14 İyul 2026 15:16
547
İQTİSADİYYAT
A- A+
Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi bir daha Azərbaycanda, Qarabağda salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Şadam ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərimi məmnunluqla xatırlayıram və mənə göstərilən qonaqpərvərliyə görə bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm.

Doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər.

Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.

Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və biz bu gün cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Orada Slovakiya şirkəti "Ağıllı kənd" layihəsini icra edir və bu layihə ilə tanış olacağıq. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri də bu gün və sabah - daim təmasdadırlar.

Prezidentin səfəri sabah Bakıda davam edəcək. Mənim dəvətimi qəbul etdiyi və o cümlədən səfərini Qarabağa etdiyi üçün cənab Prezidentə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir.

Əminəm ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır.

Onu da bildirməliyəm ki, Prezident Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. Deyə bilərəm ki, o, Slovakiyadan olan yüksəkvəzifəli şəxslər arasında birinci insan idi, hələ əvvəlki vəzifədə Azərbaycana səfər etmişdir - həm parlamentin sədri, həm də Baş nazir kimi. Prezident kimi bizim beynəlxalq iqlim konfransında iştirak etmişdir və bu gün də Azərbaycanda rəsmi səfərdədir.

Bir daha cənab Prezident, Sizi salamlayıram və Sizə xoş səfər arzulayıram.

x x x

Sonra Slovakiya Prezidenti bəyanatla çıxış etdi.

Prezident Peter Pelleqrininin
bəyanatı

-Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycana rəsmi səfərimin burada, Qarabağda, Şuşa şəhərində təşkil etmək təşəbbüsünüzə, həmçinin səmimi qəbula görə bütün nümayəndə heyəti adından səmimi təşəkkürümüzü bildirim.

Keçmişdəki görüşlərimiz əsnasında biz Qarabağ və onun gələcək inkişafı barədə xeyli danışmışıq. Bu səbəbdən bu gün nümayəndə heyətindəki həmkarlarımla birgə burada olmaq, bu bölgənin inkişafında əldə edilmiş böyük tərəqqini öz gözlərimizlə görmək böyük şərəfdir.

Mən bu ərazinin azad edilməsindən sonra qısa müddət ərzində burada əldə olunmuş nailiyyətləri ehtiramla və iftixarla qeyd etmək istərdim. Eyni zamanda, mən olduqca şadam və fərəhlənirəm ki, slovak şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edirlər. Qəti şəkildə inanıram ki, onlar burada gələcəkdə icra olunacaq bir çox digər mühüm layihələrə davamlı şəkildə töhfə verəcəklər. Cənab Prezident, Sizin sözlərinizin təsdiqi olaraq qeyd edim ki, Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil. Ölkələrimiz arasında münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını keçir. Biz, həqiqətən, dost ölkələrik. Biz bir-birimizə xeyli kömək edən və əla münasibətlərimizi konkret layihələrə, əyani əməkdaşlığa çevirən dostlarıq.

Mən, həmçinin şadam ki, nümayəndə heyətimdə Slovak Respublikası Hökumətinin yüksəkrütbəli nümayəndələri var. Bu gün və sabah onlar öz azərbaycanlı həmkarları ilə görüşə biləcəklər və cənab Prezident, Sizin vurğuladığınız əməkdaşlığın konkret sahələrini müzakirə edəcəklər. Mən, həmçinin şadam ki, nazirlərimizlə yanaşı, mərkəzi banklarımızın rəhbərləri də buradadır. Onların da müzakirə olunacaq bir çox mühüm məsələləri var.

Cənab Prezident, mən səmimiyyətinizə, həmçinin aramızda olan açıq və ürəkdən gələn dialoqa görə Sizə dərin təşəkkürümü bildirmək istərdim, çünki iki dost ölkənin dövlət başçıları məhz bu cür çalışmalıdırlar. Slovakiya praqmatik münasibətlər qurur, dünyanın istənilən yerində özünə tərəfdaş və dost axtarır. Çox məmnunam ki, Azərbaycan onların sırasındadır.

