20 May 2026 18:19
240
CƏMİYYƏT
A- A+
WUF13: Əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masa keçirilib  

WUF13: Əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masa keçirilib  


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, “Əlçatanlıqdan kənara: hər kəs üçün adekvat mənzil hüququnun təmin edilməsi” mövzusuna həsr olunan tədbirdə əlilliyi olan şəxslər üçün inklüziv və əlçatan şəhər mühitinin formalaşdırılması məsələləri müzakirə olunub.

Tədbirin moderatoru Mikaela Patrick bildirib ki, sürətli urbanizasiya şəraitində universal dizayn prinsipləri nəzərə alınmadan inşa olunan şəhərlər dünya əhalisinin təxminən 16 faizi üçün uzunmüddətli maneələr yaradır. Onun sözlərinə görə, bu vəziyyət həm sosial təcridə, həm də sonradan yüksək maliyyə tələb edən yenidənqurma işlərinə səbəb olur.

Qeyd olunub ki, BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyası (CRPD) və Yeni Şəhər Gündəliyi inklüziv şəhərsalmanı prioritet kimi müəyyən etsə də, praktik icra mexanizmlərində hələ də ciddi boşluqlar mövcuddur. Bu səbəbdən əlilliyi olan şəxslər mənzil təminatı və iqlim dəyişikliklərinin yaratdığı fövqəladə hallardan daha çox təsirlənən qruplar sırasında yer alır.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Elnara Ansari bildirib ki, Azərbaycanda tam elektron və təmassız əlillik qiymətləndirilməsi sistemi tətbiq olunur. Onun sözlərinə görə, rəqəmsal əlillik altsistemi vasitəsilə tibbi məlumatlar elektron qaydada emal edilir ki, bu da prosesin daha şəffaf, operativ və obyektiv həyata keçirilməsinə imkan yaradır. Qeyd olunub ki, Azərbaycan regionda bu sistemi tətbiq edən ilk ölkələrdən biridir.

Ümumdünya Korlar Birliyinin prezidenti Santoş Kumar Rungta deyib ki, əlilliyi olan şəxslərin inklüzivlik və əlçatanlıqla bağlı təşəbbüslərdə kifayət qədər təmsil olunmaması əsas problemlərdən biridir. “Biz görünmürük. Əlilliyi olan şəxslərin təşkilatları qərarqəbuletmə prosesində demək olar ki, iştirak etmir”, - deyə o vurğulayıb.

“Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin sədri Aydın Xəlilov diqqətə çatdırıb ki, bir çox şəhərlərdə əlçatanlıqla bağlı məlumatlar ya ümumiyyətlə toplanmır, ya da səthi şəkildə aparılır. O vurğulayıb ki, yalnız pandusların sayını qeyd etmək kifayət deyil, həmin infrastrukturun praktik istifadəyə yararlı olub-olmaması da qiymətləndirilməlidir.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib ki, qarşıdakı dövrdə Yeni Şəhər Gündəliyinin icrasına dair aralıq qiymətləndirmə çərçivəsində Nyu-Yorkda yüksəksəviyyəli toplantı keçiriləcək və son 10 ildə hansı yanaşmaların effektiv olub-olmadığı təhlil ediləcək.

Dəyirmi masada əlilliyi olan şəxslərin təşkilatları (OPD), dövlət qurumları, BMT agentlikləri, şəhərsalma üzrə mütəxəssislər, akademik dairələr və beynəlxalq tərəfdaşlar iştirak ediblər. Müzakirələr zamanı inklüziv dizayn və innovasiyaların əlçatan və münasib qiymətli mənzil təminatına, qeyri-formal yaşayış məntəqələrində dayanıqlığın artırılmasına və inklüziv infrastruktur həllərinin sistemli şəkildə tətbiqinə necə töhfə verdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, tədbirdə səsləndirilən təklif və təşəbbüslər WUF13 çərçivəsində hazırlanacaq “Bakı Fəaliyyət Çağırışı” sənədinə töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi-idman oyununun paytaxt üzrə finalçıları bəlli olub

14:01
25 May

Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya

13:56
25 May

Baş dövlət baytarlıq müfəttişi qurban kəsimi ilə bağlı vətəndaşlara müraciət edib

13:42
25 May

İsmayıllı sakini: Dövlətin dəstəyi sayəsində həyatımda yeni səhifə açıldı

13:27
25 May

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

13:13
25 May

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

13:07
25 May

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq

12:56
25 May

Otuz səkkiz kiloqramdan artıq narkotik vasitənin və üç minə yaxın həbin Azərbaycana keçirilməsinin qarşısı alınıb – BİRGƏ MƏLUMAT  

12:41
25 May

ABŞ yəhudiləri Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər

12:38
25 May

Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb

12:31
25 May

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb

12:23
25 May

Ədliyyə Nazirliyində sahibkarlarla görüşdə biznesin inkişaf yollarından danışılıb

12:13
25 May

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib

12:11
25 May

Media: WUF13 urbanizasiya sahəsində memarlıq, planlaşdırma və dövlət siyasətinin rolunu vurğulayıb

12:08
25 May

Əl-Cəzirə: ABŞ İranla qarşılıqlı razılaşmalardan geri çəkilir

12:07
25 May

Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin 1-ci Forumu aktiv müzakirələrlə yadda qalıb

12:01
25 May

Ötən həftə 78 mina və 416 digər partlayıcı sursat zərərsizləşdirilib

11:55
25 May

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

11:53
25 May

Ağdamın dağıdılması urbisid kontekstində beynəlxalq elmi araşdırmada təhlil edilib

11:49
25 May

Xəbərdarlıq: 10 Afrika ölkəsində yüksək Ebola epidemiyası riski var

11:45
25 May

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

11:43
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!