23 Yanvar 2026 11:24
415
SİYASƏT
A- A+
Davos İqtisadi Forumu Azərbaycanın qlobal iqtisadi arenada lider olduğunu bir daha göstərdi  

Davos İqtisadi Forumu Azərbaycanın qlobal iqtisadi arenada lider olduğunu bir daha göstərdi  


“Davos İqtisadi Forumunda dövlət və hökumət başçıları,  eləcə də dünyanın aparıcı transmilli şirkətlərinin rəhbərlərinin Prezident İlham Əliyevlə görüşməyə təşəbbüs göstərmələri və baş tutan görüşlərdə müzakirə olunan məsələlər deməyə əsas verir ki, Azərbaycan qlobal gündəmdə önəmli və mühüm rol oynayan ölkə hesab olunur. Davos İqtisadi Forumu siyasi və iqtisadi sənədlərin imzalanmadığı bir platforma olmasına baxmayaraq, təsir gücünə malik bir təşkilatdır”.

Bu fikirləri “Azərbaycan” qəzetinə  Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva deyib. O bildirib ki, Prezident İlham Əliyevin Forumda iştirakı və səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan qlobal proseslərdə aktiv iştirak edir. Azərbaycan Avrasiyanın enerji təhlükəsizliyi, o cümlədən  nəqliyyat-logistika məsələlərində öndə gedən dövlətlərdəndir.Azərbaycan enerji ixrac edən dövlət olmaqla yanaşı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutları üzərində yerləşən çox önəmli tranzit ölkə kimi çıxış edir. Bu gün ölkəmiz həqiqətən də Şərqlə Qərbi birləşdirən və dövlətlərarası iqtisadi əlaqələrin yaranmasına böyük töhfə verən bir dövlətdir. “Ölkə başçımız çıxışında bir daha vurğuladı ki, Azərbaycan regionda yeni reallıqlar yaradıb. Dövlətimiz hərbi, siyasi, diplomatik yolla Cənubi Qafqaz regionunda stabillik, əmin-amanlıq yaratdı, əbədi sülhü bərpa etdi. Ermənistan rəhbərliyi də Azərbaycanın yaratdığı bu reallığı artıq qəbul edir və regionun inkişafı və tərəqqisi üçün ən optimal variant olduğunu təsdiqləyir”, - deyə o əlavə edib.

Ekspert xatırladıb, Prezident İlham Əliyev "Euronews"a  müsahibəsində dünyada baş verən iqtisadi problemlərə münasibətini bildirərək, müasir dünyada güc amilinin beynəlxalq hüququ üstələdiyini qeyd edib. Azərbaycan torpaqlarının 30 il işğalda qaldığı zaman biz bunun şahidi olmuşuq. BMT TŞ-nin 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini tərk etmədi. Azərbaycan beynəlxalq hüququn prinsiplərini əsas götürərək hərbi bə siyasi yolla torpaqlarını işğaldan azad etdi. 

K.Əliyeva bildirib ki, bu gün Azərbaycan regionda güclü və nüfuz sahibi olmasına baxmayaraq, hər zaman beynəlxalq hüquqa sadiqlik nümayiş etdirir: “Ölkəmiz  Cənubi Qafqazda siyasi, iqtisadi,  hərbi cəhətdən güclü bir dövlət olmasına rəğmən hər zaman sülhün tərəfdarı olub. Ölkə başçımız Zəngəzur dəhlizinin açılmasının Avrasiya  məkanına böyük töhfələr verəcəyini xüsusi vurğuladı. 30 il Azərbaycanla müharibə aparan Ermənistan da Zəngəzur dəhlizi açıldıqdan sonra böyük mənfəət əldə edəcək. Müsahibəsində Prezident İlham Əliyev Azərbaycanın bir sıra dövlətlərin enerji təhlükəsizliyinə böyük töhfə verdiyini xüsusi qeyd etdi. Bu gün Azərbaycan  16 dövlətə təbii qaz ixrac edir ki, bunlardan 10-u Avropa ölkəsidir. Bununla da Azərbaycan  həm regional, həm də qlobal səviyyədə enerji sahəsində lider dövlət olduğunu təsdiqləyir. Bütün bunlara rəğmən Avropa Parlamenti və AŞPA Azərbaycana qarşı qeyri-konstruktiv mövqe nümayiş etdirir. Dövlət başçımız bu qurumların Azərbaycana qarşı neqativ mövqe nümayiş etdirmələrinə diplomatik formada layiq olduqları cavabı verdi. Prezident İlham Əliyev Davos İqtisadi Forumunda bir daha qlobal iqtisadi arenada Azərbaycanın lider dövlət olduğunu nümayiş etdirdi”.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”ni məğlub edib  

18:58
16 Fevral

Rəsədxana: Sabah Günəş tutulması baş verəcək

18:57
16 Fevral

Yanvarda ixrac edilən xam neft və neft məhsullarının həcmi 2 milyon tonu ötüb

18:34
16 Fevral

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib  

18:11
16 Fevral

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb  

18:03
16 Fevral

Ermənişünas-alim: Konstitusiya dəyişikliyi Ermənistan üçün əsas imtahandır  

17:56
16 Fevral

Almaniya uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdıra bilər  

17:43
16 Fevral

Mərkəzi Asiya ölkələri Astanada Əfqanıstanla qarşılıqlı fəaliyyəti müzakirə ediblər  

17:33
16 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:23
16 Fevral

Azərbaycan və Serbiya dost ölkələrdir  

17:09
16 Fevral

Bakı ilə Belqrad arasında münasibətlər əməkdaşlıq üçün yeni platformadır  

17:00
16 Fevral

Premyer Liqa: “Şamaxı” - “Turan Tovuz” oyununda qapılara qol vurulmayıb

16:42
16 Fevral

Daha 130-dan çox şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

16:21
16 Fevral

Azərbaycan geniş geosiyasi təsir imkanlarına malik tərəfdaş kimi qəbul olunur  

16:13
16 Fevral

“Aqroservis” ASC-nin sədri Qəbələdə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib  

16:03
16 Fevral

Ankarada Türkiyə ilə Liviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub  

15:51
16 Fevral

Ukrayna üzrə Cenevrə danışıqlarının mövzu dairəsi genişləndiriləcək

15:41
16 Fevral

Neft məhsulları ixracının həcmi 7 faizdən çox artıb

15:39
16 Fevral

Ötən ay ölkədən 2 milyard kubmetrdən çox təbii qaz ixrac edilib  

15:38
16 Fevral

Rəsədxana: G1 səviyyəli geomaqnit qasırğası gözlənilir

15:32
16 Fevral

Yanvarda ixrac olunan neft koksunun dəyəri 23 dəfə artıb

15:29
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!