Azərbaycan mühüm regional iştirakçıdır. O, sabitliyin və inkişafın qarantıdır, Şərqlə Qərbi birləşdirən logistika və nəqliyyat marşrutlarının əsas qovşağı rolunu oynayır. Azərbaycan bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Cənab Prezident, mən, həmçinin enerji böhranı zamanı Azərbaycanın operativ cavabına görə Sizə və Azərbaycana təşəkkürümü bildirmək istərdim. Həmin vaxt Siz öz hazırlığınızı və arzunuzu bildirdiniz ki, ölkəmizə təbii qaz təchiz olunsun. Bütün bunlar qazın Ukrayna vasitəsilə tranziti dayandırıldıqdan sonra boşluğun doldurulmasına böyük töhfə idi. Şadam ki, nazirlərimiz 2027-ci ildən sonra enerji təchizatı üçün sabit, uzunmüddətli həll variantının tapılmasında müzakirələri davam etdirəcəklər. Cənab Prezident, mən çox məmnunam ki, bu gün günorta biz yenicə tikilmiş kəndi ziyarət edəcəyik. Mən, həmçinin səmimi minnətdarlığımı bildirmək istərdim ki, bu kənddə yaşayacaq uşaqlar üçün məktəb və ətraf sahə görkəmli tarixi şəxsiyyət, slovak generalı Milan Rastislav Ştefanikin adını daşıyacaq.

Beləliklə, Slovakiyanın irsi uzun müddət burada, Qarabağda olacaq və həmin məktəbə gedəcək bütün uşaqların, valideynlərin və müəllimlərin, həmçinin Slovakiyaya bağlılığı olacaq. Biz şadıq ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər iqtisadiyyatın və diplomatiyanın hüdudlarını keçir. Hər iki ölkənin vətəndaşları get-gedə daha çox səfərlər edirlər. Oktyabrdan etibarən birbaşa uçuşlar başlayacaq. Cənab Prezident, çox məmnunam ki, Sizin Bratislavaya səfərinizdən sonra biz bu fürsəti elan etdik. Lakin indi - 2026-cı ildə bu, artıq reallıqdır. Bununla da iki ölkə bir-birinə daha yaxın olacaq, təhsil, insanlar arasında təmaslar və əlbəttə ki, biznes sahəsində əməkdaşlıq daha da asanlaşacaq.

Eyni zamanda, şadam ki, Azərbaycana səfərim zamanı məni böyük işgüzar nümayəndə heyəti müşayiət edir və sabah iqtisadiyyat nazirimiz öz azərbaycanlı həmkarı ilə birgə növbəti Azərbaycan-Slovakiya biznes-forumunu açacaqlar. Bununla da Slovakiya ilə Azərbaycan şirkətləri bir araya gələcək və ümid edirəm ki, onlar əməkdaşlıq üçün yeni imkanlar tapacaqlar. Bu, bizim Sizinlə ümumi tutduğumuz mövqeyə tam uyğundur. Yəni münasibətlərimiz yalnız birtərəfli ticarətə - bir tərəfin satdığına, digər tərəfin aldığına söykənməli deyil. Əksinə, biz mümkün qədər çox birgə layihələr istəyirik. Biz əməkdaşlığın qarşılıqlı şəkildə faydalı olacağı sahələrdə birgə işləmək istəyirik. Mümkün olan sahədə birgə istehsal etməyi, texnologiyanın ötürülməsini asanlaşdırmağı və birtərəfli deyil, hər iki ölkəyə fayda gətirəcək birgə layihələri həyata keçirməyi arzulayırıq.

