18 Aprel 2025 17:12
551
SİYASƏT
A- A+
Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar

Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Azərbaycan tarixinin və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər. Xarici diplomatları Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə danışıb. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinin Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə tanış olublar. Məlumat verilib ki, bu küçədə dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. İnşa olunan binalar arasında mehmanxana, ofislər, iaşə obyektləri var. Tikinti işləri şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Binaların tikintisində Şuşa daşlarından istifadə olunaraq, Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılır. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.

Nümayəndə heyəti sonra Aşağı Gövhər Ağa məscidinə gəlib. Məlumat verilib ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb.

Səfər çərçivəsində xarici diplomatlar Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Bildirilib ki, təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilib. İyirmi üç binadan ibarət yaşayış kompleksində keçmiş şuşalıların rahat yaşaması üçün hər cür şərait yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verib

17:44
19 Mart

QMİ sədri: Azad Qarabağda azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasının rəmzidir

17:23
19 Mart

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

17:11
19 Mart

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

17:02
19 Mart

Energetika naziri Ağsuda vətəndaşların müraciətlərini dinləyib  

16:57
19 Mart

Ombudsman Aparatı digər millət və dinlərə aid qəbiristanlıqların vəziyyətinə dair hesabat hazırlayıb

16:32
19 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:15
19 Mart

Baş Prokurorluğun əməkdaşları Qlobal Sammitdə iştirak ediblər

16:08
19 Mart

Hava yağıntılı olacaq, bəzi dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ  

15:57
19 Mart

Yanvar ayında Qazaxıstanın Azərbaycana ixracı 15 milyon dolları keçib

15:56
19 Mart

Prezident Ərdoğan: Ankara Türkiyənin tərəqqisi yolundakı maneələrə imkan verməyəcək  

15:55
19 Mart

ANAMA işğaldan azad olunmuş ərazilərdəki qəbiristanlıqları ziyarət etmək istəyənlərə müraciət ünvanlayıb  

15:51
19 Mart

Qazın qiymətində kəskin artım baş verib

15:50
19 Mart

Viktor Orban: Macarıstan Brüsselin Ukraynanın lehinə olan heç bir qərarını dəstəkləməyəcək  

15:20
19 Mart

Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib

15:01
19 Mart

Xocalı rayonuna növbəti köç: Xanabad kəndinə 89 nəfər köçürülüb

14:46
19 Mart

Xocavənd şəhərində daha 46 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

13:47
19 Mart

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb  

13:32
19 Mart

Sabah hava yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq

13:13
19 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

12:58
19 Mart

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi şəhid ailələrini ziyarət edib  

12:32
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!