23 Sentyabr 2024 10:20
32457
Turizm
A- A+
Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilib  

Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilib  


Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti 19-21 sentyabrda Braziliyanın Belem şəhərində keçirilən G20 Turizm Nazirlərinin Görüşü və Turizm üzrə işçi qrupunun 4-cü iclasında iştirak edib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, F.Nağıyev tədbirdə çıxış edərək 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) COP29 Prezidentliyi, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatının birgə əməkdaşlığı ilə turizmin ilk dəfə olaraq COP tarixində tematik gündəliyə daxil edilməsi, 20 noyabrda baş tutacaq "Turizm günü"ndə turizm nazirlərinin görüşü və tematik tədbirlər barədə məlumat verib. O, G20 turizm nazirlərini Bakıya dəvət edib, COP29 çərçivəsində qəbul edilməsi planlaşdırılan "Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Bəyannamə"nin əhəmiyyətini diqqətə çatdırıb.

BMT Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili çıxışında COP tarixində ilk dəfə olaraq turizm sektoruna aid təşəbbüsün yüksək qiymətləndirildiyini, bunun G20 və digər ölkələrin turizm sahəsi üçün vacibliyini vurğulayıb və bu təşəbbüsün dəstəklənməsinə çağırış edib.

Tədbir çərçivəsində təşkil olunmuş BMT Turizm Təşkilatının Dayanıqlılıq Forumunda dayanıqlı turizmin inkişafı mövzusuna həsr edilmiş dialoqda Agentliyin Aparatının rəhbəri Kənan Qasımov çıxış edərək turizmin qlobal iqlim dəyişikliyi ilə mübarizədə verə biləcəyi töhfələr və dayanıqlı turizmin önəmi kimi mövzuları vurğulayıb, həmçinin iştirakçılara dayanıqlı turizm sahəsində Azərbaycan təcrübəsi, mövcud imkanlar və çağırışlar haqqında məlumat verib.

G20 Turizm Nazirlərinin Görüşü çərçivəsində BMT Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, İspaniyanın sənaye və turizm naziri Jordi Hereu Boher, Braziliyanın Turizm naziri Selso Sabino, İtaliyanın turizm naziri Daniela Santanchè, Çinin Turizm və mədəniyyət nazirinin müavini Janq Jenq, Çexiyanın Rehional inkişaf üzrə nazir müavini Yan Fluksa ilə ikitərəfli, eləcə də F.Nağıyevin Braziliyanın turizm naziri Selso Sabinonun və BƏƏ-nin iqtisadiyyat naziri Abdulla bin Touq Al Marrinin iştirakı ilə üçtərəfli görüşlər keçirilib. Görüşlərdə F.Nağıyev bir daha COP29 daxilində keçiriləcək "Turizm günü" tədbirləri barədə ətraflı məlumat verərək həmkarlarını 20 noyabr tarixində Turizm Nazirlərinin I Görüşünə dəvət edib.

Tədbir məkanında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə həsr edilmiş stend təşkil olunub. Stend ziyarətçiləri COP 29 tədbiri və turizm günü tədbirləri barədə məlumatlandırılıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

21:23
09 Fevral

Misli Premyer Liqası: “Turan Tovuz” “Kəpəz”ə qalib gəlib  

21:03
09 Fevral

Aleksandr Sırski: Ukraynanın zərbələri nəticəsində Rusiyada neft emalı 19 faiz azalıb  

20:53
09 Fevral

Prezident: Hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq  

20:37
09 Fevral

Prezident İlham Əliyev: Hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir  

20:33
09 Fevral

Vens: Tərəfdaşlarımız TRIPP layihəsinin çox məhsuldar investisiya imkanı olduğunu düşünürlər  

20:18
09 Fevral

ABŞ-ın vitse-prezidenti TRIPP fondunun yaradılacağını elan edib  

20:07
09 Fevral

Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib YENİLƏNİB 

20:07
09 Fevral

Vens: TRIPP layihəsi regiona tarixi transformasiya gətirəcək  

19:58
09 Fevral

Nikol Paşinyan: Prezident Trampın şəxsi iştirakı ilə regionda sülh bərqərar oldu  

19:47
09 Fevral

Azərbaycanın ABŞ və İsraillə münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub  

19:31
09 Fevral

Türkiyənin "Eczacıbaşı Holding" şirkətlər qrupunun Azərbaycanda potensial fəaliyyəti müzakirə olunub  

19:07
09 Fevral

“Barselona”nın prezidenti istefa verib  

18:46
09 Fevral

Portuqaliyada prezident seçkilərində qalib müəyyənləşib

18:44
09 Fevral

Astronavtlar artıq kosmosa smartfon apara biləcək  

18:40
09 Fevral

MOK-un erməni idmançılarla bağlı müraciəti müsbət nəticələnib

18:38
09 Fevral

Milli Məclisin Regional məsələlər komitəsində bələdiyyələrin 2025-ci ildəki fəaliyyəti müzakirə olunub  

18:34
09 Fevral

Qırğızıstan Çin və TDT-yə üzv ölkələrlə yükdaşımalar üçün “e-Permit” sistemini tətbiq edib  

18:31
09 Fevral

İsveçrəli xizəkçi Qış Olimpiya Oyunlarında nadir göstəriciyə imza atıb

18:05
09 Fevral

Pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılır

18:04
09 Fevral

Əmək pensiyaları indeksləşdirilir - SƏRƏNCAM  

18:02
09 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!