12 İyun 2026 15:23
303
SİYASƏT
A- A+
Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb 

Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb 


Azərbaycanda keçirilmiş Dünya Şəhərsalma Forumunun XIII Sessiyası haqqında “Xalq” qəzetinin baş redaktorunun birinci müavini, Azərbaycanın Əməkdar jurnalisti Hümbət Musayevin “Bakı təhlükəsiz və dayanıqlı şəhərlər gündəliyi: WUF13 - Azərbaycan və Çin əməkdaşlığının yeni platforması” sərlövhəli məqaləsi Çinin “Sinxua” (Xinhua) agentliyinin və “Jenmin Jibao” qəzetinin rəsmi internet səhifələrində rus dilində yayımlanıb. Bu, Azərbaycanın qlobal şəhərsalma gündəliyində roluna, Bakıda keçirilmiş WUF13-ün beynəlxalq əhəmiyyətinə və Azərbaycan-Çin əməkdaşlığının yeni məzmununa nüfuzlu Çin mediaları tərəfindən göstərilən yüksək diqqətin ifadəsidir.

AZƏRTAC xəbər verir ki, məqalədə WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, təşkilatçılıq imkanlarının və davamlı şəhərsalma gündəliyinə töhfəsinin mühüm göstəricisi kimi qiymətləndirilir. Forumda təhlükəsiz, dayanıqlı, inklüziv və insan mərkəzli şəhərlərin qurulması məsələsinin qlobal müzakirənin mərkəzinə gətirildiyi xüsusi vurğulanır. Bu kontekstdə Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirdiyi bərpa-quruculuq işləri ölkənin müasir urbanizasiya yanaşmasının praktik nümunəsi kimi təqdim edilir. Forumun Qafqaz regionunda ilk dəfə keçirilməsi faktının özü Azərbaycanın coğrafi mövqeyini, sadəcə, Şərqlə Qərb arasında körpü kimi deyil, həm də qlobal şəhərsalma ideyalarının, davamlı inkişaf modellərinin və beynəlxalq əməkdaşlıq təşəbbüslərinin kəsişdiyi məkan kimi təqdim etməyə imkan yaradır.

Müəllif Azərbaycan-Çin xəttinə də xüsusi diqqət yetirir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin təməlinin qoyulmasında tarixi rolu, Prezident İlham Əliyevin bu siyasəti yeni dövrün çağırışlarına uyğun uğurla davam etdirməsi, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpinlə formalaşmış yüksək etimad mühiti vurğulanır. Si Cinpinin WUF13-ə xüsusi nümayəndəsini göndərməsi, Çinin yüksəksəviyyəli nümayəndəsinin Prezident İlham Əliyevlə görüşməsi və forum çərçivəsində Şanxay mükafatının təqdimatı Çinin Bakı forumuna verdiyi mühüm əhəmiyyətin göstəricisi kimi dəyərləndirilir. Eyni zamanda, Çin təcrübəsi “ağıllı şəhər”lər, yaşıl urbanizasiya, rəqəmsal idarəetmə, dayanıqlı nəqliyyat və şəhər-kənd inteqrasiyası baxımından Azərbaycan üçün mühüm öyrənilə bilən təcrübə kimi göstərilir.

Ümumilikdə məqalədə WUF13 Azərbaycanın beynəlxalq şəhərsalma gündəliyində fəal iştirakının, Bakının qlobal dialoq platforması kimi güclənməsinin və Azərbaycan-Çin əməkdaşlığının yeni istiqamətlər üzrə inkişaf potensialının ifadəsi kimi təqdim edilir. Bakı forumunun əsas mesajı ondan ibarətdir ki, gələcəyin şəhərləri yalnız texnologiya və infrastruktur üzərində qurulmamalı, şəhərlərin uğuru isə təkcə tikinti miqyası ilə deyil, insanların təhlükəsiz yaşayışı, iqlim risklərinə hazırlıq, sosial bərabərlik və şəhər mühitinin keyfiyyəti ilə ölçülməlidir. Onun əsas dayaqları təhlükəsizlik, sosial ədalət, iqlim dayanıqlılığı, ekoloji məsuliyyət və insan ləyaqətidir. Həmçinin mənzil artıq sadəcə olaraq sosial təminat məsələsi deyil, təhlükəsiz, inklüziv, dayanıqlı və insan mərkəzli şəhər modelinin əsas dayağıdır.

Qeyd edək ki, “Sinxua” Çin Xalq Respublikasının ən mühüm informasiya agentliklərindən biri olmaqla, ölkənin rəsmi xəbər və informasiya məkanında xüsusi yer tutur və Çin haqqında xəbərlərin beynəlxalq auditoriyaya çatdırılmasında aparıcı platformalardan sayılır. Sosial media hesablarının ümumi izləyici sayı 1 milyardı ötür. “Jenmin Jibao” isə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmi qəzeti kimi Çinin ictimai-siyasi və ideoloji informasiya sistemində xüsusi nüfuza malikdir, onun çoxdilli onlayn platforması Çinin mövqeyinin və beynəlxalq gündəmin geniş oxucu auditoriyasına çatdırılmasında mühüm rol oynayır. Saytlar mobil tətbiqlər və sosial media kanalları üzrə 940 milyondan çox oxucuya malikdir.

Bu baxımdan məqalənin hər iki nüfuzlu media resursunda yayımlanması WUF13-ün Bakı gündəliyinin beynəlxalq informasiya məkanında ciddi rezonans doğurduğunu, Azərbaycanın bu sahədəki uğurlarının geniş beynəlxalq auditoriyaya çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını göstərir.

Məqalə ilə aşağıdakı linklərə keçid etməklə tanış ola bilərsiniz:

https://russian.news.cn/20260610/5c470f8c1c494914b6aa38e7ff82c2d6/c.html

https://russian.people.com.cn/n3/2026/0611/c31520-20466295.html

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

03:04
13 İyun

Hava limanlarının (aeroportların) idarə edilməsi qaydası

03:03
13 İyun

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

19:38
12 İyun

İsveçrədə tarixi səsvermə: əhali sayını 10 milyonla məhdudlaşdırmaq təklif olunur

19:03
12 İyun

Dünyada hər 70 nəfərdən biri evini tərk etmək məcburiyyətində qalıb

18:58
12 İyun

İqlim istiləşməsi 4 il ərzində kritik həddi keçə bilər

18:50
12 İyun

HDQ-də döyüş atışlı taktiki təlim olub  

18:48
12 İyun

Nigeriyada kütləvi adamqaçırma təhlükəsi

18:41
12 İyun

Avropa İttifaqının yeni “Köç və Sığınacaq Paktı” qüvvəyə minir

18:33
12 İyun

Azərbaycan və Dünya Bankı yol layihələri üzrə tərəfdaşlığı genişləndirir

18:24
12 İyun

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

18:13
12 İyun

Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib

18:13
12 İyun

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

17:51
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır  

17:43
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

17:34
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!