28 İyul 2026 17:12
220
SİYASƏT
A- A+
Ekspert: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni geoiqtisadi məkanın strateji qovşağına çevrilir

Ekspert: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni geoiqtisadi məkanın strateji qovşağına çevrilir


Avropa İttifaqının regionla əlaqələri dərinləşdirmək, ticarət və nəqliyyat marşrutlarını şaxələndirmək istiqamətində atdığı addımlar Mərkəzi Asiyanın strateji əhəmiyyətini daha da artırır. Bu kontekstdə Xəzər hövzəsi üzərindən Avropa ilə Mərkəzi Asiyanı birləşdirən Orta Dəhliz təkcə alternativ nəqliyyat marşrutu deyil, həm də yeni iqtisadi inteqrasiya platforması kimi ön plana çıxır.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Roza Bayramlı deyib.

"Mərkəzi Asiya dövlətlərinin ixrac marşrutlarını şaxələndirmək istəyi, Avropanın isə daha dayanıqlı təchizat zəncirlərinə ehtiyacı bu əməkdaşlığı yeni mərhələyə daşıyır. Hazırda Azərbaycan faktiki olaraq Mərkəzi Asiyanın nəqliyyat sistemini Cənubi Qafqaz, Türkiyə, Qara dəniz hövzəsi və Avropa bazarları ilə birləşdirən əsas koordinasiya mərkəzlərindən birinə çevrilib. Bu baxımdan Bakı Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Xəzərdəki Azərbaycan ticarət donanması, müasir avtomobil və dəmir yolu infrastrukturu vahid logistika zəncirinin qarşılıqlı əlaqəli elementləridir. Nəticədə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan ənənəvi ixrac marşrutlarından asılılığı azaltmaqla yanaşı, Avropa bazarlarına daha qısa və geosiyasi baxımdan daha dayanıqlı çıxış əldə edirlər. Dünya Bankının qiymətləndirməsinə görə, zəruri investisiyalar və idarəetmə islahatları həyata keçirildiyi təqdirdə Orta Dəhliz üzrə yük axınları 2030-cu ilə qədər üç dəfə arta, daşınma müddəti isə yarıya enə bilər", – deyə o qeyd edib.

Ekspert bildirib ki, Avropa İttifaqının yanaşmasında da mühüm keyfiyyət dəyişikliyi müşahidə olunur.

2025-ci ilin aprelində Səmərqənddə keçirilmiş ilk Aİ–Mərkəzi Asiya Sammitində tərəflər münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırdılar. Bu proses 2026-cı ilin iyununda Aİ-nin Mərkəzi Asiyanı Cənubi Qafqaz və Qara dəniz regionu vasitəsilə Avropa ilə birləşdirən “Connectivity Agenda Platform”unu yaratması ilə daha praktik mərhələyə keçdi. Azərbaycan bu çərçivədə Avropa, Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiyanı birləşdirən bağlantı gündəliyinin əsas iştirakçılarından biri kimi təqdim edilir. Limanların, dəmir yollarının, bərə keçidlərinin və sərhəd məntəqələrinin gücü bir-birinə uyğunlaşdırılmalıdır.

Ekspert qeyd edib ki, əməkdaşlığın nəqliyyatdan enerji və rəqəmsal bağlantı sahələrinə genişləndirilməsi də prioritetdir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi, Xəzərin dibi ilə elektrik və fiber-optik kabellərin çəkilməsi perspektivi Orta Dəhlizi tədricən çoxşaxəli bağlantı platformasına çevirir. Beləliklə, eyni coğrafiya üzərindən gələcəkdə yalnız yüklər deyil, elektrik enerjisi, məlumat və rəqəmsal xidmətlər də daşına bilər.

“Digər mühüm istiqamət C6 formatının imkanlarından istifadə etməklə regional əməkdaşlığın institusionallaşdırılmasıdır. Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlıq üçün yeni siyasi çərçivə yaradıb. Növbəti mərhələdə bu formatın müntəzəm fəaliyyət göstərən institusional mexanizmə çevrilməsi, konkret əməkdaşlıq istiqamətləri üzrə işçi qruplarının yaradılması və qəbul olunan qərarların icrasını təmin edən koordinasiya mexanizmlərinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır", – deyə ekspert bildirib.

Roza Bayramlı əlavə edib ki, Azərbaycanın Mərkəzi Asiya dövlətlərinin xarici tərəfdaşlarla formalaşdırdığı formatlara qoşulması və bu mexanizmlərin C6+1 formatına çevrilməsi də böyük perspektiv vəd edir.

"Bu, Azərbaycanın regionun Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşlarla nəqliyyat, enerji, investisiya, kritik xammal və rəqəmsal bağlantı məsələləri üzrə dialoqunda birbaşa iştirakını təmin edə bilər. Azərbaycanın iştirakı olmadan Trans-Xəzər istiqamətində irəli sürülən təşəbbüslər coğrafi və logistika baxımından natamam qala bilər. Buna görə C6 və C6+1 mexanizmləri Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığı ayrı-ayrı ikitərəfli layihələr səviyyəsindən koordinasiya olunmuş regional siyasət səviyyəsinə yüksəltmək üçün mühüm platforma ola bilər", – deyə Roza Bayramlı fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

18:23
28 İyul

Rəqəmsallaşma Orta Dəhlizlə yükdaşımaların həcmini daha da artıracaq

18:16
28 İyul

“Sabah” fransalı futbolçunu tanınmış kluba satıb

18:09
28 İyul

Yaponiya Azərbaycanla parlamentlərarası əlaqələri inkişaf etdirməkdə maraqlıdır

18:02
28 İyul

Yaponiya parlamentinin nümayəndə heyəti “ASAN xidmət”də

17:54
28 İyul

Qayıdış davam edir – Badara sakinləri doğma yurdlarını yenidən dirçəldirlər 

17:47
28 İyul

Türk ekspert: Orta Dəhliz və Zəngəzur dəhlizi Asiya-Sakit okean ölkələri üçün Hörmüz boğazına alternativ ola bilər

17:40
28 İyul

KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır

17:33
28 İyul

Qaradağ rayonunda ağsaqqallarla görüş keçirilib

17:31
28 İyul

Magistratura üzrə respublika birincisi AzTU-nu seçib

17:26
28 İyul

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq

17:21
28 İyul

Orta Dəhlizlə Britaniyaya ilk dəfə yük göndərilib

17:19
28 İyul

Ekspert: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni geoiqtisadi məkanın strateji qovşağına çevrilir

17:12
28 İyul

Azərbaycanın xalq təbabəti və etnobotaniki irsi: aterosklerozun müalicəsində istifadə olunan dərman bitkiləri

15:58
28 İyul

Media: Oman Hörmüz boğazının Malakka boğazı kimi idarə olunması mexanizmini təklif edib

15:51
28 İyul

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

15:44
28 İyul

Qvadelupadan Parisə sərt cavab: Dekolonizasiya Fransanın daxili işi deyil

15:37
28 İyul

İsmail Ermağan: Orta Dəhlizin əhəmiyyəti Azərbaycanın liderliyi ilə daha da artır  

15:30
28 İyul

“Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında

15:23
28 İyul

“Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə” 

15:16
28 İyul

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

15:11
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!