22 Oktyabr 2026 10:00
377
Elm və texnika
A- A+
Bəşəriyyətin qənimi - müharibələr

Bəşəriyyətin qənimi - müharibələr


Bəşər tarixinin özü qədər qədim olan müharibələr dünyanın ən böyük faciələrindəndir. İnsanların yaşadığı bütün acı təcrübələrə baxmayaraq, müharibələr bu və ya digər formada indi də davam edir. İnkişaf edən texnologiyalar müharibələrin formasını dəyişdirsə də, bu texnologiyalar müharibələrin aparıldığı bölgələri məhv edir, bəşəriyyətin başına qara duman kimi çökür. Müharibələr bir xalqın kimliyinin, mədəniyyətinin, onun özünəməxsus inanclarının, dilinin və dəyərlərinin məhvi ilə müşahidə edilir, fiziki, psixoloji, sosial və ekoloji zədələrə səbəb olur.

Silahlı qarşıdurmalar cəmiyyətin ailə, iqtisadiyyat və ətraf mühit kimi bir çox dəyərlərini məhv edərək insanların yaşam tərzini çətinləşdirir. Yaşanan ən böyük zədələrdən biri də insanın dünyasının alt-üst olması, keçmişinin yox edilməsi, gələcəyinin əlindən alınması, özünün isə çarəsiz və ümidsiz buraxılmasıdır. İstər dini, istər milli, istər siyasi, istər iqtisadi, istərsə də ekoloji maraqlar üçün başlanan müharibələrdə hədəfə alınan hər şey qeyri-mütənasib güc tətbiqi ilə yandırılır, dağıdılır və məhv edilir.

Müharibələrin insanlara vurduğu ziyana meşələrin və münbit torpaqların məhv edilməsi səbəbindən xammal itkiləri də əlavə olunur. Bu cür ekoloji dağılma iqlim dəyişikliyinə səbəb olur və insanlar ətraf mühitdən qaçqın düşmək məcburiyyətində qalırlar. Aktiv müharibə prosesinin və onun uzunmüddətli nəticələrinin iqlim dəyişikliyinə səbəb olduğu, ciddi və real problemlər yaratdığı danılmaz həqiqətlərdir. İsveçrə alimi Jan Jak Babelin hesablamalarına görə, son 600 ildə dünyada 14 min 513 müharibə baş verib. Bu müharibələr vaxtı bir çox flora və fauna növləri məhv edilib. Müharibə aparılması vasitələri inkişaf etdikcə isə təbiətə - ekologiyaya daha ciddi və daha geniş sahələrdə təsir göstərilir.

 Müharibə zamanı ekoloji zərər əsasən partlayışlar və yanğınlar nəticəsində meşələrin və bitki örtüyünün məhv olması, neft anbarlarının, zavodların və yanacaq obyektlərinin yanması ilə havanın zəhərli tüstüdən çirklənməsi, sursat qalıqları, ağır metallar və digər təhlükəli maddələrin torpağa və suya qarışması baş verir, bəndlər və sutəmizləyici qurğular sıradan çıxır, heyvanların yaşayış yerləri dağılır, onlar yaralanır və qida mənbələri itir, dağıdılmış binalardan, hərbi texnikadan və partlamış sursatlardan çoxlu tullantı yaranır.

 Müharibə gedişində meşələr əsasən artilleriya atəşləri, bombalar, yanğınlar, hərbi texnikanın hərəkəti və ağacların kəsilməsi nəticəsində zədələnir. Ağaclar yanır və meşə örtüyü azalır, quşların yuvaları və vəhşi heyvanların sığınacaqları məhv olur, torpaq eroziyası artır, münbit torpaq yağışla yuyulur, ağacların karbon qazını udmaq qabiliyyəti azalır, meşələrin su dövranını tənzimləməsi və iqlimi yumşaltması zəifləyir. Mina və partlamamış sursatlar meşələrə insanların və meşə təsərrüfatı işçilərinin təhlükəsiz girişini də məhdudlaşdırır. Buna görə bəzi ərazilərdə meşənin bərpası uzun müddət gecikir. Məsələn, BMT-nin məlumatlarında Ukraynada meşə yanğınları və partlayıcı qalıqların yaratdığı ekoloji təhlükələr xüsusi qeyd olunur.

