07 Dekabr 2023 10:45
283
İQTİSADİYYAT
A- A+
Dünya iqtisadiyyatı üçün qarşıdakı 5 ilin gözləntiləri nikbin deyil 

Dünya iqtisadiyyatı üçün qarşıdakı 5 ilin gözləntiləri nikbin deyil 

 

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyevaya görə,  1990-cı ildən üzü bəri dünya iqtisadiyyatı qarşıdakı 5 ildə ən bədbin proqnoza sahib olacaq. 
Belə ki, BVF-nin gözlədiyi artım 3 faiz ətrafındadır. Bu rəqəm son 20 ilin ən aşağı artım faizidir. BVF rəhbərinin sözlərinə görə, bu, 1990-cı ildən üzü bəri ortamüddətli qlobal ÜDM artımı üçün ən aşağı proqnozdur. Beləliklə, aydın görünən odur ki, bu artım son 20 ilin orta göstəricisindən nəzərəçarpacaq dərəcədə - 3,8 faiz aşağıdır.
2022-ci ildə qlobal iqtisadi ekspansiya tempi demək olar ki, yarıya - 6,1 faizdən 3,4 faizə enmişdir. 2023-cü ildə BVF əksər inkişaf etmiş iqtisadiyyatlarda əmək bazarlarının gücünə və istehlak xərclərinə, habelə Çində antikoronavirus məhdudiyyətlərinin aradan qaldırılmasının müsbət təsirinə baxmayaraq, 3 faizdən az artım gözləyir. Georgiyeva qeyd edib ki, həm qısa, həm də ortamüddətli perspektivdə artım tarixi müqayisədə zəif olaraq qalmaqdadır.
BVF rəhbəri bildirib ki, bu il qlobal ÜDM artımının yarısı Çin və Hindistanın payına düşəcək. Hazırda ABŞ və Avrozonada daha yüksək bank dərəcələri tələblərinin təsiri altında iqtisadi fəaliyyət yavaşımaqdadır. Georgiyeva  bu il inkişaf etmiş iqtisadiyyatların təxminən 90 faizinin artım tempinin azalacağını  proqnozlaşdırıb. BVF-nin baş direktoru qeyd edib ki, aşağı gəlirli ölkələr üçün də vəziyyət pisləşməkdədir. Borc almaq daha baha başa gəldiyindən onların ixracına da tələbat azalacaq. Bu  minvalla aşağı gəlirli ölkələr ciddi zərbə alacaqlar. 
Yoxsulluq və aclıq dərinləşə bilər. Georgiyeva xəbərdarlıq edib ki, bu, koronavirus böhranı zamanı başlayan təhlükəli tendensiyadır: "Artan geosiyasi gərginliklər və hələ də yüksək inflyasiya şəraitində güclü bərpa təəssüf ki,  çətin olaraq qalmaqdadır. Bu, hər kəsin, xüsusən də ən həssas insanların və ölkələrin perspektivlərinə xələl gətirir". Onun sözlərinə görə, hökumətlər üç əsas vəzifəni həll etməlidir: birincisi,  inflyasiya ilə mübarizə və maliyyə sabitliyinin qorunması; ikincisi, ortamüddətli artım perspektivlərinin yaxşılaşdırılması; üçüncüsü qlobal bərabərsizliklə mübarizə üçün həmrəyliyin inkişafı.
K.Georgiyeva həmçinin ona da diqqət ayırmışdır ki, uzunmüddətli perspektivdə qlobal ticarətin parçalanmasının dəyəri qlobal ÜDM-in 7 faizini təşkil edə bilər. Bu rəqəm isə təxminən Almaniya və Yaponiyanın illik istehsalının cəminə bərabərdir. Texnoloji fərqi də əlavə etsək, bəzi ölkələr ÜDM-in 12 faizə qədərini itirə bilər. Birbaşa xarici investisiyalar daxil olmaqla kapital axınının parçalanması da artım perspektivlərinə zərbə olacaq. Xatırladaq ki, martın sonunda BVF rəhbəri faiz dərəcələrinin kəskin artması səbəbindən qlobal maliyyə sabitliyinə qarşı yüksələn risklər barədə xəbərdarlıq etmişdir.
Ümumiyyətlə, iqtisadçılar 2023-2033-cü illəri qlobal risklərin böhran onilliyi kimi qeyd edirlər. Həyatın dəyərinin artması böhranı, təbii fəlakətlər, geoiqtisadi konfrantasiyalar - qarşıdakı illərin qlobal risklərinə aiddir. Bu, Dünya İqtisadi Forumunun gəldiyi qənaətdir. Köhnə və yeni risklərin qarışması 2023-2033-cü illərin böhran mühitini təyin edəcək. Etiraf etmək lazımdır ki, dünya artıq bir sıra qlobal risklərlə üzləşmişdir: böhran riskləri, həyatın böhranı riski, ticarət müharibələri, nəhəng sosial gərginliklər, geosiyasi qarşıdurmalar və nüvə müharibəsi təhlükələri ciddidir. Bütün bu təhlükələr qarşıdakı onillikdə müəmmalıq səviyyəsinə görə unikal prosesə çevrilir. Dünya iqtisadi forumu hələ 2022-ci ildəki məruzəsində 32 istiqamət üzrə riskləri seçib ayırmışdır. Bu risklərin reytinqi 2 və 10 il üçün hesablanmışdır. 
İqtisadçılar müxtəlif ekspert rəyləri hazırlasalar da, iqtisadi proqnozların nə dərəcədə reallığa uyğun gəldiyini təyin etmək çətindir. Geosiyasi gərginliklər ucbatından dünyada iqtisadiyyatın zəifləməsi sürünən böhranlara apara bilər. Deqloballaşmaya can atmaq isə mövcud olan beynəlxalq idarəetmə mexanizmləri üçün riskdir. Bir sözlə, bəşəriyyət bütünlükdə ciddi iqtisadi çətinliklərin müəmmalı krosvordlarını həll etmək məcburiyyətindədir. 

