12
10 Mart

Hakan Fidan: Türkiyənin hava məkanının pozulması qəbuledilməzdir

15:02
10 Mart

Azərbaycana təxliyə olunan vətəndaş: Dövlətimiz bizi darda qoymadı

15:01
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!