Əlyar Əliyev - əbədiyaşar qəhrəman
Bir neçə gün qabaq Milli Qəhrəman Əlyar Əliyevin doğum gününü qeyd etdik. Yaşasaydı, 60 yaşına qədəm qoyacaqdı. O, unudulmaz igidlərimizdəndir. Xalqımız, o cümlədən Qubadlı, Laçın camaatı, silahdaşları onun xatirəsini əziz tutur, həyat və döyüş yolunu gənclərə örnək göstərirlər.
Əlyar Əliyev ali təhsilini fərqlənmə diplomu ilə bitirmişdi. Doğma Qubadlıya qayıdıb, özü Qazyandan olsa da, Dondarlı kəndində idman müəllimi işləmişdi. Oradan hərbi xidmətə yollanmış, sonra Rusiya unversitelərindən birinə dəvət almışdı. Amma qürbətdə qərar tuta bilməmiş, yenidən vətənə dönmüşdü. 1985-ci ildə müəllim-məşqçilikdən Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon şurasının sədri vəzifəsinə yüksəlmişdi. Özü və yetirmələri idmanda ən yüksək nailiyyətlər qazanmışdılar: aralarında respublika və ölkə, eləcə də dünya çempionları var idi...
Ancaq erməni separatizmi, işğalı başlayan ilk günlərdən könüllü olaraq silaha sarılıb mübarizəyə qoşulmuşdu. Əlyar vətənpərvər insan, qorxmaz döyüşçü olması ilə yanaşı, hərbi təşkilatçılığı ilə də seçilirdi. Könüllülərdən ibarət taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin müavini olmuşdu. Onun qurduğu könüllülər taboruna el arasında “Pəhləvanlar taboru” deyirdilər.
Əlyar Əliyev əks-hücumlar zamanı bir sıra yaşayış məntəqələrinin, o cümlədən strateji mövqelərin geri qaytarılmasında iştirak etmiş, şücaəti ilə fərqlənmişdi. Əlyar və silahdaşları ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin qısasını almaq məqsədi ilə Gorusda hərbi əməliyyat keçirmiş, düşmənin 300-dən çox hərbçisini məhv etmişdilər. O və döyüşçüləri topladıqları kəşfiyyat məlumatları əsasında Suriya ermənisi Karlenin başçılığı altında 50 nəfərlik təxribat qrupunu mühasirəyə alaraq darmadağın etmişdilər. Əlyarın dəstəsi bir gündə ermənilərin 3 hərbi vertolyotunu vurmuşdu. Müxtəlif uğurlu əməliyyatlarla düşmən tərəfdə döyüşən əcnəbilər də daxil olmaqla çox sayda muzdlunu əsir də götürmüşdülər...
Onlar təkcə Qubadlının deyil, qonşu rayonların, o cümlədən Laçının müdafiəsində də iştirak edirdilər. Hər yerdə də igidlikləri, uğurları ilə seçilirdilər. Özü də qəhrəman idi, əsgərləri də.
Təəssüf ki, qüvvələr nisbəti xeyrimizə deyildi. Düşmənin havadarı da güclü idi. Əbəs yerə deməyiblər: arxalı köpək qurd basar. Şanlı döyüş yolu keçən Əlyar Əliyev Laçının 2 kilometrliyində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu...
Ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb. Bakının Nərimanov rayonunda büstü ucaldılıb, küçələrdən birinə adı verilib. Yaratdığı tabor və Sumqayıtda bir idman klubu adını daşıyır. Xatirəsinə həsr edilən Yunan-Roma güləşi üzrə respublika turniri keçirilir. Haqqında “Pəhləvan komandir” adlı sənədli film çəkilib.
Əlyar Əliyev xalqımızın yaddaşında əbədi yaşayacaq və hər zaman ehtiramla yad ediləcək.
Qərib ƏHMƏDOV,
Laçın rayonu,
müharibə veteranı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!