18 May 2025 09:45
24330
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Qaz sayğacında vəsait olmasına baxmayaraq, qaz təchizatı kəsilib. Məsələ ilə bağlı "Azəriqaz"a, eləcə də digər aidiyyəti  qurumlara  dəfələrlə rəsmi müraciət etmişəm. Bir müddət sonra mənə bildirildi ki, sayğac nasazdır və dəyişdirilməlidir. Lakin artıq 20 gündən çox vaxt keçməsinə baxmayaraq, nə sayğac dəyişdirilib, nə də qaz verilişi bərpa olunub. Bu halda  vətəndaş olaraq hansı hüquqlarım pozulur  və "Azəriqaz"  bu vəziyyətə görə hüquqi məsuliyyət daşıyırmı?


Mahir MƏHƏRRƏMLİ,

Bakı şəhəri


- Tərəfinizdən verilən sualın cavabı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının qanunları, "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarı və Azərbaycan Respublikasının Mülki və İnzibati Xətalar məcəllələri ilə müəyyən olunmuşdur.

"Qaz təchizatı haqqında" qanunun 13-cü maddəsinin 6-cı və  9-cu hissələrinə görə, qaz paylayıcısı (sizin halınızda "Azəriqaz" İB) aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə. Bundan başqa, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya "Qazdan istifadə Qaydaları"nda nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Bundan əlavə, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa olunmalı və aktın 1 nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Həmçinin nəzərə almaq lazımdır ki, qaz təchizatçısı tərəfindən qazın verilişi istehlakçı üçün xidmətlərin göstərilməsi hesab olunur və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 19-cu maddəsinə əsasən, əgər qaz təchizatçısı xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Dolayısıyla istehlakçı olaraq sizinlə "Azəriqaz" İB arasında olan müqavilə münasibəti mülki xarakterli münasibət olduğundan siz "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 26-cı maddəsinə uyğun olaraq, hüquqlarınızın müdafiəsi ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. Bu zaman siz iddianıza görə dövlət rüsumu verməkdən azadsınız. Bununla bərabər, siz istehlakçı hüquqlarınızın müdafiəsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin "195-1-4" qaynar xəttinə də müraciət edə bilərsiniz. Əgər qaz təchizatçısı tərəfindən agentliyin tələbi yerinə yetirilməsə, İnzibati Xətalar Məcəlləsinin 279.0.7-ci maddəsinə əsasən, qaz təchizatçısını hüquqi şəxs qismində 2500 manatdan 3000 manatadək məbləğində cərimə gözləyir.

Yekun olaraq qeyd olunmalıdır ki, qaz təchizatçısı sayğac nasazdırsa, vaxtında sayğacı dəyişdirərək qazın verilişini bərpa etməli və vurulmuş ziyana görə sizin zərərinizi qarşılamalıdır.


- Qonşuda, demək olar ki, hər gün səs-küydür. Səslərindən gecə belə rahat yatmaq olmur. Deməyin də heç bir faydası yoxdur. Bunun qarşısını almaq üçün kimə və hara müraciət edə bilərik?


Kənan VƏLİYEV,

Hövsan qəsəbəsi


- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 00:00-dan 07:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilirlər. Göründüyü kimi, qeyd olunan saatlarda səs-küy salınması qəti qadağandır. İXM-in 521-ci maddəsi ilə inzibati tənbeh tədbiri görmək hüququ ərazi üzrə polis orqanına məxsusdur. Bu halda siz polis çağıraraq səs-küy barədə məlumat verə bilərsiniz. Polis əməkdaşları hadisəni yerində yoxlayıb pozuntuya yol vermiş şəxs barəsində intizam tənbeh tədbiri görə bilər.

Sutkanın digər saatları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171-ci maddəsinə görə, daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən səs-küyün və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Yəni sizin qonşu təsirinə dözmək vəzifəniz var.

Bununla belə, əgər həmin səslər sizi ciddi surətdə narahat edirsə, cavabdehin yaşayış yeri üzrə məhkəməyə müraciət edə bilərsiniz. Bu zaman məhkəməyə müraciət edərək qonşuların qanunsuz davranışlarına (səs-küyə və s.) son qoyulması və dəyən mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia qaldıra və sübut qismində polisin protokolunu, audioyazıları və şahid ifadələrini təqdim edə bilərsiniz.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında

01:55
05 Mart

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında

01:55
05 Mart

"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında

01:54
05 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:52
05 Mart

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 295 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:52
05 Mart

Azercell abunəçilərinin nəzərinə

01:50
05 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan taxta materiallarının satın alınması məqsədilə açıq tender elan edir

01:49
05 Mart

“BANK OF BAKU” ASC-nin səhmdarlarının nəzərinə

01:47
05 Mart

К сведению акционеров ОАО “BANK OF BAKU”

01:46
05 Mart

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib  

23:07
04 Mart

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib

22:58
04 Mart

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının bir hissəsi ölkəyə təxliyə edilib 

22:55
04 Mart

Azərbaycan XİN: Qətərdə olan 200 nəfər vətəndaşımızın təxliyəsi istiqamətində iş aparılır  

22:54
04 Mart

İrandan təxliyə davam edir - 8 ölkənin vətəndaşları “Astara” buraxılış məntəqəsindən keçib

22:13
04 Mart

Braziliya səfiri də daxil olmaqla üç ölkənin diplomatları Azərbaycana təxliyə olunub 

21:46
04 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:36
04 Mart

Azərbaycan Kuboku: “Şamaxı”nı üstələyən “Qarabağ” yarımfinala yüksəlib

21:18
04 Mart

Nazir: Londonda Azərbaycan–Böyük Britaniya əməkdaşlığının texnoloji gündəliyi müəyyənləşdirilib  

21:07
04 Mart

“Yeni reallıqlar və müasir Azərbaycan: aktual çağırışlar fonunda gələcəyə baxış”

20:46
04 Mart

Azərbaycanın turizm potensialı “ITB Berlin 2026” sərgisində təbliğ olunur

20:32
04 Mart

Qətərin dörd sənaye şirkəti istehsalı dayandırıb

19:53
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!