02 Aprel 2026 15:41
157
DÜNYA
A- A+
Bu kiçik şəhər dünyanın ən pis havasına malikdir

Bu kiçik şəhər dünyanın ən pis havasına malikdir


Hindistanın Dehli şəhərindən bir saatdan az məsafədə yerləşən Loni şəhəri 2025-ci ildə dünyanın ən çirkli havasına malik şəhəri kimi qeydə alınıb. 

İsveçrənin “IQAir” şirkətinin hazırladığı “World Air Quality Report 2025” hesabatına əsasən, şəhərin havasında həddindən artıq zərərli hissəciklər mövcuddur. 700 minə yaxın əhalisi olan sənaye şəhərində fabrik tüstüləri, nəqliyyat vasitələrinin işlənmiş qazları və tikinti tozları hava çirkliliyinin əsas mənbələri hesab olunur. Sakinlər gündəlik həyatın artıq çətinləşdiyini, nəfəs almağın belə problemə çevrildiyini bildirirlər. 

Mütəxəssislər qeyd edirlər ki, xırda hissəciklər nəfəs yolu ilə ağciyərlərin dərin qatlarına daxil olaraq qan dövranına keçir və astma, ürək-damar xəstəlikləri, ağciyər problemləri, xərçəng, eləcə də uşaqlarda inkişaf və idrak pozğunluqları riskini artırır. Lonidə fəaliyyət göstərən həkimlər son illərdə, xüsusilə uşaqlar arasında tənəffüs xəstəliklərinin artdığını bildirirlər. Son beş ildə erkən astma simptomları ilə xəstəxanalara müraciət edən azyaşlıların sayında ciddi artım müşahidə edilir.

Qeyd edək ki, 2025-ci ilin ən çirkli şəhərləri sırasında Hindistanda Loni, Dehli, Birnihat, Qaziabad, Ula, Pakistanda Faysalabad, Rəhim Yar Xan, Lahor, Sukkur və Çində Hotan şəhərləri yer alır. Hesabatda qeyd olunur ki, Cənubi Asiyada, xüsusilə Hindistan və Pakistanda hava çirkliliyi kritik səviyyədə qalmaqda davam edir. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Kəlbəcərə növbəti köç: Daha 27 ailə doğma yurduna qovuşub YENİLƏNİB 2

16:18
02 Aprel

Avstraliya qumar reklamlarına qarşı sərt məhdudiyyətlər tətbiq edir

16:17
02 Aprel

İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verəcək  

16:12
02 Aprel

Marsda mümkün həyat izləri ilə bağlı araşdırma aparılıb  

16:11
02 Aprel

“AirPods Max 2” təqdim edilib  

16:01
02 Aprel

Böyük Britaniya Aİ ilə əlaqələri gücləndirəcək

15:56
02 Aprel

Cənubi Koreya enerji böhranına qarşı 17,3 milyard dollar ayırır

15:53
02 Aprel

Qızılın qiyməti müharibə bəyanatlarından sonra azalıb  

15:45
02 Aprel

Bu kiçik şəhər dünyanın ən pis havasına malikdir

15:41
02 Aprel

Hacıqabul Sənaye Parkında yeni investisiya layihəsi: 50 iş yeri yaradılacaq   

15:36
02 Aprel

Türkiyə 224 kilometrlik yolun təmirinə başlayıb 

15:31
02 Aprel

Ay ətrafında səyahətə start verilib  

15:30
02 Aprel

Bakı-Supsa neft kəməri: xərclər və müqavilə şərtləri təsdiqləndi 

15:21
02 Aprel

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

Moldova parlamenti ölkənin MDB-dən çıxması ilə bağlı yekun qərar qəbul edib  

14:54
02 Aprel

Almaniyada kannabis qanunu: "Qanuniləşdirmə səhv idi"  

14:49
02 Aprel

Türkiyə Müdafiə Nazirliyi C-130 təyyarəsinin qəzaya uğraması barədə dezinformasiya ilə bağlı məhkəmə iddiası qaldırır

14:48
02 Aprel

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanında 1300-ə yaxın şagird iştirak edəcək

14:41
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!