07 Dekabr 2024 18:54
567
SİYASƏT
A- A+
Bakıda “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa təşkil olunub YENİLƏNİB

Bakıda “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa təşkil olunub YENİLƏNİB


Dekabrın 7-də ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov müstəqilliyimizin bərpasının xalqımız üçün tarixi bir nemət olduğu kimi, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıdığını söyləyib. Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini deyən Ə.Əhmədov bildirib: “Bu inkişaf təkcə iki ölkə arasında deyil, həm də beynəlxalq münasibətlər sistemində onların nüfuzunun artmasına və qlobal arenada daha fəal mövqe tutmalarına imkan yaradıb”.

Parlament sədrinin birinci müavini, həmçinin diqqətə çatdırıb ki, dünya çox sürətlə dəyişir, təbiət dəyişir, insanlar da dəyişir. Cəmiyyət də dəyişir və çox təəssüflə qeyd etmək lazımdır ki, bir sıra hallarda bütün bu dəyişikliklər insanlara acılar gətirir. İkinci Dünya müharibəsindən sonra yaranan beynəlxalq münasibətlər sistemi və beynəlxalq hüquq indi ağır böhran içərisindədir. Acı həqiqət ondan ibarətdir ki, artıq proses geriyə dönməz xarakter alıb.

Onun sözlərinə görə, artıq dünya beynəlxalq münasibətlər sisteminin, beynəlxalq hüququn yeni reallıqlara uyğunlaşdırılmasına məhkumdur. “Təəssüflə qeyd etmək lazımdır ki, İkinci Dünya müharibəsindən sonra hüququn ali olmasını təmin etmək məqsədilə yaradılmış beynəlxalq münasibətlər sistemi də, beynəlxalq hüquq sistemi də çöküb və bunun alternativi olaraq güc amili meydana gəlir. İndi güc beynəlxalq hüququn çox ciddi alternativinə çevrilir. Səbəb də ondan ibarətdir ki, beynəlxalq münasibətlər sistemi də, beynəlxalq hüquq da indi yaranmış dünya reallıqlarına lazımınca cavab verə bilmir”, - deyə parlament sədrinin birinci müavini əlavə edib.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay ölkələrimiz arasında münasibətlərin xüsusi əhəmiyyətə malik olduğunu deyib. Bildirilib ki, iki ölkə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq bütün siyasi məsələlərin fövqündə dayanır, milli maraqlar çərçivəsində qiymətləndirilir. Bu münasibətlərin güclənməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə Türk dünyası üçün mühüm töhfələr verir.

F.Oktayın diqqətə çatdırıb ki, bu il Azərbaycan parlamentinin 106-cı ildönümü ilə yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk dəfə seçkilərin keçirilməsi ilə əlamətdardır. “Bu, ölkənin demokratik inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. İlk dəfə olaraq azad edilmiş ərazilərdə xalqın iradəsi seçkilər vasitəsilə parlamentə əks olunub. Bu proses Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi və demokratik dəyərlərin təntənəsi baxımından xüsusi əhəmiyyət kəsb edir”, - deyə o əlavə edib.

Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunan TBMM-in komitə sədri vurğulayıb ki, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi vacib məsələdir. Bu cür beynəlxalq tədbirlər iki qardaş ölkə arasındakı əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir.

Daha sonra konfransda “Parlamentlərin ictimai diplomatiyada rolu” mövzusunda müzakirələr aparılıb.

Müzakirələrdə Milli Məclis sədrinin müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Orhan Erdem, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, TBMM-in üzvü Nurhayat Altaca Kayışoğlu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, TBMM-in Türkiyə-Avropa İttifaqı Birgə Parlament Komitəsinin həmsədrinin müavini Konur Alp Koçak çıxış ediblər.

Tədbirdə Azərbaycan və Türkiyə parlamentlərinin ictimai diplomatiya sahəsindəki rolu, ortaq layihələrin həyata keçirilməsi, regional və qlobal çağırışlara birgə cavab vermək məqsədilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də əməkdaşlığın dərinləşdirilməsi və ictimai diplomatiyanın səmərəliliyinin artırılması istiqamətində məsələlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır  

22:08
24 Yanvar

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

20:00
24 Yanvar

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırıb  

19:23
24 Yanvar

Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib

18:56
24 Yanvar

“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 

18:47
24 Yanvar

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

18:09
24 Yanvar

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib  

17:57
24 Yanvar

Danimarkanın Baş naziri Trampın NATO-nun Əfqanıstan missiyası barədə sözlərini pisləyib  

17:32
24 Yanvar

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

16:10
24 Yanvar

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

16:01
24 Yanvar

İraq İŞİD-dən olan əcnəbi məhbusları ölkələrinə təhvil verməyə başlayır

15:53
24 Yanvar

Braziliya Çin vətəndaşları üçün vizanı ləğv edir

15:39
24 Yanvar

Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqlar davam edir

14:52
24 Yanvar

Astanada Konstitusiya islahatları komissiyasının ilk iclası keçirilir

13:49
24 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq

13:09
24 Yanvar

Hərbi attaşe: Azərbaycan və Türkiyə şəhidləri cəsarət və fədakarlıq mücəssəməsidir

12:01
24 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib: Yolların buz bağlama ehtimalı var!

10:56
24 Yanvar

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

10:38
24 Yanvar

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

10:36
24 Yanvar

Tramp: Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik

10:34
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!