26 May 2026 11:48
112
CƏMİYYƏT
A- A+
DMX Bakı-Tbilisi-Bakı marşrutu üzrə dəmir yolu nəqliyyatı vasitəsilə ölkəyə giriş-çıxış edən əcnəbilərə müraciət edib  

DMX Bakı-Tbilisi-Bakı marşrutu üzrə dəmir yolu nəqliyyatı vasitəsilə ölkəyə giriş-çıxış edən əcnəbilərə müraciət edib  


Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycan Respublikası vətəndaşlarının və ölkəmizə vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının respublikamızla Gürcüstan arasında Bakı – Tbilisi – Bakı marşrutu üzrə dəmir yolu nəqliyyatı vasitəsilə giriş-çıxışı cari il mayın 25-i saat 00:00-dan etibarən bərpa edilib. Bu marşrut üzrə Azərbaycanın ərazisinə səfər edən və səfər müddəti bitdikdən sonra ölkə ərazisini tərk edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizin miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlı olmaları zəruridir.

Bu barədə AZƏRTAC-a Dövlət Miqrasiya Xidmətindən (DMX) bildirilib.

Qeyd olunub ki, Azərbaycanın miqrasiya qanunvericiliyinə əsasən, ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Rusiya vətəndaşlarının Azərbaycanın ərazisində müvəqqəti olma müddəti isə bir təqvim ili ərzində 90 gün müəyyən edilib.

Bakı – Tbilisi – Bakı marşrutu üzrə dəmir yolu nəqliyyatı vasitəsilə daşınan sərnişinlərin rahatlığının təmin edilməsi, mümkün əlavə prosedurların tətbiqi ilə bağlı yarana biləcək ləngimə hallarının qarşısının alınması məqsədilə miqrasiya qanunvericiliyinin yuxarıda sadalanan tələblərini pozması ehtimal edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkə ərazisini tərk edənədək DMX-nin regional miqrasiya baş idarələri (idarələri) və ya “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərələrinə müraciət edə, eləcə də xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsi vasitəsilə miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə ölkədən gedişlərinə və ölkəyə gəlişlərinə tətbiq edilmiş məhdudiyyət barədə həm ölkə ərazisində olarkən, həm də ölkə ərazisinə gəlmədən məlumat əldə edə bilərlər.

Qeyd edək ki, Bakı – Tbilisi – Bakı marşrutu üzrə hərəkət edən qatarın dayanacağı Böyük Kəsik dəmir yolu stansiyasında DMX-nin fəaliyyəti təmin edilib. Qatarın stansiyada dayanacağı müddət ərzində Bakı – Tbilisi – Bakı marşrutu üzrə ölkə ərazisinə səfər edən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə miqrasiya xidmətləri operativ qaydada göstərilir.

Ətraflı məlumat üçün xidmətin (012) 919 Çağrı Mərkəzinə, rəsmi sosial şəbəkə hesablarına (feysbuk, instaqram) və ya İctimaiyyətlə əlaqələr idarəsinə - [email protected] imeyli vasitəsilə müraciət edə bilərsiniz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

15:29
26 May

Qanun layihəsi təsdiqləndi: Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər  

15:22
26 May

Kənd təsərrüfatı yeni inkişaf dövrünə qədəm qoyur

15:07
26 May

2026/2027-ci tədris ili üzrə doktoranturaya yeni qəbul qaydaları açıqlanıb

15:07
26 May

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ 

14:50
26 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

14:36
26 May

Bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub

14:32
26 May

Milli Məclisin yaz sessiyası başa çatıb

14:30
26 May

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb  

14:26
26 May

Komitə sədri: Ailə Konsepsiyası sənədi yekunlaşmaq üzrədir

14:19
26 May

Gender bərabərliyinin təmin olunmasına nəzarət edən orqanın illik məlumatı təsdiqlənib

14:17
26 May

İndoneziya-Azərbaycan strateji əməkdaşlığı - Cakartada Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət 

14:06
26 May

Cavid Qurbanov: Azərbaycan ilə Gürcüstan arasında sərnişin qatarlarının bərpası xalqlarımız üçün çox vacibdir

14:01
26 May

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

13:47
26 May

Azərbaycanın aqrar siyasətində yeni mərhələnin konturları müəyyənləşdirildi

13:32
26 May

Ermənistanda siyasi qüvvələrdən biri seçki yarışından geri çəkilib  

13:12
26 May

Sabah hava əsasən yağmursuz olacaq

13:11
26 May

Elm və təhsil naziri Qaxda peşə təmayüllü siniflərin və rəqəmsal dərslərin gedişatını izləyib  

13:09
26 May

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofolidən

13:08
26 May

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

13:05
26 May

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən

12:56
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!