05 Mart 2026 17:25
671
CƏMİYYƏT
A- A+
Aqrar Xidmətlər Agentliyinin sədri Ordubadda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

Aqrar Xidmətlər Agentliyinin sədri Ordubadda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib  


Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ordubad rayonundan olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qəbulda vətəndaşların müraciətləri əsasən güzəştli şərtlərlə kreditin alınması, texnikanın güzəştli şərtlə əldə olunması, suvarma suyu ilə təminat, bağ sahəsinin qeydiyyata alınması, cins damazlıq heyvanların güzəştli şərtlə alınması və digər məsələlərlə bağlı olub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verdiyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaş qəbulu başa çatdıqdan sonra AXA sədri Ordubad rayonunun Qoşa Dizə kəndində fermer Nəcəfov Samir Cəlal oğluna məxsus heyvandarlıq təsərrüfatına və Baş Dizə kəndində İsgəndərov Bağı Nağı oğluna məxsus meyvə bağına baxış keçirib, təsərrüfat rəhbərləri ilə görüşüb. Görüşlərdə heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yemlənməsi və meyvə bağlarında aparılan aqrotexniki tədbirlər barəsində fikir mübadiləsi aparılıb, müvafiq məsləhət və tövsiyələr verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib

12:53
16 Aprel

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun qurulması sürətlə davam edir

12:42
16 Aprel

İstanbulda Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılış mərasimi olub

12:40
16 Aprel

Azərbaycandan təbii qaz ixracı 6 faizdən çox artıb

12:37
16 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:33
16 Aprel

Milli Məclisin sədri İstanbulda Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

12:01
16 Aprel

Ötən gün 37 cinayətin açılması təmin olunub

11:41
16 Aprel

Azərbaycan nefti 113 dollara satılıb

11:36
16 Aprel

İran XİN: ABŞ-nin Hörmüz boğazını blokadaya alması atəşkəsin pozulmasına səbəb ola bilər  

10:50
16 Aprel

Dünyanın aparıcı dövlətlərinin mərkəzi bankları qızıl satışına başlayıblar

10:50
16 Aprel

Rusiya təxminən 6 min miqrantı ölkədən çıxaracaq

10:48
16 Aprel

Pentaqon: Kubada sadəcə bir sıra ehtiyat tədbirləri planlaşdırırıq

10:47
16 Aprel

Odessa raket və dron hücumuna məruz qalıb, azı 7 nəfər ölüb

09:47
16 Aprel

Mərkəzi Komandanlıq: Hörmüzdə ABŞ-nin blokadası başlayandan bəri 10 gəmi geri qaytarılıb  

09:39
16 Aprel

"Azərenerji" və Dünya Bankı nümayəndə heyətlərinin görüşü olub

09:00
16 Aprel

"Uğurlarıma görə müəllimlərimə minnətdaram"  

08:55
16 Aprel

Milli-mənəvi dəyərlərə bağlılıq nümunəsi

08:50
16 Aprel

Ot kökü üstə bitər

08:45
16 Aprel

Qeyri-neft sektoru üzrə ixracda aqrar və aqrar-sənaye məhsullarının çəkisi yüksəkdir

08:40
16 Aprel

Qardaş ölkə, strateji tərəfdaş

08:35
16 Aprel

Müasir şəhərsalmanın Azərbaycan nümunəsi

08:30
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!