19 Dekabr 2025 08:30
239
SİYASƏT
A- A+
Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir


"Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfərinin əsas məqsədi "Gələcəyin Oyunları 2025" qlobal idman turnirinin açılış mərasimində iştirak olsa da, bu səfər siyasi, iqtisadi və strateji aspektlər baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər Azərbaycan-BƏƏ münasibətlərinin strateji tərəfdaşlıq çərçivəsində yeni, daha yüksək mərhələyə yüksəlməsinə xidmət edir. İki ölkə arasında siyasi dialoq yüksək intensivliklə davam edir, eyni zamanda iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin prioritetləri sırasında yer alır. Azərbaycan xarici siyasətdə atdığı addımları hərtərəfli ölçüb-biçir və bu addımların regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verməsi üçün ardıcıl və məqsədyönlü siyasət yürüdür. Bu baxımdan Azərbaycan-BƏƏ münasibətlərinin mövcud dinamikası regionda sabitliyin qorunub saxlanılmasına mühüm töhfə verir".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O bildirib ki, strateji tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafı hər iki ölkə tərəfindən yüksək qiymətləndirilir. BƏƏ son onilliklərdə xarici siyasət, iqtisadi inkişaf və investisiya siyasəti sahəsində qeyri-adi uğurlara imza atmış ölkə kimi tanınır. Xarici siyasətdə ardıcıllıq, daxili siyasətdə isə sosial-iqtisadi rifahın təmin olunmasına yönəlmiş qərarlar beynəlxalq aləmdə ölkəyə olan müsbət münasibəti daha da gücləndirib. Müdafiə xərcləri ilə yanaşı, iqtisadi və sosial inkişaf üçün rəqabətqabiliyyətli layihələrə üstünlük verilməsi, münaqişələrin həllində qarşıdurma əvəzinə dialoq və barışıq modelinin seçilməsi BƏƏ-nin beynəlxalq imicinin əsas sütunlarındandır. Bu gün BƏƏ müharibə və münaqişələrin həllinə vasitəçilik edən, öz ərazisini sülh platforması kimi təqdim edən mühüm aktorlardan biri kimi çıxış edir.

"Azərbaycanla BƏƏ sülh və əməkdaşlıq məsələlərində ortaq baxışlara malikdir. Bu uyğunluq ikitərəfli münasibətlərin dərinləşməsinə əlverişli zəmin yaradır. Prezident İlham Əliyev ilə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında formalaşmış yüksəksəviyyəli şəxsi münasibətlər qarşılıqlı etimad mühitini daha da möhkəmləndirir. İntensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.

Bu münasibətlərin institusional əsaslara söykənməsi məqsədilə 2024-cü ilin yanvarında BƏƏ Prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı "Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" imzalandı, 2025-ci ilin sentyabrında isə "Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə" qüvvəyə minib. Sözügedən sənədlər siyasi, iqtisadi, enerji, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur", - deyə A.Badamov vurğulayıb.

BƏƏ-nin dünyanın aparıcı karbohidrogen istehsalçılarından biri olduğunu diqqətə çatdıran deputat deyib: "Ölkənin sübut edilmiş neft ehtiyatları 98,8 milyard barel, təbii qaz ehtiyatları isə təxminən 6 trilyon kubmetr təşkil edir. Gündəlik iki milyon bareldən artıq neft hasilatı BƏƏ-ni OPEC-in əsas üzvlərindən birinə çevirir. Bununla yanaşı, Hörmüz boğazına strateji nəzarət və əlverişli coğrafi mövqe ölkəyə qlobal enerji və ticarət təhlükəsizliyində mühüm rol qazandırır. Dubayın regional ticarət və logistika mərkəzinə çevrilməsi BƏƏ-nin beynəlxalq təsir imkanlarını daha da artırıb.

Azərbaycan da öz növbəsində "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, Qlobal Şimalla Qlobal Cənub arasında etibarlı tərəfdaş kimi çıxış edən dövlətdir. Enerji resursları və nəqliyyat-logistika potensialı ölkənin xarici siyasətində mühüm rol oynayır.

2025-ci il iyulun 9-da imzalanmış "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" Azərbaycan-BƏƏ iqtisadi münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Bu səfər həmin sazişin praktiki icrası baxımından mühüm əhəmiyyət daşıyır. Ticarət dövriyyəsinin artması, investisiya diversifikasiyası, innovasiya və "yaşıl texnologiyalar" üzrə əməkdaşlığın genişlənməsi əsas gözləntilər sırasındadır.

BƏƏ Azərbaycan iqtisadiyyatına indiyədək 2,5 milyard dollar həcmində investisiya yatırıb, ölkəmizdə 360-dan çox BƏƏ şirkəti fəaliyyət göstərir. Cari ilin 10 ayında ticarət dövriyyəsi 87 faiz artaraq 166,5 milyon dolları ötüb. Nizamnamə kapitalı 1 milyard dollar olan Birgə İnvestisiya Fondu, həmçinin bərpaolunan enerji layihələri - Qaradağ, Biləsuvar, Neftçala günəş-elektrik stansiyaları və Abşeron-Qaradağ Külək-Elektrik Stansiyası əməkdaşlığın real nəticələridir. "Masdar" şirkəti işğaldan azad edilmiş ərazilərdə də aktiv fəaliyyət göstərir, BƏƏ bu ərazilərin minalardan təmizlənməsi üçün 5 milyon dollar maliyyə dəstəyi ayırıb".

O bildirib ki, birbaşa aviareyslər turizm əlaqələrinin inkişafına müsbət təsir göstərib. Belə ki, ilin 10 ayında BƏƏ-dən Azərbaycana 39 mindən çox turist səfər edib. Yüksək texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi də gündəmdədir.

Parlamentlərarası əlaqələr də dinamik inkişaf edir. BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaşın Azərbaycana rəsmi səfəri, Milli Məclisin Sədri Sahibə Qafarova ilə keçirilən görüşlər və imzalanmış Anlaşma Memorandumu siyasi dialoqun institusional səviyyədə möhkəmləndiyini göstərir. Qarşılıqlı parlament səfərləri və yüksəksəviyyəli görüşlər iki ölkə arasında strateji tərəfdaşlığın davamlı siyasi iradəyə söykəndiyini təsdiqləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!