13 İyul 2025 09:00
572
SİYASƏT
A- A+
Bəd niyyət baş tutmayanda...

Bəd niyyət baş tutmayanda...


Rusiya Jurnalistlər İttifaqının "açıq məktub"u "Sputnik"in gizli məqsədlərini ört-basdır etməyə yönəlib  


Mətbuatdan "uzaq vuran" artilleriya kimi istifadə etmək mürtəce dövlətlərin ən çox istifadə etdiyi üsuldur. Keçmiş Azərbaycan-Ermənistan münaqişəsi zamanı ermənilər də mətbuatda hay-həşir salıb, dünya ictimaiyyətini çaşdırıb, uydurduqları yalanın fonunda fikir formalaşdırıb, himayədarları vasitəsi ilə ölkəmizə təzyiq edib məkrli planlarını həyata keçirə biləcəklərini düşünürdülər. 

Texnologiyanın inkişaf etdiyi, informasiyanın işıq sürəti ilə yayıldığı bir zamanda mediadan xarici siyasətə təsir aləti kimi istifadə etmək Rusiya Federasiyasının yararlandığı və suveren dövlətlərdə siyasi vəziyyəti gərginləşdirmək, sabitliyin pozulmasına yönəlmiş genişmiqyaslı kampaniyalar həyata keçirmək üçün istifadə etdiyi köhnə üsuldur...

Qanunların liberallaşdığı indiki vaxtda "azad söz", "demokratiya", "milli mədəniyyətin təbliği" kimi gəlişigözəl sözlərlə maskalanıb, informasiya vasitəsi yaradıb müstəqil dövlətlərin daxili işlərinə müdaxilə etmək də onların köhnə mərəzidir. Amma məsələ burasındadır ki, niyyət məkrli olanda "xoruzun quyruğu"nu gizlətmək olmur. Necə ki, Rusiyanın "Sputnik" agentliyi və onun əməkdaşları  əməllərini, fəaliyyətlərini gizlədə bilmədilər.

Görünən kəndə bələdçi lazım deyil. Əslində "Sputnik Azərbaycan"ın nə etmək istədiyi Rusiya Federasiyasında bu işi planlaşdıranlara da, bundan öz məqsədləri üçün istifadə edənlərə də, icraçılara da gün kimi aydın idi. Adamlar "mərkəz"dən verilən konkret plan və proqram əsasında çalışırdılar. Və bu zaman onlar yəqin ki, bir gün "su çanağının suda sınacağını" əvvəlcədən düşünməmiş deyildilər. Əslində "B" planını işə salmaq, yəni ölkəmiz əleyhinə daha çirkin kampaniya aparmaq, manupilyasiya etmək, rəy formalaşdırmaq üçün onlara da elə bu lazım idi. 

Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə əlaqədar beynəlxalq təşkilatlara, jurnalist və insan haqları birliklərinə ünvanladıqları açıq məktubda kadrarxası fiqurların konkret olaraq adları çəkilməsə də, məqsədləri görünür. Bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq, siyasi riyakarlığa bəraət qazandırmaqdır. 

Məktub müəllifləri o qədər də sadəlövh və məlumatsız deyillər ki, "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirdiklərinə görə yox, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq etdikləri üçün saxlandıqlarını bilməmiş olsunlar. Birmənalı qeyd etmək olar ki, həmin şəxslər FTX-nın tapşırıqlarını yerinə yetirmək üçün dəfələrlə Azərbaycana gələrək aldıqları tapşırıqları icra etməyə çalışıblar. O səbəbdən onların əməlləri aidiyyatı orqanlara konkret faktlarla dəqiq məlum olduğu üçün mövcud qanunvericiliyə tam uyğun və qanun çərçivəsində həyata keçirilən hüquqi tədbirdir. Bundan savayı, Rusiya xüsusi xidmət orqanlarının karyera zabiti, Baş Kəşfiyyat İdarəsi (QRU) ilə sıx əlaqədə olan, əvvəllər "Sputnik Cənubi Osetiya" agentliyinə, daha sonra isə "Sputnik Moldova"ya rəhbərlik edən Vitali Denisovun "Sputnik Azərbaycan"a bir müddət rəhbərlik etməsi də işin nə yerdə olduğunu göstərir. Xatırladaq ki, fəaliyyət göstərdiyi regionlarda Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə media resurslarından istifadə edərək kremlyönlü məlumat və təbliğat kampaniyalarına rəhbərlik edən Denisov təxribatçılıq fəaliyyətinə görə Azərbaycandan və Moldovadan qovulub. 

Sirr deyil ki, "Sputnik" kimi psevdomedia strukturlarından alət kimi istifadə edərək suveren dövlətlərdə sabitliyi pozmağa yönəlmiş cəhd göstərmək FR xüsusi xidmət orqanlarının iş üsulu, planlaşdırılımış hibrid strategiyanın tərkib hissəsidir. Bu kimi faktlar Avropa Şurası, Avropa Parlamenti, EUvsDisinfo və EDMO kimi aparıcı təşkilatların beynəlxalq hesabatlarında öz təsdiqini tapır, "Sputnik"in sadəcə bir xəbər agentliyi deyil, digər ölkələrin daxili siyasi proseslərinə müdaxiləyə yönəlmiş Rusiya dezinformasiya kampaniyasının əsas aləti olduğu xüsusi olaraq qeyd edilir. Bu baxımdan beynəlxalq ictimaiyyətin "Sputnik"in fəaliyyətinə reaksiyası tamamilə təbiidir. Təsadüfi deyil ki, agentlik 32 ölkədə, o cümlədən Avropa İttifaqının bütün 27 dövlətində, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada rəsmi olaraq qadağan edilib və ya bloklanıb.

 Bu məqamda bir məsələni də xatırlatmaq yerinə düşər. Zamanında 27 milyard dollardan çox büdcə ilə USAID ən böyük rəsmi yardım agentliklərindən biri hesab olunurdu. Azərbaycan hələ Donald Tramp hakimiyyətə gəlməmişdən əvvəl USAID-in ölkəmizdə fəaliyyət göstərməsi üçün hüquqi əsasın olmadığı və fəaliyyətinin dayandırılması barədə ABŞ rəsmilərinə qəti mövqe bildirmişdir. Bu faktı qeyd etməkdə məqsədimiz odur ki, Azərbaycan müstəqil siyasət yürüdən suveren dövlətdir. Öz ərazisində xalqımızın və dövlətimizin maraqlarına zidd olan hər hansı planın və proqramın həyata keçirilməsinə qəti imkan verməyib, bundan sonra da verməyəcək. Bunu gərək Rusiya Federasiyasının ölkəmizdə casus şəbəkəsi yaratmaq istəyənlər vaxtında anlamış olaydılar.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!