Cərrahi əməliyyat zamanı koronavirus infeksiyasından qorunmağın yolları
Hazırda koronavirus (COVID-19) infeksiyasının pandemiya dövrünü yaşayırıq və onunla mübarizə aparmaqdayıq. Bu xəstəliklə savaşda ən effektiv yol - onun yayılmasının qarşısını almaqdır. Bunun üçün özünütəcrid ən vacib tədbirdir. Hər sahədə birbaşa təmasları azaltmaq üçün total izolyasiya tədbirləri həyata keçirilir. Həyati vacib sahələr istisna olmaqla, əksər sferaların fəaliyyəti dayandırılır və ya distant formaya keçirilir. Lakin elə sahələr var ki, orada birbaşa təması aradan qaldırmaq mümkün deyil. Bunlardan biri də tibbi fəaliyyət sahəsidir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramovun sözlərinə görə bu səbəbdən bir çox ölkələrdə tibbi fəaliyyət sahəsində iki mühüm dəyişiklik həyata keçirilir. Bunlardan birincisi, COVID-19 xəstəliyi və ya şübhəsi olan pasiyentlərə xidmətin izolyasiyası, ikincisi isə planlı xidməti dayandımaq və yalnız təcili və təxirəsalınmaz tibbi xidmətləri göstərməkdən ibarətdir. Sonuncu tədbirin həyata keçirilməsində birinci məqsəd insani təmasları azaltmaqdırsa, ikincinin məqsədi tibbi resursları qorumaqdır.
Professor qeyd edib ki, hazırda bəzi xəstələrdə təcili və onkoloji əməliyyatların aparılması zərurəti ortaya çıxır. Buna görə də əməliyyatdan əvvəl, əməliyyat vaxtı və əməliyyatdan sonra koronavirus infeksiyasına yoluxmanın və onun yayılmasının qarşını almaq üçün bir sıra tədbirlərin görülməsinə böyük ehtiyac var. İnfeksiyaya nəzarət komitələrinin tövsiyələrini, beynəlxalq protokolları, elmi tədqiqatları, Çin, İtaliya və digər ölkələrdən əldə edilən dünya təcrübəsini nəzərə alaraq professor Nuru Bayramov və həmin kafedranın assistenti, tibb üzrə fəlsəfə doktoru Sevinc Salahova COVID-19 pandemiyası dövründə aparılan təcili və onkoloji əməliyyatlarda aşağıdakı profilaktik tədbirlərin görülməsini tövsiyə edirlər:
1. Təlim. Tibbi personala sterilliyi qorumaq, davranmaq, geyinmək və xüsusi cəhətlərə diqqət etmək üçün təlimlər keçmək.
2. Total skrininq. Xəstəxanaya müraciət edən bütün xəstələri COVID-19-a görə klinik və laborator olaraq yoxlamaq.
3. İzolyasiya. COVID-19 olan xəstələrlə infeksiyaya yoluxmayanların bütün cərrahi xidmətlərini bir-birindən təcrid etmək - yatış şöbələri, əməliyyatxanaları və tibbi personalı ayrı olmalıdır. Bunun üçün xəstəxanaları ayırmaq və ya tibb müəssisəsi daxilində izolyasiya etmək lazım gəlir.
4. Total qoruma. Hazırki yoxlama üsullarının nə dərəcədə həssas və spesifik olduğunu dəqiq bilmədiyimizi, yoluxmanın hər mərhələdə baş verə biləcəyini nəzərə alaraq həm virus pozitiv, həm də neqativ olanların müalicə mərhələlərində yüksəkdərəcəli qoruma tədbirləri həyata keçirmək lazımdır.
5. Xəstələrlə əməliyyatdan əvvəl və sonra təmas qaydaları infeksion komitənin verdiyi tövsiyələr çərçivəsində olmalıdır.
6. Tibbi personalı qorumaq (ikiqat geyim və deşilməni önləmək).
a. Əməliyyat vaxtı cərrah, tibb bacıları və anestezioloqların geyimləri steril və iki-üçqat olmalıdır: ikiqat papaq, əlcək, maska və xalat, qoruyucu üzlük.
b. Əməliyyat vaxtı əlcəklərin deşilməməsi və yırtılmamasına səy göstərmək, bu, baş verərsə, anında dəyişdirmək.
7. Ağciyəri qorumaq. Ağciyərləri qorumaq üçün laparoskopik əməliyyatlarda qarındaxili təzyiqi aşağı səviyyədə tutmaq və Tredlenburq vəziyyətindən qısamüddətli istifadə etmək.
8. Tüstünün yayılmasının qarşısını almaq. Elektrokoterlərin və ultrasəs bıçaqlarının törətdiyi tüstü virus və mikrobların yayılmasında rol oynayır. Ona görə də həm açıq, həm də laparoskopik əməliyyatlarda tüstünün əmələ gəlməsini və yayılmasını azaltmaq lazımdır. Bu məqsədlə koterlərin məhdud şəkildə, aşağı rejimdə və qısamüddətli istifadəsi, tüstünü sormaq üçün aspiratorlardan istifadə etmək tövsiyə olunur.
9. Əməliyyat vaxtı "mayelərin” kənara çıxmaması. Əməliyyat vaxtı qan və digər mayelərin ətrafa çıxmasının qarşısı maksimal dərəcədə alınmalıdır və bu məqsədlə sorucuların istifadəsi şərtdir.
10. Pnevmoperitoneum qazının kənara çıxmaması. Pnevmoperitoneum qazında virusların olma ehtimalı var, ona görə də bu havanın kənara çıxmamasına diqqət etmək lazımdır: resirkulyator sistemlər istifadə edilməməlidir, portlardan buraxmalara, xüsusən qəfləti qaz çıxışlarına yol verilməməlidir, mümkünsə, karbon qaz filtrləri istifadə edilməlidir.
11. Dezinfeksiya. Əməliyyatdan sonra əməliyyat otağı və cihazlar, tullantılar yüksək dezinfeksiya tələblərinə uyğun olaraq işlənməlidir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndi...
04 May
Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platfor...
04 May
Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiym...
04 May
Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb
04 May
Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar
04 May
“Azeri Light” markalı neft ucuzlaşıb
04 May
Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar...
04 May
İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib
04 May
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır
04 May
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!