05 Mart 2026 16:13
134
CƏMİYYƏT
A- A+
Baş Prokurorluq: Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb

Baş Prokurorluq: Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb


Martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarəolunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib.

İlkin istintaq hərəkətləri ilə müəyyən edilib ki, pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsinin yaxınlığına düşüb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində mülki infrastruktur obyektinə, yəni Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasına və işinə əhəmiyyətli ziyan vurulub, eləcə də hava limanı xidmətlərinin işi qəsdən qanunsuz olaraq pozulduğundan Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirməli olan mülki hava gəmisi havada olarkən təhlükəsizlik məqsədilə Bakı şəhəri istiqamətində geri qayıtmağa məcbur olub.

Bundan başqa, hadisə nəticəsində dörd nəfər mülki şəxs:

Naxçıvan Hava Limanında xidmət aparan əməkdaşlar:

- 1986-cı il təvəllüdlü Vəliyeva Reyhanə Sabir qızı,

- 1996-cı il təvəllüdlü Zülfüqarlı Zülfüqar Məmməd oğlu,

- 1996-cı il təvəllüdlü Əsgərov Mehdi Mətləb oğlu və

- təyyarəyə minik gözləyən sərnişin 1998-ci il təvəllüdlü Cəfərov Əsəd Vidadi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkmiş şəxslərə müvafiq tibbi yardımlar göstərilib, hazırda xəstəxanada həmin nəzarəti altında müalicələri davam etdirilir.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq) və 270-1.3-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddələri ilə cinayət işi başlanaraq ibtidai araşdırmanın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Hazırda cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə hadisə yerinə baxış keçirilib, maddi sübutlar toplanıb, zərərçəkmiş şəxslərin və şahidlərin ilkin ifadələri alınıb, eləcə də müvafiq ekspertizalar təyin edilməklə çoxsaylı istintaq hərəkətləri icra olunur.

Bundan başqa, PUA-ların mənşəyi və idarəetmə marşrutu üzrə texniki araşdırmalar da aparılır.

İbtidai istintaq çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücumun bütün halları obyektiv, tam və hərtərəfli şəkildə araşdırılacaq, təqsirli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlərin icrası təmin olunacaq.

Baş Prokurorluq bildirir ki, mülki əhalinin və strateji infrastruktur obyektlərinin hədəf alınması beynəlxalq humanitar hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumatların verilməsi təmin ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:33
05 Mart

İranın xarici işlər naziri Naxçıvana dron hücumu ilə bağlı araşdırma başladığını açıqladı  

19:32
05 Mart

Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkəti dayandırılıb

19:31
05 Mart

Gürcüstan XİN Naxçıvana edilən pilotsuz təyyarə hücumu ilə əlaqədar bəyanat yayıb  

19:04
05 Mart

Nazir: Hədəfimiz Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirməkdir  

19:03
05 Mart

Nazir müavini: Enerji idarəçiləri sistemli qənaət tədbirlərinin əsas hərəkətverici qüvvəsidir  

18:39
05 Mart

İtaliya diplomatları İrandan təxliyə olunub

18:27
05 Mart

Ukrayna və Rusiya yeni əsir mübadiləsi həyata keçiriblər

18:21
05 Mart

Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil olunub

18:03
05 Mart

Qərbi azərbaycanlıların milli geyim irsinin nadir nümunələrinin toplandığı kitab  

18:01
05 Mart

Türkiyə XİN: Hər zaman olduğu kimi bundan sonra da Azərbaycanın yanındayıq  

17:57
05 Mart

İranın terrorçu hücumu cavabsız qalmayacaq

17:54
05 Mart

Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub  

17:53
05 Mart

Müharibə qiymətlərin artmasına səbəb olur  

17:48
05 Mart

Nazirlik: Əmək müqaviləsi ilə işləməyənin sosial təminat hüquqları yaranmır  

17:43
05 Mart

Prezident İlham Əliyev: İrana etiraz notası veriləcək 

17:36
05 Mart

Ukraynanın XİN başçısı İranın Azərbaycana qarşı hava hücumunu pisləyib  

17:33
05 Mart

Vitse-prezident: Los-Anceles Olimpiadası bizim üçün uğurlu ola bilər  

17:31
05 Mart

Qazaxıstanın xarici işlər naziri Naxçıvana dronla hücum barədə məlumatlandırılıb  

17:28
05 Mart

Aqrar Xidmətlər Agentliyinin sədri Ordubadda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

17:25
05 Mart

Nazirlik: İranın pilotsuz uçuş aparatı Naxçıvanda orta məktəb binasını hədəfə alıb

17:09
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!