11 May 2026 20:21
468
DÜNYA
A- A+
BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub  

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub  


Bu ilin yanvar-aprel aylarında Sudan ərazisində pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumlar nəticəsində azı 880 mülki şəxs həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisinin yaydığı bəyanatda bildirilib.

Sudan üzrə fəaliyyət göstərən monitorinq qrupunun hesabatına görə, PUA zərbələri nəticəsində ölənlərin sayı münaqişə ilə əlaqəli ümumi mülki itkilərin 80 faizindən çoxunu təşkil edib.

BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Folker Türk bildirib ki, zərbə dronları mülki əhali arasında ölüm hallarının əsas səbəbinə çevrilib. Onun sözlərinə görə, pilotsuz vasitələrdən istifadənin artması əvvəllər döyüşlərin zəiflədiyi yağış mövsümündə belə, silahlı qarşıdurmaların yüksək intensivliklə davam etməsinə imkan yaradır.

Folker Türk yaxın həftələrdə hərbi əməliyyatların genişlənərək ölkənin mərkəzi və şərq bölgələrinə yayılması riskinin artdığını, bunun isə geniş ərazilərdə yaşayan mülki əhali üçün ağır nəticələr doğura biləcəyini vurğulayıb. O, təxirəsalınmaz tədbirlər görülməyəcəyi təqdirdə, münaqişənin daha qanlı mərhələyə keçəcəyi barədə xəbərdarlıq edib.

Məlumata görə, mülki itkilərin böyük hissəsi ilin ilk üç ayında Kordofan və Darfur bölgələrində qeydə alınıb. Mayın 8-də Cənubi Kordofandakı Əl-Qoz bölgəsi və Şimali Kordofandakı Əl-Ubayyid ətrafına pilotsuz aparatlarla endirilən zərbələr nəticəsində daha 26 mülki şəxsin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir.

Tərəflərin mütəmadi olaraq mülki obyektləri və infrastruktur qurğularını hədəfə alması nəticəsində əhalinin ərzaq, içməli su və səhiyyə xidmətlərinə çıxışı ciddi şəkildə çətinləşib. Hesabata əsasən, ilin ilk dörd ayında bazarlara azı 28 hücum həyata keçirilib, səhiyyə müəssisələri isə ən azı 12 dəfə hədəfə alınıb.

Qeyd edək ki, Sudanda 2023-cü ilin aprelindən etibarən Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında silahlı qarşıdurma davam edir. BMT bu münaqişəni hazırda dünyanın ən böyük humanitar böhranlarından biri kimi qiymətləndirir. Münaqişə nəticəsində təxminən 12 milyon insan məcburi köçkün vəziyyətinə düşüb, ölkə əhalisinin yarısı isə ciddi ərzaq çatışmazlığı ilə üzləşib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

19:51
13 İyun

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

19:15
13 İyun

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub 

18:36
13 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

17:56
13 İyun

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”  

17:39
13 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

17:26
13 İyun

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

17:03
13 İyun

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

16:58
13 İyun

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

16:47
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

16:36
13 İyun

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO  

15:59
13 İyun

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

15:48
13 İyun

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!