26 Noyabr 2025 17:09
11200
COP29
A- A+
COP29-dan COP30-a: Azərbaycan və İƏİT iqlim hədəflərini təhsil sahəsində real fəaliyyətə çevirir  

COP29-dan COP30-a: Azərbaycan və İƏİT iqlim hədəflərini təhsil sahəsində real fəaliyyətə çevirir  


Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) Azərbaycan ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən COP29-da irəli sürülmüş iqlim savadlılığının qlobal təhsil gündəminə inteqrasiyası, Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) vasitəsilə iqlim savadlılığının ölçülməsinə dair təşəbbüsünə dair son bir ildə görülən işlərin nəticələri müzakirə olunub.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konfrans çərçivəsində təşkil olunmuş “Təhsilin yaşıllaşdırılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masada aparılan müzakirələr zamanı ölkəmizi təmsil edən nümayəndə heyəti tərəfindən təşəbbüsün əhəmiyyəti, görülmüş işlər və planlaşdırılan fəaliyyətlər barədə məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan tarixi bir addım ataraq beynəlxalq təhsil siyasətini yenidən formalaşdırmağa və iqlim savadlılığını gələcək nəsillərin qarşıdakı çağırışlara hazırlanmasının əsas komponentinə çevirməyə müvəffəq olub. Sözügedən təşəbbüs bu gün iqlim savadlılığının PISA-ya inteqrasiyası, onun milli kurikulumlara daxil edilməsi kimi addımları əhatə edən qlobal bir hərəkat halını alır. Təşəbbüsün məqsədi gənclərin iqlim proseslərini başa düşən, sübutlara əsaslanan qərarlar verən və iqlim fəaliyyətinə fəal qoşulan nəsil kimi yetişdirilməsidir.

Azərbaycanın bu təşəbbüsü çərçivəsində ötən bir il ərzində PISA İqlim Savadlılığı Çərçivəsi hazırlanıb, həm Azərbaycanda, həm də Braziliyada iqlim savadlılığı ilə bağlı pilot qiymətləndirmə keçirilib, dünyanın müxtəlif ölkələri kurikulumlarını, müəllim hazırlığı proqramlarını və siyasət prioritetlərini uyğunlaşdırmağa başlayıblar.

Konfrans çərçivəsində səsləndirilən fikirlərə əsasən iqlim savadlılığının PISA-ya daxil edilməsi qlobal təhsil sistemləri üçün dərin təsirlərə malikdir. PISA milli islahatların əsas hərəkətverici qüvvələrindən biridir və iqlim savadlılığı onun qiymətləndirmə çərçivəsinin bir hissəsinə çevrildikdə ölkələr təbii olaraq siyasətlərini bu yeni prioritetə uyğunlaşdırmağa başlayacaqlar. Hökumətlər iqlim mövzularını, sistemli düşünmə bacarıqlarını və fəaliyyət yönümlü yanaşmaları yalnız təbiət elmlərində deyil, həm də riyaziyyat, oxu bacarığı, media savadlılığı və hətta süni intellekt savadlılığı sahələrində milli kurikulumlarına inteqrasiya edəcəklər. Bu dəyişiklik şagirdlərin iqlim sistemlərini başa düşməsi, məlumatı tənqidi şəkildə qiymətləndirməsi və iqlim fəaliyyətində mənalı şəkildə iştirak edə bilməsi ilə bağlı yeni müzakirələrə təkan verəcək. Beynəlxalq göstəricinin formalaşması ilə təhsil nazirlikləri siyasət strategiyalarını müəyyənləşdirə, nəticə boşluqlarını aşkar edə və şagirdləri dayanıqlı gələcəyə hazırlayan islahatlar apara biləcəklər.

Təşəbbüs təkcə qiymətləndirmə ilə məhdudlaşmır. Qiymətləndirmə alətinin hazırlanması ilə paralel olaraq Azərbaycan və İƏİT müəllimlərin iqlim savadlılığını tədrisə inteqrasiya etməsinə dəstək olacaq hərtərəfli resursların yaradılmasını hədəfləyir.

Konfrans çərçivəsində Azərbaycanın qlobal təhsil siyasətinə təsir göstərən tarixi bir addım atması və iqlim savadlılığının formalaşdırılması üzrə qurduğu əməkdaşlıq modelinin dünya ölkələri üçün nümunəyə çevrildiyi xüsusi diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sumqayıtın təmizliyi vacib şərtdir  

18:28
09 Oktyabr

Azərbaycanın tranzit yolunda canlanma: Astarada yük axını sürətlənir

18:22
09 Oktyabr

Skandinaviyada qədim evlərdə insan qalıqları və zorakılıq izləri aşkarlanıb  

18:15
09 Oktyabr

Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları

17:52
09 Oktyabr

Vətən müharibəsi şəhidi Alışanlı Amalın xatirəsi anılıb

17:36
09 Oktyabr

Bakıda qatarların yolu insanlarla doludur

17:21
09 Oktyabr

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik  

17:13
09 Oktyabr

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

17:12
09 Oktyabr

 Gəncədə voleybol festivalı keçirilmişdir

17:09
09 Oktyabr

Masallının Çaxırlı kəndində Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anılıb  

16:59
09 Oktyabr

Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

16:56
09 Oktyabr

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

16:55
09 Oktyabr

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

16:53
09 Oktyabr

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir  

16:52
09 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

16:50
09 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB 

16:49
09 Oktyabr

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib  

16:48
09 Oktyabr

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb  

16:47
09 Oktyabr

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər  

16:46
09 Oktyabr

Qlobal bağlantıların mərkəzi   

16:41
09 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafı regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir  

16:38
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!