19 Fevral 2025 15:54
583
DÜNYA
A- A+
Co Bayden administrasiyasından qalmış “miras”  

Co Bayden administrasiyasından qalmış “miras”  


Şərqi Avropa və Yaxın Şərq nə vaxtacan od içində qalacaq


ABŞ-nin keçmiş prezidenti Co Bayden tərəfindən dünya düzəninin dəyişdirilməsi siyasəti beynəlxalq münasibətlərdə ciddi gərginliyə səbəb oldu. Qərbin Şərq üzərində yenidən hegemonluğunun təmin edilməsinə yönəlmiş bu siyasət nisbətən sabit dünya düzəninin dağılması ilə nəticələndi.

Mütəxəssislərin fikrincə, beynəlxalq münasibətlərdə belə vəziyyət İkinci Dünya müharibəsindən sonra ilk dəfə idi yaranırdı. Düzdür, Karib böhranı ABŞ ilə SSRİ arasında gərginliyə səbəb olmuşdur. Amma bu, əsasən iki dövlət arasında yaranan gərginlik idi və odur ki, danışıqlar yolu ilə nizamlandı. İndiki vəziyyəti bununla müqayisə etmək olmaz. Bu dəfə gərginliyin coğrafiyası genişdir və o, qlobal xarakter daşıyır. 

Məsələ ondadır ki, SSRİ-nin dağılması və onun varisi olan Rusiyanın məlum səbəbdən zəif düşməsi Qərbə beynəlxalq arenada istədiyi kimi hərəkət etməyə imkan vermişdi. O üzdən əvvəllər sovetlər birliyinin, sonralar Rusiyanın müttəfiqləri olmuş bir sıra Yaxın Şərq ölkələrində Qərbin dəstəyi ilə rejimlər dəyişdirildi. Rusiya buna müqavimət göstərə bilmədiyi üçün həmin regionda siyasi nüfuzunu itirdi. Yeni rejimlər Qərbin qəzəbinə gəlməmək  üçün Rusiyadan üz çevirdilər. Bu. şimal qonşumuzun qlobal güc olmaqdan çıxıb regional gücə çevrilməsi demək idi. 

Amma Rusiya bunu qəbul etmək istəmirdi. Rusiya-Ukrayna müharibəsinin başlanmasında da bu amil əsas rol oynadı. RF Ukraynanı öz arxa bağçası bilir və onun Qərbə inteqrasiyasını qəbul etmirdi. Qərb isə Rusiyanın bu tələbinə məhəl qoymayaraq Ukraynanı Qərbə inteqrasiya istiqamətinə yönəldirdi. Söhbət bu ölkənin gələcəkdə NATO-nun üzvü olması ehtimalından gedirdi. Kreml isə fikirlərşidi ki, Ukrayna Şimali Atlantika blokuna daxil olarsa, ertəsi gün NATO-nun hərbi qüvvələri Rusiya sərhədində dayanacaq. Göz gördüyündən qorxar, deyiblər. SSRİ dağılanda Qərb Rusiyaya söz vermişdi ki, Şərqi Avropa ölkələri NATO-ya üzv qəbul olunmayacaq. Sonradan Qərb ortada rəsmi bir sənəd olmadığını bildirərək sözünün üstündə durmadı – Şərqi Avropa ölkələri bir-birinin ardınca NATO-ya üzv qəbul edildilər. Sonrası məlumdur – artıq 3 ildir Avropanın ən böyük ölkəsi ilə dünyanın ən böyük ölkəsi arasında müharibə gedir.

Donald Tramp seçki marafonunda dəfələrlə bəyan etmişdi ki, hakimiyyətə gələcəyi halda bu müharibəni 24 saat ərzində həll edəcək. Ancaq real vəziyyətdə bunun mümkün olmayacağını içi D.Tramp qarışığı hamı bilirdi. Müharibədə çox qan tökülmüş, şəhərlər, qəsəbələr, kəndlər yer üzübdən silinmişdi.  Belə olan halda iki ölkə arasında ədalətli sülhün olacağı mümkündürmü? Bu sualın cavabını hələlik heç kəs bilmir.