Bahadur İMANQULİYEV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərkosmos” “Azerspace-1” üzərindən “IoT” xidmətini aktivləşdirib

17:30
19 Mart

Azərbaycan-Bəhreyn əməkdaşlığının perspektivləri müzakirə olunub

17:27
19 Mart

Türkiyənin energetika naziri Xəzər dənizində yataqların işlənməsində yeni tərəfdaşlığa hazır olduğunu bəyan edib  

17:26
19 Mart

Agentlik bayramdan sonra ilk dərs gününün tarixini açıqlayıb

16:49
19 Mart

Azərbaycan Ordusunun hərbi qulluqçuları qar uçqununa düşüblər, axtarış tədbirlərinə başlanılıb

16:29
19 Mart

Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşların müraciətlərini dinləyib  

16:04
19 Mart

“AzerGold”un KSM Komitəsinin üzvləri Göygöldə yerli sakinlərlə görüşüb

15:51
19 Mart

Ceyhun Bayramov Britaniyanın Dövlət katibi ilə regional vəziyyəti müzakirə edib

15:42
19 Mart

Aleksandar Vuçiç: Serbiyada xarici qüvvələr “rəngli inqilab”a cəhd etdilər

15:36
19 Mart

Vətən müharibəsi şəhidi Şakir Cəmillinin ailəsi ziyarət edilib

15:18
19 Mart

Kərə yağı adı ilə satılan daha bir neçə yağın tərkibində uyğunsuzluq aşkarlanıb 

15:02
19 Mart

Ağdərənin Həsənriz kəndinə köç etmək üçün 360 nəfər siyahıya alınıb – köç prosesi mərhələli şəkildə davam edəcək

14:53
19 Mart

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Daşqın Behbudov Göyçayda dəfn edilib

14:39
19 Mart

Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib - YENİLƏNƏCƏK

14:29
19 Mart

Qızılın qiyməti yeni rekorda imza atıb

14:23
19 Mart

Allahşükür Paşazadə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

14:12
19 Mart

Rusiyanın Avropaya neft satışından əldə etdiyi gəlirlər aşağı düşüb

14:06
19 Mart

Gənclər və Idman nazirliyinin kollegiya iclasi keçirilib

13:30
19 Mart

Axtarışda olan şəxs Qazaxıstanda tutularaq Azərbaycana ekstradisiya edilib

13:18
19 Mart

Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə çəkilən avtomobil yolu turizmin inkişafına da töhfə verəcək

13:17
19 Mart

Sabah külək əsəcək, bəzi yerlərdə arabir yağıntı olacaq

13:16
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!