23 Yanvar 2026 15:02
579
SİYASƏT
A- A+
Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  

Efiopiyada WUF13-lə bağlı görüşlər keçirilib  


Mayın 17-22-də ölkəmizin ev sahibliyi edəcəyi WUF13-ə hazırlıq işləri davam edir. Bu çərçivədə Azərbaycanın Efiopiyadakı Səfirliyinin vasitəsi ilə bu ölkənin şəhər və infrastruktur naziri Çaltu Sani İbrahim, Əddis-Əbəbə şəhərinin meri Adaneç Abiebie, BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibi Klaver Qeytet, mənzil-qərargahı Əddis-Əbəbə şəhərində yerləşən Afrika İttifaqının (Aİ) kənd təsərrüfatı, kənd inkişafı, mavi iqtisadiyyat və dayanıqlı ətraf mühit məsəlləri üzrə komissarı Moses Vilakati və digər rəsmilərlə görüşlər keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşlərdə Azərbaycanın Efiopiyadakı səfiri və Aİ yanında daimi nümayəndəsi Ruslan Nəsibov, Azərbaycanın Keniyadakı səfiri və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) yanında daimi nümayəndəsi Sultan Hacıyev, həmçinin WUF-ların BMT tərəfindən əsas təşkilatçı qurumu olan UN-Habitatın Afrika üzrə regional ofisinin direktoru Oumar Sylla iştirak edib.

Görüşlərdə WUF13-ün mahiyyəti, hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək forumun dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, beynəlxalq tərəfdaşlarla birgə Azərbaycanın qlobal proseslərə töhfələrinin təqdim olunması baxımından əhəmiyyəti vurğulanıb.

Forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Sammitin Zirvə Toplantısının keçiriləcəyi də diqqətə çatdırılıb. Qlobal şəhərsalma çempionu olaraq tanınan Azərbaycanın WUF13 çərçivəsində Afrika dövlətləri ilə sahə üzrə əməkdaşlıq maraqları barədə məlumat verilib.

Eyni zamanda, əksər görüşlərdə Azərbaycanın COP29, habelə dayanıqlı şəhərsalma və iqlim dəyişmələri proseslərinin əlaqəli təsirləri ilə bağlı əldə etdiyi təcrübələrinin Efiopiyanın COP32-yə ev sahibliyi üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bu çərçivədə əməkdaşlığa ciddi maraq ifadə olunub.

Azərbaycan nümayəndə heyəti, həmçinin Keniya Hökuməti tərəfindən “Şəhər Yoxsulları üçün İqlimə Dayanıqlılığının Yaradılması” (BCRUP) təşəbbüsü üzrə beynəlxalq tərəfdaşların iştirakı ilə Əddis-Əbəbə şəhərində təşkil edilən tədbirə qatılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə enerji səmərəliliyinə 20 milyard dollara qədər investisiya qoyacaq

14:42
04 Mart

İrandan təxliyə olunan çinli: Azərbaycan hökumətinə çox minnətdarıq

14:39
04 Mart

Ermənistanın Baş naziri: Azərbaycanla sülh regiondakı mühiti yaxşılaşdırır

14:30
04 Mart

“OpenAI” şirkəti NATO ilə yeni müqavilə bağlamaq niyyətindədir

14:27
04 Mart

Kənan Kərimzadə: Yaxın zamanda ictimai nəqliyyatda endirimlər tələbələrə də şamil olunacaq 

14:10
04 Mart

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib  

14:06
04 Mart

Bəzi yerlərdə yağış və qar yağacaq, sabah gündüz yağıntılar tədricən kəsiləcək 

14:00
04 Mart

Qazaxıstandan gələn iranlı pilotlar və ekipaj üzvləri İrana qayıdıblar 

13:47
04 Mart

Nazir müavini: Məşğulluğun təminatı sahəsində işəgötürənlərlə əməkdaşlıq əhəmiyyətlidir  

13:22
04 Mart

Gürcüstanın Baş naziri: Azərbaycan ilə Ermənistan arasında sülh regionun inkişafına çox yaxşı əsas yaradır

13:00
04 Mart

BDYPİ-dən vətəndaşlara müraciət: Saxta səhifələrə etibar etməyin

12:59
04 Mart

AHİK 250 tələbəni “Həmkarlar İttifaqı Təqaüdü” ilə mükafatlandırıb

12:58
04 Mart

“Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır

12:56
04 Mart

Türkiyənin 35 vilayətində İŞİD ilə əlaqədə şübhəli bilinən 184 nəfər saxlanılıb

12:55
04 Mart

Bu ay pensiya, müavinət və təqaüdlər qrafikdən əvvəl ödəniləcək

12:40
04 Mart

“Təhsil haqqında” Qanunda idmanla bağlı məsələlərin öz əksini tapması təklif olunub

12:33
04 Mart

Gələcəyin təhlükəsi: 2030-cu ilə qədər dünya əhalisinin 41 faizi artıqçəkili olacaq

12:18
04 Mart

Günün ilk yarısında İrandan 29 nəfər təxliyə edilib

12:13
04 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında ilk qaliblər müəyyənləşib

12:11
04 Mart

Fevralın 28-dən indiyədək İrandan 1105 nəfər təxliyə olunub YENİLƏNİB  

12:07
04 Mart

MEDİA jurnalistləri və ictimai fəalları yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb

12:02
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!