17 Noyabr 2025 18:52
6354
Elm və texnika
A- A+
Bəxtiyar Siracov: Süni intellekt və texnologiyaların inkişafı azərbaycanlı gənclər üçün fürsətlər yaradır  

Bəxtiyar Siracov: Süni intellekt və texnologiyaların inkişafı azərbaycanlı gənclər üçün fürsətlər yaradır  


Enerji, informasiya texnologiyaları və süni intellekt sahələrində baş verən proseslər dünyanın elmi və iqtisadi mənzərəsini tamamilə dəyişdirir. Bu dəyişikliklər həm böyük imkanlar yaradır, həm də yeni risklər formalaşdırır. Fikrimcə, bu proseslər Azərbaycan elmi və xüsusilə gənc alimlər üçün strateji fürsətlər yaradır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə çalışan həmvətənimiz, Nobel sülh mükafatçısı Bəxtiyar Siracov söyləyib.

B.Siracov bildirib ki, informasiya texnologiyaları və süni intellekt sahəsində baş verən inqilab artıq hər bir elmi istiqamətə təsir göstərir. Azərbaycan gəncləri üçün bu, yeni tədqiqat istiqamətlərinə açılan geniş sahədir: verilənlərin təhlili, maşın öyrənməsi, kibertəhlükəsizlik, elmi proqramlaşdırma, texnoloji etika və s. kimi sahələrdə ciddi inkişaf imkanları mövcuddur.

“Gənc tədqiqatçılara tövsiyə edərdim ki, elmi fəaliyyətlərində uğur qazanmaq üçün multidisiplinar düşünmənin zəruriliyini nəzərə alsınlar. Zamanımızda baş verən və gələcəyə yönəlmiş sənaye inqilablarının irəli sürdüyü tendensiyaları daim diqqətdə saxlasınlar, yeni-yeni formalaşan çağırışlara hazır olsunlar və həmin çağırışların həllinə öz töhfələrini vermək üçün fəal şəkildə çalışsınlar. Elmin nüfuzunu gücləndirmək üçün beynəlxalq əməkdaşlığı daim genişləndirmək, fərqli elmi mədəniyyətlərdən öyrənmək və Azərbaycanı qlobal elmi ailənin etibarlı tərəfdaşı kimi təmsil etmək əsas amillərdən olmalıdır. Əminəm ki, elm və texnologiya sahələrində çalışan yeni nəsil azərbaycanlı alimlər təkcə ölkəmizin gələcəyini deyil, həm də regionumuzun, dünyanın təhlükəsizliyi və rifahını da formalaşdıran aparıcı qüvvələrdən biri olacaqlar”, - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

M.Y.Zabelinin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

01:44
19 Mart

Küveytdə qabaqlayıcı tədbirlər: İş saatları azaldılır, məsafədən təhsil tətbiq edilir  

00:56
19 Mart

Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb  

23:35
18 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Novruz bayramı ilə bağlı paylaşım edilib VİDEO  

23:04
18 Mart

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib  

21:28
18 Mart

Tərtər rayonunun Kəngərli kəndində 200-ə yaxın ailəyə texniki su xətti çəkilib  

20:46
18 Mart

Ağalıda və Məmmədbəylidə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib  

20:31
18 Mart

Misir enerjiyə qənaət rejiminə keçir, məsafədən iş sisteminin tətbiqi gündəmdədir  

19:55
18 Mart

Nazir müavini: IV kurs tələbələrinin XİN strukturlarında təcrübəyə cəlb olunması genişləndirilir 

19:27
18 Mart

Məsud Pezeşkian İranın kəşfiyyat nazirinin həlak olması xəbərini təsdiqləyib  

19:08
18 Mart

Gürcüstanın yeni Katolikos-Patriarxı məlum olub

19:01
18 Mart

Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub YENİLƏNİB

18:55
18 Mart

Əhalinin gəlirləri açıqlanıb

18:43
18 Mart

İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb

18:41
18 Mart

Çin şirkəti Azərbaycanla yeni investisiya imkanlarının qiymətləndirilməsində maraqlıdır  

18:31
18 Mart

Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz olub  

18:23
18 Mart

DSX: Hərbi hissələrdə Novruz bayramı qeyd olunur

18:16
18 Mart

Sahibə Qafarova Gürcüstan parlamentinin sədrinə başsağlığı verib  

18:09
18 Mart

İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

17:53
18 Mart

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz artıb

17:49
18 Mart

Yanvar-fevral ayları ərzində Azərbaycanda hər bir istehlakçı ayda 635 manat xərcləyib  

17:41
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!