Amerikada da anlayırlar ki, belə mürəkkəb məsələyə bu cür bəsit yanaşmaq olmaz. Məğlub tərəf sayaraq (hərçənd bu savaşda qalib tərəf də yoxdur) Ukraynaya Rusiyanın istəyinə uyğun bütün şərtləri qəbul etdirmək mümkün deyil. Əgər ABŞ bu fikrə düşərsə, o, ədalətli vasitəçi funksiyasını və ümumiyyətlə, beynəlxalq nüfuzunu itirə bilər. Vəziyyətin belə qəliz olması ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi elçisi Kit Kelloqu “heç kim Volodimir Zelenskini sülh razılaşmasına məcbur etməyəcək” bəyanatını verməyə vadar etdi. 

Bu arada Avropa İttifaqının danışıqlardan kənar qalması “qoca qitə”dəki siyasətçiləri qəzəbləndirib. Çünki onlar bu müharibəni öz savaşları kimi qəbul edirlər və məlum səbəbdən buna haqları da var. Əvvəla, müharibədən ən çox ziyan çəkən onlardır – ucuz rus qazı və neftindən məhrum olmaq, Rusiya kimi nəhəng bazarı itirmək, Ukraynadan olan milyonlarla qaçqına qucaq açmaq sıradan faktlar deyil. Üstəlik də Ukraynaya milyardlarla avro dəyəri olan hərbi və maddi dəstək.

Bu gərginlik fonunda fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri arasında Rusiya-Ukrayna müharibəsinin nizamlanması barədə danışıqlar aparıldı. Aparılan danışıqların birinci raundundan sonra xəsisliklə verilən açıqlamaya görə, savaşın nizamlanması üç mərhələdən – atəşkəs, Ukraynada prezident seçkilərinin keçirilməsi və sülh danışıqlarına başlanmasından ibarət olacaq. Sözsüz ki, bu, ABŞ və RF-nin razılaşmasıdır. Ukraynanın və Avropanın həmin  razılaşmaya münasibəti isə hələlik rəsmən açıqlanmayıb. Amma verilən şərhlərdən, açıqlanan mövqelərdən və görünən reaksiyalardan belə sezmək olar ki, Ukrayna və Avropa Ər-Riyad razılaşmasından, yumşaq desək, heç də məmnun qalmayıblar. 

Hamı D.Trampın gəlməsini ümidlə gözləyirdi, təbii ki, dünyadakı gərginliyə son qoyacağına söz verdiyi üçün. Axı, Co Bayden administrasiyasının apardığı yanlış siyasət beynəlxalq münasibətləri üçüncü dünya müharibəsi həddinə gətirmişdi. Rusiya-Ukrayna savaşından savayı, İsrail-Fələstin müharibəsinin başlaması və burada minlərlə dinc insanların ölməsi də Co Bayden administrasiyasının ayağına yazılmalıdır. Düzdür, bu münaqişəyə mqvəqqəti son qoyulub. Müvəqqəti ona görə ki, nəticələri havadan asılı vəziyyətdə qalıb və ondan yenə barıt qoxusu gəlir. 

Hazırda Co Baydenin miras qoyduğu iki yanğın ocağında vəziyyət belədir. Bəs, Donald Tramp bu mirasın altından necə çıxacaq? Dünya səbirsizliklə bu sualın cavabını gözləyir.


Rüstəm KAMAL,

“Azərbaycan”  


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb  

17:35
10 Mart

“ƏDV geri al” çərçivəsində 35 milyon manatadək vəsait istehlakçılara qaytarılıb

17:29
10 Mart

Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb

17:21
10 Mart

Kolumbiyanın ölkəmizdəki yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib  

17:12
10 Mart

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!