11 Dekabr 2024 08:10
2165
Elm və texnika
A- A+
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika Elmi Konfransı (NASCO XXVII) başlayıb 

Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika Elmi Konfransı (NASCO XXVII) başlayıb 


Dekabrın 10-da Sumqayıt Dövlət Universitetində (SDU) "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr edilmiş Doktorantların və Gənc Tədqiqatçıların XXVII Respublika Elmi Konfransının (NASCO XXVII) açılış mərasimi keçirilib. 

Konfrans Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı və "SOCAR Polymer" MMC-nin baş sponsorluğu, BP və Nobel Energy şirkətlərinin sponsorluğu ilə keçirilir. 

Tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. 

Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

SDU-nun rektoru Rüfət Əzizov iştirakçıları salamlayaraq elmi konfransın rəhbərlik etdiyi ali təhsil müəssisəsində keçirilməsindən məmnunluğunu bildirib. O, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi məqsədilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb və bu istiqamətdə Sumqayıt Dövlət Universitetində tətbiq edilən yeniliklərdən, tədris olunan ixtisaslardan və tələbə-məzunların əmək bazarındakı fəaliyyəti ilə əlaqədar görülən işlərdən bəhs edib. Diqqətə çatdırıb ki, bu gün ölkəmizin sənaye mərkəzi hesab edilən Sumqayıt şəhərinin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti bu şəhərin bilik və təcrübə mənbəyinə çevrilir.  Elm və təhsil naziri Emin Əmrullayev 27-ci dəfə keçirilən konfransın əhəmiyyətini vurğulayaraq, bu cür tədbirlərin elm sahəsində möhkəm və uğurlu bir ənənə formalaşdırdığını, gənc alimlərə böyük imkanlar yaratdığını qeyd edib. Ölkəmizdə elm və təhsilin inkişafı istiqamətində bir sıra mühüm və uğurlu addımlar atıldığını bildirən təhsil naziri nəzərə çatdırıb ki, bu gün müasir təhsil infrastrukturunun yaradılması, universitetlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi bu sahədəki əsas prioritetlərdəndir.    

Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. 

Qeyd edək ki, iki gün davam edəcək konfransa təqdim edilmiş 287 tezisdən 251-i qəbul olunub. 

Konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. 

Konfrans təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər üzrə təşkil edilib.  


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

21:23
09 Fevral

Misli Premyer Liqası: “Turan Tovuz” “Kəpəz”ə qalib gəlib  

21:03
09 Fevral

Aleksandr Sırski: Ukraynanın zərbələri nəticəsində Rusiyada neft emalı 19 faiz azalıb  

20:53
09 Fevral

Prezident: Hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq  

20:37
09 Fevral

Prezident İlham Əliyev: Hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir  

20:33
09 Fevral

Vens: Tərəfdaşlarımız TRIPP layihəsinin çox məhsuldar investisiya imkanı olduğunu düşünürlər  

20:18
09 Fevral

ABŞ-ın vitse-prezidenti TRIPP fondunun yaradılacağını elan edib  

20:07
09 Fevral

Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib YENİLƏNİB 

20:07
09 Fevral

Vens: TRIPP layihəsi regiona tarixi transformasiya gətirəcək  

19:58
09 Fevral

Nikol Paşinyan: Prezident Trampın şəxsi iştirakı ilə regionda sülh bərqərar oldu  

19:47
09 Fevral

Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub  

19:31
09 Fevral

Türkiyənin "Eczacıbaşı Holding" şirkətlər qrupunun Azərbaycanda potensial fəaliyyəti müzakirə olunub  

19:07
09 Fevral

“Barselona”nın prezidenti istefa verib  

18:46
09 Fevral

Portuqaliyada prezident seçkilərində qalib müəyyənləşib

18:44
09 Fevral

Astronavtlar artıq kosmosa smartfon apara biləcək  

18:40
09 Fevral

MOK-un erməni idmançılarla bağlı müraciəti müsbət nəticələnib

18:38
09 Fevral

Milli Məclisin Regional məsələlər komitəsində bələdiyyələrin 2025-ci ildəki fəaliyyəti müzakirə olunub  

18:34
09 Fevral

Qırğızıstan Çin və TDT-yə üzv ölkələrlə yükdaşımalar üçün “e-Permit” sistemini tətbiq edib  

18:31
09 Fevral

İsveçrəli xizəkçi Qış Olimpiya Oyunlarında nadir göstəriciyə imza atıb

18:05
09 Fevral

Pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılır

18:04
09 Fevral

Əmək pensiyaları indeksləşdirilir - SƏRƏNCAM  

18:02
09 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!