16 Fevral 2025 09:35
17627
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Qohumum yol qəzası nəticəsində zərər çəkib və maşınına ciddi ziyan dəyib.  Sığorta şirkəti isə ödənişi yubadır, halbuki bütün lazımi sənədlər təqdim edilib və müvafiq şərtlər yerinə yetirilib. Bu halda nə edə bilərik, hüquqi yolu varmı?


Habil MƏMMƏDOV,

Xırdalan şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, qeyd etdiyiniz məsələ "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun həll olunur. Adıçəkilən qanuna görə, sığorta hadisəsi dedikdə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən şəxsin əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı başa düşülür. Belə hal baş verərsə, sığorta şirkəti sığorta hadisəsi sayıla bilən halın təfərrüatları (hadisənin başvermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın (bizim halda DYP-nin) təqdim etdiyi arayışı almaq üçün həmin orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidir. Tələb olunan sənədlərdən sonuncusunun sığorta şirkətinə təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq şirkət sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığorta şirkəti sığorta ödənişini həmin müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Qeyd olunanlar təmin edilməzsə, siz sığorta şirkətinin hərəkətlərindən sığorta şirkətlərinin fəaliyyəti üzərində nəzarət orqanı olan Mərkəzi Banka və məhkəməyə şikayət edə bilərsiniz.


- Boşanmaq istəyirəm,  amma qarşı tərəf razılaşmır. Proses necə davam edəcək?


Aysel ƏLİYEVA,

Quba rayonu


- Qanunvericiliyimizə əsasən, nikahın pozulması iki qaydada həyata keçirilə bilər: Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində və ya məhkəmə vasitəsilə. Əgər ər-arvadın ortaq yetkinlik yaşına çatmayan övladları yoxdursa və hər iki tərəf boşanmağa razıdırsa, bu zaman nikah onların ərizəsi əsasında Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsində ləğv edilə bilər. Bu məqsədlə ər və arvad ya nikahın bağlandığı qeydiyyat şöbəsinə, ya "ASAN xidmət" mərkəzində yerləşən qeydiyyat şöbəsinə, ya da onların birinin qeydiyyatda olduğu ərazi üzrə qeydiyyat şöbəsinə müraciət etməlidirlər. Qeydiyyat şöbəsində boşanma prosesi zamanı ər və arvadın şəxsən iştirak etməsi tələb olunur.

Əgər cütlüyün yetkinlik yaşına çatmayan ortaq övladı varsa və ya həyat yoldaşlarından biri boşanmağa razı deyilsə, yaxud nikahın qeydiyyat şöbəsində pozulmasına qarşı çıxırsa, o zaman boşanma yalnız məhkəmə qaydasında həyata keçirilə bilər. Boşanmaq istəyən şəxs Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və "Mediasiya haqqında" qanuna uyğun olaraq məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosedurundan keçməlidir. Əgər mediasiya mərhələsində barışıq əldə olunmazsa, tərəf boşanma ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Ərizədə boşanma səbəbi göstərilməli, uşaqların kimin himayəsində qalacağı və alimentin məbləği qeyd olunmalıdır. Əgər bu məsələlər ərizədə göstərilməzsə, məhkəmə onları öz mülahizəsinə əsasən həll edir. Boşanma ərizəsinə nikah haqqında şəhadətnamənin əsli, uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (əgər varsa), ər-arvadın şəxsiyyət vəsiqələrinin surətləri, mediasiya prosesinin keçirildiyini təsdiqləyən sənəd və dövlət rüsumunun ödənildiyini təsdiq edən qəbz əlavə edilməlidir. Qanunvericiliyə əsasən, boşanma üçün 50 manat mediasiya prosesi, 50 manat isə məhkəmə rüsumu nəzərdə tutulub.

Boşanma prosesi məhkəmə qaydasında həyata keçirildikdə məhkəmə yalnız nikahın pozulması ilə kifayətlənmir, həm də yetkinlik yaşına çatmayan uşaqların kimin himayəsində qalacağını, alimentin hansı valideyndən və hansı məbləğdə tutulacağını, ər-arvadın ortaq mülkiyyətində olan əmlakın bölüşdürülmə qaydasını, həmçinin maddi təminata ehtiyacı olan həyat yoldaşının keçmiş həyat yoldaşından aliment tələb edib-etməyəcəyini və onun məbləğini müəyyən edir. Boşanma müddəti isə müraciət olunan instansiyadan asılı olaraq dəyişir. Əgər boşanma qeydiyyat şöbəsində həyata keçirilirsə, ərizə təqdim edildikdən sonra 30 gün ərzində nikah ləğv edilir. Məhkəmə qaydasında isə prosesin müddəti 2-5 ay arasında dəyişir. Əgər tərəflər boşanma və digər məsələlərdə razılığa gəlibsə, məhkəmə əsasən bir hazırlıq iclası və bir baxış iclası keçirərək yekun qərar qəbul edir. Lakin tərəflərdən biri nikahın pozulmasına qarşı çıxırsa, məhkəmə ər-arvada barışıq üçün 3 aya qədər vaxt verə bilər.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!