24 Sentyabr 2022 16:58
385
SİYASƏT
A- A+

Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun 46-cı illik nazirlər iclasında iştirak edib

 

Sentyabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun “Ərzaq, yanacaq və maliyyə böhranlarının aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolları” mövzusunda 46-cı illik nazirlər iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, 134 ölkənin xarici işlər nazirlərinin qatıldığı iclasda nazir Ceyhun Bayramov çıxış edərək, ərzaq, yanacaq və maliyyə böhranları ilə mübarizədə, habelə onların nəticələrinin aradan qaldırılmasında qlobal həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Sözügedən qlobal problemlərlə mübarizədə G77-nin birgə səylərin konsolidasiyası, habelə həmrəyliyin, əməkdaşlığın möhkəmləndirilməsi və BMT sisteminin mərkəzi mövqeyinin vurğulanmasına öz töhfəsini verə biləcəyinə dair əminlik ifadə olunub.

G77-nin nisbətən yeni üzvü olmasına baxmayaraq, Azərbaycanın bu qrupun işinə fəal töhfə verməyə çalışdığı qeyd edilib. Bu xüsusda, nazir Ceyhun Bayramov, Qoşulmama Hərəkatının (QH) fəaliyyətdə olan sədri kimi Azərbaycanın QH və G77 arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına çalışdığını söyləyib.

Ermənistan və Azərbaycan arasında münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra regionda yeni reallıqların yarandığı diqqətə çatdırılıb. Bu xüsusda, nazir Ceyhun Bayramov kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin həyata keçirilməsi yolu ilə formalaşan nəqliyyat qovşağının Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu təmin edəcəyini vurğulayıb.

Azərbaycanın COVID-19 pandemiyasının yaratdığı problemlərin həllində 80-dən çox inkişaf etməkdə olan ölkəyə beynəlxalq humanitar, texniki və maliyyə yardımı göstərdiyi və bundan sonra da Cənub-Cənub əməkdaşlığının etibarlı tərəfdaşlarından biri kimi öz dəstəyini əsirgəməyəcəyi bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video