 Su hövzələrinin çirklənməsi müharibələrin ən təhlükəli nəticələrindən biridir. Çünki insanların həyatı təmiz sudan asılıdır. Kənd təsərrüfatı və heyvanlar üçün də su son dərəcə gərəkdir. Müharibə zamanı suya neft və yanacaq məhsulları, partlayıcı maddələrin qalıqları və ağır metallar, dağıdılmış zavodlardan çıxan kimyəvi maddələr, çirkab suları və xəstəlik törədən mikroorqanizmlər, dağıntıların tozu və digər çirkləndiricilər qarışa bilir. Çirklənmiş su balıqların və digər su canlılarının ölümünə, içməli su ehtiyatlarının azalmasına və kənd təsərrüfatında təhlükəli məhsulların yetişdirilməsinə səbəb olur. Yeraltı sular çirkləndikdə problemin aradan qaldırılması xüsusilə çətinləşir. Məsələn, 2006-cı ildə Livanda elektrik stansiyasının bombalanması nəticəsində Aralıq dənizinə təxminən 10-15 min ton neft sızmışdı. Neft çirklənməsi sahilboyu ərazilərə, dəniz canlılarına və quşlara zərər vurmuşdu. 

 Torpaq təbiətin bərpası ən uzun çəkən sərvətlərindən biridir. Müharibə torpağa həm fiziki, həm də kimyəvi zərər vurur. Bombalar və mərmilər nəticəsində torpaq səthi dağılır, çuxurlar yaranır, ağır hərbi texnikalar torpağı sıxır, suyun torpağa hopması azalır. Torpaq yanacaq və kimyəvi maddələrlə çirklənir, bitkilərin inkişafı zəifləyir. Mina və partlamamış sursatlar əkin sahələrindən təhlükəsiz istifadəni çətinləşdirir, yanğınlar bitki örtüyünün itməsinə səbəb olur, eroziya və münbitliyin itirilməsi sürətlənir. Nəticə etibarilə məhsuldarlıq azalır, fermerlər torpaqlarını becərə bilmir, ərzaq istehsalı zəifləyir.

 Çirkləndiricilər bitkilərə keçərsə, qida zənciri vasitəsilə insanlara və heyvanlara da çata bilir. Müharibə heyvanlara birbaşa və dolayı yollarla təsir edir. Partlayışlar və yanğınlar heyvanların ölümünə səbəb olur. Səs-küy və daimi təhlükə isə onların yaşayış yerlərini tərk etməsinə gətirib çıxarır. Vəhşi heyvanlar yaşayış yerlərini, sığınacaqlarını və qida mənbələrini itirirlər, quşların yuvaları dağıldığı və qida zənciri pozulduğu üçün çoxalma imkanları azalır, balıqlar suyun kimyəvi çirklənməsi və oksigen səviyyəsinin azalması səbəbindən tələf olur, ev heyvanları və mal-qara sahibsiz qalır, yem və su çatışmazlığı ilə üzləşirlər. Həşəratlar və torpaq canlıları torpağın çirklənməsi və bitki örtüyünün məhv olması nəticəsində azalırlar. Bütün bunlar da təbiətin tarazlığını pozur. Adi bir misal: tozlandırıcı həşəratların azalması bitkilərin çoxalmasına və kənd təsərrüfatının məhsuldarlığına mənfi təsir göstərir.

 Bombalanan zavodlar və neft yanacaq anbarları, digər sənaye obyektləri yanarkən atmosferə tüstü, xırda hissəciklər və zəhərli birləşmələr buraxılır. Havanın çirklənməsi  insanlarda tənəffüs problemləri yaradır, quşlar, həşəratlar və digər canlılar zərər görür, bitkilərin yarpaqlarında çirkləndiricilərin toplanmasına səbəb olur. İstixana qazlarının artması ilə iqlim dəyişikliyi güclənir, çirkləndiricilərin yağışla torpağa və suya düşməsi baş verir.

