BP birinci yarımilin göstəricilərini açıqlayıb
BP şirkəti Azərbaycanda əməliyyatçılıq etdiyi neft, qaz və ixrac layihələri, eləcə də həyata keçirdiyi sosial proqramlar çərçivəsində bu ilin birinci yarısında baş verən yeniliklər və qazanılan nailiyyətlər haqqında məlumat yayıb. Məlumatda "Azəri-Çıraq-Günəşli"(AÇG) yataqlarında gedən işlər, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin fəaliyyəti, "Şahdəniz"dən hasilat və qazın nəqli, eləcə də digər məsələlər öz əksini tapıb.
30 yaşlı AÇG-də yeniliklər var
Bu il AÇG yatağında yeni dördölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanıb. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadratkilometr, qəbuledicilərin altında isə 507 kvadratkilometrlik bir ərazini əhatə edir.
Proqramın ümumi dəyərinin təxminən 370 milyon dollar, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır.
Seysmik məlumattoplama üzrə bu il üçün nəzərdə tutulmuş iş həcmi artıq təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanıb. Hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.
İlin ilk altı ayında "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi öz əsas məqsədinə, yəni eyniadlı platformadan hasilatın başlanmasına doğru uğurlu addımlar atıb. Belə ki, aprelin ortalarında Xəzərdə, nəhəng AÇG yataqlar blokunda quraşdırılmış yeni - yeddinci hasilat platformasından ilk neft əldə olunub. Platformada hazırda bir quyudan gündə təxminən 8 min barel neft hasil edilir. Bu il daha iki hasilat quyusunun qazılıb istismara verilməsi planlaşdırılır ki, bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 min barelə çatacağı gözlənilir.
Qeyd edək ki, ACE-nin təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır.
Bəs hasilat necədir?
İlin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Hasilat gündə orta hesabla 336 min barel, altı ay ərzində isə ümumilikdə təxminən 61 milyon barel, yəni 8 milyon ton olub. Gündəlik "Çıraq"dan orta hesabla 22 min, "Mərkəzi Azəri"dən 96 min, "Qərbi Azəri"dən 77 min, "Şərqi Azəri"dən 52 min, "Dərinsulu Günəşli"dən 57 min, "Qərbi Çıraq"dan 29 min və ACE-dən 3 min barel neft hasil edilib.
İyun ayının sonunda AÇG-də ümumilikdə 144 neft hasilatı, 45 su və 8 qaz injektoru quyusu istismarda olub. İkinci rübündə AÇG-nin illik iş proqramının bir hissəsi olaraq "Dərinsulu Günəşli" platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılmış bu proqram tam təhlükəsiz şəkildə və vaxtından əvvəl başa çatdırıb. Birinci yarımillikdə AÇG-də 9 neft hasilatı və bir su injektoru quyusu tamamlanıb.
Məlum olduğu kimi, bu yataqlar blokundan neftlə yanaşı, səmt qazı da hasil olunur ki, onun da böyük hissəsi təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilir. Bu məqsədlə ilin birinci yarısında AÇG-dən, əsasən, Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,4 milyon kubmetr, ümumilikdə isə 1,2 milyard kubmetr səmt qazı nəql olunub. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
BTC ahəngdar işləyir
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin iyun ayının sonunadək ümumilikdə təqribən 576 milyon ton (4,3 milyard bareldən çox) xam neft nəql edib. Bu neft həcmləri Ceyhanda 5707 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Cari ilin ilk altı ayı ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 14 milyon ton (təxminən 110 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 150 tankerə yüklənib və yola salınıb.
Hazırda BTC, əsasən, Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.
Qaz ixracı uğurla davam edir
Birinci yarımildə "Şahdəniz" yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
"Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və 2 milyon tondan çox (təqribən 18 milyon barel) kondensat hasil edilib. Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 80,7 milyon (ildə təqribən 29,5 milyard) standart kubmetrdir. İndiyədək ümumilikdə "Şahdəniz-2" çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
Bu ilin birinci yarısında layihə çərçivəsində iki mühüm nailiyyət əldə olundu - şərq-şimal cinahında iki quyudan müvafiq olaraq fevralın 13-də və iyunun 19-da hasilata başlanıb.
Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr olub.
Geoloji kəşfiyyat nə vəd edir?
İlin birinci yarısında "Şahdəniz" müqavilə sahəsində hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontları qiymətləndirmək məqsədilə 2023-cü ildə kəşfiyyat quyusundan (SDX-8) əldə olunmuş məlumatların təhlili davam edib.
"Şəfəq-Asiman" dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusunda - SAX01-də aşkar edilmiş karbohidrogen ehtiyatlarının dəyərləndirilməsi və növbəti fəaliyyətlərin planlaşdırılması işləri aparılır.
A22z qiymətləndirmə quyusundan əldə olunmuş məlumatlar əsasında "Azəri-Çıraq-Günəşli" strukturunda sərbəst təbii qaz ehtiyatlarının gələcək işlənməsi üzrə planlaşdırma işləri də davam edir. Qiymətləndirmə quyusu uğurlu olub və bu da AÇG-də sərbəst qazın gələcək işlənməsi ilə bağlı nikbinlik yaradır. Sərbəst qazın işlənməsi üçün aparılan kommersiya müzakirələri artıq yekunlaşıb və ilkin hasilat quyusunun qazılmasına bu il başlamaq planlaşdırılır.
Sosial layihələr əsas əməliyyatlardan ayrılmazdır
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır.
Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirirlər. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2024-cü ilin birinci yarısında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təqribən 0,5 milyon dollar vəsait xərcləyiblər.
Flora SADIQLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında
11 Sentyabr
Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idma...
11 Sentyabr
Bakı Slavyan Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
11 Sentyabr
Azərbaycan Memarlıq və İnşaat Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqq...
11 Sentyabr
Azərbaycan Rəssamlıq Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında...
11 Sentyabr
Azərbaycan Texnologiya Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında...
11 Sentyabr
Azərbaycan Respublikasının “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, ...
11 Sentyabr
Mərkəzi Seçki Komissiyasının 2024-cü il 9 sentyabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə...
11 Sentyabr
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!05 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
İlham Əliyev "Azəri"ni Azərbaycanın sərvəti etdi30 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!