Slovakiya Respublikası üçün təhlükəsizlik və sülh fundamental əhəmiyyət kəsb edir. Buna görə mən regionumuza təsir göstərən gərginliyin aradan qaldırılması, istər Rusiya ilə Ukrayna müharibəsi, istərsə də Yaxın Şərqdəki çətin vəziyyətin diplomatik həlli istiqamətində Prezident Əliyevin və Azərbaycanın bütün səylərini alqışlamaq istərdim.

Biz Slovakiyada qəti şəkildə inanırıq ki, müdafiə imkanlarının gücləndirilməsi, cari münaqişələrin qarşısının alınmasına maliyyə dəstəyinin göstərilməsi ilə yanaşı, Avropa liderləri danışıqlar masası arxasında diplomatik həll variantlarının tapılmasına daha çox vaxt ayırmalıdırlar ki, biz müharibəni öz qitəmizdən mümkün qədər tez çıxaraq və bütün regionların rifaha layiq inkişafına yenidən diqqət göstərək.

Mən, həmçinin təsdiqləmək istərdim ki, 2027-ci və 2028-ci illərdə Slovakiya Bakıdakı səfirliyi vasitəsilə NATO-nun Azərbaycanda Əlaqələndirici Səfirliyi kimi işini davam etdirəcək. Çox şadam ki, müdafiə nazirlərimiz təhlükəsizlik və müdafiə imkanları sahəsində əla əməkdaşlıq edirlər. Həmçinin şadam ki, Slovakiya birgə əməkdaşlığımızın və razılaşmalarımızın ilk nəticələrini bu ilin sentyabrında Bakıda keçiriləcək əsas müdafiə sərgisində göstərə biləcək.

Cənab Prezident, bizə vaxtımızı burada - Qarabağda və Bakıda keçirmək fürsəti yaratdığınıza görə Sizə olduqca minnətdaram. Bu günə qədər göstərdiyiniz dostluğa və əməkdaşlığa görə təşəkkür edirəm. Çox şadam, biz dialoq və birgə fəaliyyət nəticəsində davamlı olaraq, göstərəcəyik ki, Azərbaycan ilə Slovakiya arasında münasibətlər boş sözlərə əsaslanmır. Münasibətlər formal xarakter daşımır. Onlar konkret layihələrə və tutarlı tədbirlərə əsaslanır.

Gələcək görüşlərimizi səbirsizliklə gözləyirəm. Mən, həmçinin məmnunam ki, Siz mənim Azərbaycana etdiyim səfərləri xatırlayarkən bildirdiniz ki, hər dəfə yüksək siyasi vəzifədə olmuşam. Bununla, çıxışı daha şən notla bitirim. Görünür, hər dəfə Azərbaycana səfər edəndə hər işim yaxşı gedir və siyasi karyeram növbəti mərhələyə keçir. Buna görə də Sizə minnətdaram. Hər ikimizə daha çox yaxşı və dost görüşləri, ölkələrimizə isə davamlı rifah və əla münasibətlər arzu edirəm.

Çox sağ olun, cənab Prezident.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:31
20 Avqust

Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb

18:40
19 Avqust

Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 68 mənzil təqdim edilib

18:35
19 Avqust

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub

18:30
19 Avqust

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib 

18:25
19 Avqust

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

18:20
19 Avqust

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

18:15
19 Avqust

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ  

18:10
19 Avqust

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

18:05
19 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

18:00
19 Avqust

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

17:45
19 Avqust

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

17:35
19 Avqust

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

17:30
19 Avqust

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

17:25
19 Avqust

Rada Yevgeni Xmaranı Ukraynanın yeni müdafiə naziri təsdiq edib

17:19
19 Avqust

  Rusiya və Ukrayna növbəti məhbus mübadiləsi aparıblar

17:06
19 Avqust

Qış aylarında neftin qiyməti 100 dollar hədini keçə bilər

16:00
19 Avqust

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

15:58
19 Avqust

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

15:40
19 Avqust

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

15:35
19 Avqust

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

15:30
19 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!