 Təbii sərvətlərin, heyvanlar aləminin və mədəni irsin məhv edilməsi qarşısıalınmaz itkilərə səbəb olduğu kimi, mal-qaranın və su ehtiyatlarının zəhərlənməsi, kənd təsərrüfatı torpaqlarının və meşələrin yandırılması insanların su, qida və təmiz hava hüquqlarını da əlindən alır. Dünyanın təxminən 6 faizini hərbi bazalar, obyektlər əhatə edir. Bu obyektlərin istifadə etdiyi kimyəvi dərman və silahlar təbii həyatla yanaşı, istifadə etdiyi yüksək enerji, hərbi nəqliyyat vasitələri ilə ekologiyaya ciddi zərər vurur. İstifadə edilən silahlar və hərbi texnikalar ətraf mühitdə öz ciddi mənfi təsirlərini qoyur. Minalar, kaset sursatları və müharibənin digər partlayıcı qalıqları kənd təsərrüfatı torpaqlarını və su ehtiyatlarını metallar və zəhərli enerjili maddələrlə çirkləndirir. Adi silahlar belə zəhərli komponentlərə malikdir, digərləri, məsələn, tükənmiş uran radioaktivdir. Ağ fosfor kimi yandırıcı silahlar təkcə zəhərli deyil, həm də yanğın vasitəsilə yaşayış yerlərinə zərər verir. Nümunə üçün deyim ki,  hazırda məhdudlaşdırılsa da, kimyəvi "defoliantlar"ın geniş istifadəsi Vyetnamın geniş ərazilərində ictimai və ekoloji sağlamlığa xeyli ziyan vurub. Bu müharibədə  bombardmanlar nəticəsində 2 milyon hektar ərazi məhv edilib. 

 Bioloji, kimyəvi və nüvə silahlarının sınaqdan keçirilməsi, istifadəsi və daşınması təbiətə ciddi dağıdıcı təsir göstərir. Bu silahlar torpaq və su üzərində qalıcı təsirlər qoyaraq gələcək nəsillərin sağlamlığına birbaşa təsir göstərir. Bu, həm də yaşayış sahələrinin məhv edilməsidir. Bunun ən tanınmış nümunəsi, Vyetnam müharibəsi zamanı "Agent Orange" adlı herbisidin istifadəsidir. ABŞ bu herbisidləri partizan əsgərlərin gizləndiyi bataqlıqlara və meşələrə püskürdürdü. Bu zaman istifadə edilən 20 milyon qallon herbisid 4,5 milyon hektar kənd ərazisini məhv edib. Herbisid insanlarda və məməlilərdə əzələ və sümük xəstəlikləri və anadangəlmə anomaliyalar kimi təsirlər göstərir.

 Silahların istehsalı zamanı müəssisələrin atmosferə ötürdüyü karbon qazı da ciddi problemlərə səbəb olur. Məsələn, 2017-2018-ci illərdə Böyük Britaniya ordusunun yaratdığı tullantılar 60 ölkənin ümumi emissiyalarından çox olub. ABŞ ordusu 140 digər ölkənin ordusunun cəmindən daha çox karbon emissiyası istehsal edir. Bundan əlavə, hərbi obyektlərin yerləşdiyi yerlərdə torpaq və içməli su ehtiyatları təhlükəli kimyəvi maddələrlə (arsen, qurğuşun, asbest və s.) zəhərlənir. Bunlar həm insanlar, həm də təbiətdəki digər canlılar üçün böyük təhlükələr yaradır. Məsələn, bomba atıldığı zaman həmin ərazidəki insanlarla bərabər heyvanlar da dəhşətli şəkildə öldürülür, həmçinin yaşayış mühiti dəyişir, atılan bombanın səbəb olduğu kimyəvi çirklənmə, bombanın yaratdığı yüksək desibelli (dB) səslər heyvanların ölümlərindən əlavə fizioloji və psixoloji problemlər yaşamasına səbəb olur, biomüxtəlifliyin azalması, növlərin nəslinin kəsilməsi və s. ilə nəticələnir. 

 Dənizdən olan hücumlarda sualtı partlayıcıların istifadəsi və səs dalğaları dənizin altında yaşayan heyvanların həyatına ciddi təsir edən amillərdəndir. Bu partlayışlar zamanı yaranan təzyiq səbəbindən su altında yaşayan heyvanların ölümünə və ya ciddi zədələnməsinə səbəb olur. Müharibələr zamanı ən böyük ekoloji təhlükələrdən biri neft tankerləri və hərbi gəmilərin batmasıdır. ABŞ Milli Okean və Atmosfer Administrasiyası bildirir ki, neft sızmaları dəniz canlılarını zəhərləyir, qida zəncirini pozur və sahil ekosistemlərinə ciddi zərər vurur. Tarixdə bu cür hadisələrin nəticələri çox ağır olub. Məsələn, Atlantik okeanında baş vermiş "Prestige" tanker qəzası nəticəsində 60 min ton neft dənizə yayılmış və min kilometrlərlə sahil xətti çirklənmişdi. Ekspertlər hesab edir ki, müharibə şəraitində bu cür qəzaların qarşısını almaq daha çətindir və çirklənmə illərlə davam edə bilər.


(ardı var)


Valeh CƏFƏROV,

kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!