26 Fevral 2025 09:54
638
İQTİSADİYYAT
A- A+
Əbu-Dabidə Ərəb dünyası – Mərkəzi Asiya və Azərbaycan Biznes Forumu keçiriləcək

Əbu-Dabidə Ərəb dünyası – Mərkəzi Asiya və Azərbaycan Biznes Forumu keçiriləcək


BƏƏ-nin paytaxtı Əbu-Dabidə fevralın 26-da Ərəb dünyası – Mərkəzi Asiya və Azərbaycan Biznes Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək 4-cü “İnvestopia 2025” platforması çərçivəsində baş tutacaq forumda Azərbaycanı iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, AZPROMO, ölkəmizin BƏƏ-dəki ticarət nümayəndəliyi və səfirliyimizin əməkdaşları təmsil edəcəklər. Ərəb Ölkələri Liqası, BƏƏ-nin İqtisadiyyat Nazirliyinin dəstəyi ilə baş tutacaq forumda, həmçinin ərəb və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatla bağlı nazirləri, ərəb təşkilatlarının rəhbərləri və digər nümayəndə heyətləri iştirak edəcəklər.

Forum çərçivəsində dəyirmi masaların və B2B görüşlərin təşkil olunacağı gözlənilir.

Forum Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında qəbul edilən Doha Bəyannaməsindən irəli gələrək, ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadi və investisiya əməkdaşlığını möhkəmləndirmək, eləcə də özəl sektor müəssisələri və biznesmenlər arasında ciddi və səmərəli əməkdaşlıq imkanlarını üzə çıxarmaq məqsədi güdür.

Qeyd edək ki, BƏƏ-nin vitse-prezidenti Şeyx Mansur bin Zayid Al Nəhyanın himayəsi ilə təşkil olunacaq 4-cü “İnvestopia 2025” çərçivəsində, həmçinin dəyirmi masaların, digər beynəlxalq biznes forumlarının, dialoq sessiyalarının keçirilməsi planlaşdırılır. Təşkil olunacaq 51 dialoq sessiyasında BƏƏ-də və digər ölkələrdə investisiya mühiti barədə danışılacaq, iqtisadiyyatın yeni sahələrində, xüsusilə maliyyə texnologiyaları, süni zəka, dövriyyə iqtisadiyyatı, səhiyyə sektorlarında müasir investisiya istiqamətləri müzakirə ediləcək, region ölkələrinin, eləcə də Afrikanın yeni yaranan bazarlarında perspektiv imkanları dayanıqlı iqtisadiyyatı dəstəkləyəcək iqtisadi və investisiya layihələrinə çevirmək yollarına diqqət yetiriləcək.

Eyni zamanda, "İnvestopia 2025" iqlim texnologiyaları sahəsində maliyyə boşluqlarını aradan qaldırmaq üçün yeni həllər hazırlamaq, dövriyyə iqtisadiyyatına keçidə yönələn irəliləyişləri və inkişaf etməkdə olan bazarlara sərmayə qoymanın əhəmiyyətini müzakirə edəcək 15 dəyirmi masa toplantısına da ev sahibliyi edəcək.

Bundan başqa, bu kontekstdə "Ərəb-Çin Biznes Sammiti" və "Gələcəyin 100 Şirkəti" adlı sahibkarlıq forumu da təşkil olunacaq.

Tədbirlərdə natiqlər arasında hökumət başçıları, nazirlər, investorlar, iş adamları, qərarvericilər və iqtisadiyyat üzrə ekspertlər var. Ümumiyyətlə 20-dən çox dövlətdən 2 mindən çox nümayəndənin iştirakı gözlənilir.


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

Bankların depozit portfeli 41,3 milyard manat təşkil edib

15:59
04 Aprel

Ukrayna Prezidenti Türkiyəyə işgüzar səfər edib

15:53
04 Aprel

Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib

15:31
04 Aprel

Rusiya ordusunun Nikopola dron hücumu: 5 nəfər həlak olub

15:09
04 Aprel

Azərbaycanın sədrliyi ilə UNESCO-da G-77 və Çin Qrupunun iclası: Sessiyaöncəsi koordinasiya gücləndirilir

14:57
04 Aprel

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

14:42
04 Aprel

İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub

14:12
04 Aprel

Sabah Azərbaycanda bəzi yerlərində intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacaq

14:02
04 Aprel

Türkiyədəki vətəndaşlarımız üçün səyyar “ASAN xidmət” təşkil edilib

13:51
04 Aprel

Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

13:41
04 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!