29 Noyabr 2025 08:50
8047
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Hündürmərtəbəli binada yaşayırıq. Bələdiyyə əmlak vergisinin ödənilməsi barədə bildiriş göndərib. Bu, qanunidirmi? Əgər qanunla ödəməliyiksə, bilmək istəyirəm ki, əmlak vergisinə görə güzəşt varmı və varsa, kimlərə şamil olunur?  Mən təqaüddəyəm və müharibə veteranıyam. Yaşadığımız mənzil həyat yoldaşımın mülkiyyətindədir. Əgər müharibə veteranlarına, ya da pensiyaçılara güzəşt varsa, bu halda ailə üzvlərinə şamil edilirmi, yoxsa ev mütləq öz adıma olmalıdır?


Mübariz KAZIMOV,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, bələdiyyənin əmlak vergisi bildirişi (tədiyyə bildirişi) göndərməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən qanunidir, çünki çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçiləri əmlak vergisi ödəmək öhdəliyinə malikdirlər və bu, qanunvericiliklə nəzərdə tutulub. Əmlak vergisinə görə güzəştlər əsasən mülkiyyətçinin statusuna görə tətbiq edilir. Güzəştin şamil olunduğu şəxslərin siyahısı Vergi Məcəlləsinin 199-cu maddəsində təsbit olunmuşdur. Belə ki, həmin maddəyə görə, pensiyaçılar və müharibə veteranları üçün müəyyən güzəştlər mövcuddur (əmlak vergisinin məbləği 30 manat azaldılmaqla), lakin bu güzəştlər yalnız onların özlərinə, yəni mənzil onların mülkiyyətində olduqda tətbiq edilir. Əgər mənzil həyat yoldaşınızın mülkiyyətindədirsə, güzəşt yalnız onun statusuna əsasən tətbiq oluna bilər, pensiyaçı və ya müharibə veteranı statusunuz mənzil sizin adınıza rəsmiləşdirilmədiyi halda güzəşt hüququ vermir. Yəni güzəşt hüququ üçün mənzil mütləq güzəşt hüququ olan şəxsin öz adına olmalıdır. Bundan başqa, şəxs bir neçə müxtəlif meyarlarla güzəştli kateqoriyaya düşə bilər, lakin bu halda o kateqoriyalardan yalnız birinə istinad edilir.


- Evimi təmir etdirmək istəyirəm. Deyirlər, ev tikdirərkən, təmir etdirərkən, ümumiyyətlə, muzdla kiməsə hər hansı sifarişi icra etdirərkən ustalarla xidməti müqavilə bağlanılmalıdır. Bilmək istəyirəm, fiziki şəxslərin, yəni ev, sifariş sahiblərinin xidməti müqavilə bağlanılmasa, hüquqi məsuliyyəti nədən ibarətdir? Eləcə də bu müqavilənin olub-olmamasını yoxlamaq konkret olaraq hansı hökumət orqanının səlahiyyətindədir?


Bahadur SƏFİZADƏ,

Quba rayonu


- Bildiririk ki, evini təmir etdirmək istəyən fiziki şəxs ustalarla xidməti müqavilə (mülki-hüquqi müqavilə) bağlamadığı halda bu, avtomatik olaraq hüquqi məsuliyyətə səbəb olmur. Yalnız əmək münasibətləri yaranarsa və əmək müqaviləsi bağlanmazsa, inzibati məsuliyyət tətbiq edilə bilər. Müqavilənin olub-olmamasına nəzarət və yoxlama Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətindədir. Praktik olaraq ev sahiblərinə ustalarla yazılı müqavilə bağlamaq tövsiyə olunur ki, gələcəkdə hüquqi mübahisələrdə sübut kimi istifadə olunsun. Əgər münasibət mülki-hüquqi xarakter daşıyırsa, əmək müqaviləsi bağlanmamasına görə cərimə və ya digər sanksiya tətbiq edilmir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

Baş nazir Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17:49
14 İyul

Milli Məclisin sədri Qətərə səfər edib

17:25
14 İyul

Azərbaycan və Slovakiyanın daxili işlər nazirləri əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

17:19
14 İyul

IV Şuşa Qlobal Media Forumu başa çatıb

16:21
14 İyul

ŞUŞADAN DÜNYAYA BAXIŞ

16:00
14 İyul

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:07
14 İyul

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

15:06
14 İyul

DSMF sədri Bakıda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

15:01
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!