13 Yanvar 2026 20:30
605
İDMAN
A- A+
Dünya Köçəri Oyunları türk vəhdətinin simvolu kimi  

Dünya Köçəri Oyunları türk vəhdətinin simvolu kimi  


Dünya Köçəri Oyunlarının açılışı avqustun 31-də Qırğızıstanda keçiriləcək


Dünya Köçəri Oyunları köçəri sivilizasiyaların etnik idman növlərinin və mədəni irsinin qorunması, təbliği məqsədi daşıyan unikal beynəlxalq layihədir. Bu oyunların yaradılması ideyası 2012-ci ildə Qırğızıstan tərəfindən irəli sürülüb və Azərbaycan da daxil olmaqla türk ölkələri tərəfindən geniş dəstək alıb. 2014-cü ildə Çolpon-Atada keçirilmiş ilk oyunlardan sonra layihə idman və mədəniyyəti birləşdirən irimiqyaslı festivala çevrilib. Hər iki ildən bir dünyanın 80-dən çox ölkəsindən minlərlə idmançı milli güləş növləri, atüstü oyunlar, oxatma və intellektual oyunlar kimi yarışlarda mübarizə aparır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan bu oyunlara yalnız geniş tərkibli idman nümayəndə heyətləri göndərməklə kifayətlənmir. Son illərdə ölkəmizin idman nailiyyətləri, xüsusilə müxtəlif güləş növlərində əldə olunan nəticələr diqqət çəkir.

2024-cü ilin sentyabrında keçirilmiş son oyunlarda Azərbaycan yığması 8 idman növü üzrə 54 idmançı ilə təmsil olunub. Komanda “kürəs” qazax güləşi, mas-restlinq, “aba” güləşi, “alış” kəmər güləşi, oxatma və digər növlərdə çıxış edib. Yarışların yekunlarına əsasən Azərbaycan yığması 7 medal (2 gümüş və 5 bürünc) qazanaraq, 89 iştirakçı ölkə arasında medalların sayına görə 9-cu, keyfiyyətinə görə isə 21-ci yeri tutub.

Türkiyədə keçirilmiş oyunlarda da Azərbaycan layiqli nəticə göstərərək IV Dünya Köçəri Oyunlarını 21 medalla başa vurub. Yığma 5 qızıl, 8 gümüş və 8 bürünc medal əldə edib.

Dünya Köçəri Oyunları Azərbaycan üçün idman diplomatiyasının mühüm tərkib hissəsi kimi çıxış edir, Türk dünyasının birliyinin möhkəmlənməsinə və mədəni irsin qorunmasına töhfə verir. Azərbaycan bu il də aparıcı mövqeyini nümayiş etdirməyi, yalnız peşəkar idmanda deyil, eyni zamanda, unudulmuş xalq adətlərinin dirçəldilməsi sahəsində əldə etdiyi nailiyyətləri təqdim etməyi planlaşdırır.

Bu il Qırğızıstanda keçiriləcək VI Dünya Köçəri Oyunlarında Azərbaycan güləş yarışları üzrə favoritlərdən biri kimi qiymətləndirilir.

Beynəlxalq “Bişkek-Arena” stadionunun baş mühəndisi Nazirbəy Sarbayevin sözlərinə görə, hazırda əsas tikinti işləri başa çatdırılıb. O bildirib ki, ilkin mərhələdə stadionun tutumu 45 min tamaşaçı üçün nəzərdə tutulub. Lakin FIFA-nın tələblərinə uyğun olaraq, bu göstərici 51 min yerədək artırılıb. Yurt formasında inşa edilən qurğunun hündürlüyü 70 metrdir. Tikintinin ümumi sahəsi 170 min kvadratmetr təşkil edir və bunun 70 min kvadratmetri birbaşa stadionun payına düşür. İşlər müəyyən edilmiş qrafikə uyğun aparılır və avqustun 31-də bu arenada Dünya Köçəri Oyunları keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur  

16:13
16 Fevral

“Aqroservis” ASC-nin sədri Qəbələdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  

16:03
16 Fevral

Ankarada Türkiyə ilə Liviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub  

15:51
16 Fevral

Neft məhsulları ixracının həcmi 7 faizdən çox artıb

15:39
16 Fevral

Ötən ay ölkədən 2 milyard kubmetrdən çox təbii qaz ixrac edilib  

15:38
16 Fevral

Ağdam şəhərindəki 5-ci yaşayış kompleksində 1074 mənzil inşa olunur

15:12
16 Fevral

Ötən həftə 60 mina və 130 partlamamış hərbi sursat zərərsizləşdirilib

15:10
16 Fevral

Bakıda IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib 

15:03
16 Fevral

Yerlan Nısanbayev: Xəzərin dayazlaşması Xəzəryanı ölkələr üçün əsas problemdir  

15:01
16 Fevral

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib  

15:00
16 Fevral

Ukrayna Çexiyanın təşəbbüsü çərçivəsində 4,4 milyon sursat alıb  

14:49
16 Fevral

İordaniya mediasında Azərbaycanın şəhərsalma təcrübəsi barədə məqalələr dərc olunub

14:36
16 Fevral

Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

14:19
16 Fevral

Daha 149 keçmiş məcburi köçkün Xocalı şəhərinə qayıdıb – YENİLƏNİB 

14:01
16 Fevral

Nazir: Kənd təsərrüfatında innovasiyaların və süni intellektin tətbiqi prioritet istiqamətlərdəndir  

13:44
16 Fevral

Hafiz Paşayev: Aqrar sahə artıq innovasiya və texnologiyalarla inkişaf edən perspektivli istiqamətdir  

13:43
16 Fevral

Hadrut və Qırmızı Bazarda daha 30 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

13:43
16 Fevral

Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər

13:41
16 Fevral

Sabah bəzi yerlərdə temperatur 23 dərəcəyədək yüksələcək, gecə və səhər duman olacaq  

13:09
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!