10 Mart 2026 15:12
99
CƏMİYYƏT
A- A+
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb

Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb


Azərbaycanda son günlər qeyri-sabit hava şəraiti, havanın temperaturunun tez-tez artıb-azalması, bəzi ərazilərdə qar yağması və şaxtaların müşahidə olunması kənd təsərrüfatına da təsirini göstərib. Nəticədə təsərrüfatını sığortalamış fermerlər tərəfindən aqrar sığorta fonduna müraciətlərin intensivliyi artıb.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, son bir həftə ərzində Şəmkirdə gilas və şaftalı bağlarına leysan yağması, Xaçmazda şaftalı-nektarin bağlarını şaxta vurması barədə müraciətlər qeydə alınıb. Bundan başqa, Qobustanda arpa və buğda sahələrində fırtına və qasırğa hadisələri barədə müraciətlər daxil olub. Samuxda ərik bağlarında qasırğa hadisəsinin baş verməsi ilə bağlı da fermer müraciətləri qeydə alınıb.

Paralel olaraq bəzi rayonlarda 3-cü şəxsin hərəkətləri nəticəsində təsərrüfatlara zərər də baş verib. Kürdəmirdə 3-cü şəxsin hərəkəti nəticəsində əkin sahəsinin su basması, Göygöldə isə əkin sahəsinə mal-qaranın buraxılması kimi hallar qeydə alınıb.

Biləsuvar rayonunda isə arpa sahəsinə vəhşi heyvanların (quşların) zərər vurması barədə aid müraciətlər daxil olub.

Qeyd edək ki, sadalanan hadisələr Aqrar Sığorta Fondunun sığorta zərfinə daxildir. Belə ki, qanunvericiliyə əsasən aqrar sığotrta mexanizmi əkin sahələrini təbiət hadisələri - dolu, fırtına, qasırğa, sel-subasma, şaxtavurma (donvurma), leysan, vəhşi heyvanlarını hücumu, 3-cü şəxslərin hərəkətləri, yanğın, torpaq sürüşməsi və sair hallardan sığorta edir.

Fonda daxil bütün müraciətlər qeydə alınıb və onların araşdırılaraq dəymiş zərərlərin hesablanması üçün bölgələrə aqrar sığorta ekspertləri göndərilib.

Xatırladaq ki, fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizini dövlət ödəyir. Yəni əkin sahəsi və heyvandarlıq təsərrüfatının sığortalanması zamanı hesabanmış sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödənişlə öz təsərrüfatlarını sığorta edə bilirlər.

Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini zərərlə üzləşməmək üçün öz əkin sahələrini və təsərrüfatlarını vaxtında sığortalamağa çağırır.

Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə “Bitkiçilik kalkulyatoru” vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Niderlandın İrandakı səfiri: Bizi ölkənizdə qəbul etdiyiniz üçün təşəkkür edirik 

16:20
10 Mart

Yaxın Şərq və Körfəz ölkələri neft hasilatını kəskin azaldıb  

15:18
10 Mart

Rumıniyalı analitik: Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin əsas “dar boğazı” sayılır  

15:17
10 Mart

Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb

15:12
10 Mart

Hakan Fidan: Türkiyənin hava məkanının pozulması qəbuledilməzdir

15:02
10 Mart

Azərbaycana təxliyə olunan vətəndaş: Dövlətimiz bizi darda qoymadı

15:01
10 Mart

Bəhreyndə yaşayış binasına İran raketi düşüb, 1 ölü, 8 yaralı var  

14:53
10 Mart

Niderlandın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunublar

14:52
10 Mart

Dubaydan təxliyə olunan vətəndaş Prezidentə və aidiyyəti qurumlara təşəkkür etdi

14:51
10 Mart

Pakistan və Hindistanda enerji böhranı fonunda bir sıra tədbirlər görülür

14:49
10 Mart

Bernama Azərbaycanın İrana humanitar yardımından yazır

14:31
10 Mart

Daha bir qrup Azərbaycan vətəndaşının münaqişə bölgəsindən təxliyəsi başa çatıb  

14:25
10 Mart

Sabah respublika üzrə pensiyalar qrafikdən əvvəl tam ödəniləcək

14:14
10 Mart

Yüksək dağlıq ərazilərdə qarölçmə işlərinə başlanılıb

14:12
10 Mart

Azərbaycanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib 

13:59
10 Mart

Daha bir qrup Azərbaycan vətəndaşının münaqişə bölgəsindən təxliyəsi başa çatıb

13:58
10 Mart

Dünya bazarında qazın qiyməti artır

13:57
10 Mart

Nazir Məcnun Məmmədov Xızı və Abşeronda quşçuluq müəssisələrinin fəaliyyəti ilə tanış olub  

13:55
10 Mart

Azərbaycan Avropaya enerji tədarükündə strateji rolunu gücləndirir  

13:51
10 Mart

Böyük Britaniyada uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan təklif qəbul olunmayıb  

13:44
10 Mart

WSJ: Tramp 2028-ci il üçün xələfini müəyyənləşdirir

13:32
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!