13 Oktyabr 2025 18:46
621
SİYASƏT
A- A+
Bakıda Azərbaycan-İran əməkdaşlığının aktual məsələləri müzakirə olunub  

Bakıda Azərbaycan-İran əməkdaşlığının aktual məsələləri müzakirə olunub  


Oktyabrın 13-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə İran arasında münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlər, xüsusilə də nəqliyyat-tranzit, energetika, gömrük və digər sahələr ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantılarının inkişafı layihəsi çərçivəsində Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil yolları körpüsünün və gömrük-sərhəd infrastrukturunun tikintisi üzrə işlərin yekunlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi ilə bağlı gündəlikdə duran aktual məsələləri nəzərdən keçiriblər.

Qeyd olunub ki, “Şimal-Cənub” dəhlizi ilə daşımaların həcmi 2025-ci ilin 9 ayı ərzində 8,3 faiz artıb və bunun da 10,4 faizi avtomobil, 2 faizi isə dəmir yolu daşımalarının payına düşür.

Dəhliz boyunca infrastrukturun genişləndirilməsi istiqamətində görülən işlərin uzlaşdırılmış şəkildə aparılmasının və yükdaşımaların həcminin davamlı artımının təmin edilməsinin mühüm önəm kəsb etdiyi bildirilib. Bu kontekstdə dəhlizin vacib komponenti olan Cənub Yük Terminalının tikintisi üzrə işlərin tamamlanmasının əhəmiyyəti vurğulanıb.

Həmçinin Astaraçay çayı üzərində inşa olunmuş avtomobil körpüsünün tam gücü ilə işə salınması üçün görüləcək zəruri tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Tərəflər, eyni zamanda, Bakıda keçirilən Azərbaycan-İran-Rusiya görüşünün üç ölkə arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişləndirilməsi baxımından önəmini qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əhali kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərcləri 33,4 faiz artırıb

19:43
11 Sentyabr

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 faizədək artıb

19:30
11 Sentyabr

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib

19:13
11 Sentyabr

Qafqaz romantizminin nakam şairi: Nikoloz Barataşvili və Azərbaycan

19:10
11 Sentyabr

ABŞ-də 11 sentyabr terror aktlarının 25-ci ildönümü qeyd olunur

19:07
11 Sentyabr

Diplomatik korpusun nümayəndələri Şuşada YENİLƏNİB 

19:00
11 Sentyabr

Azərbaycan komandası çimərlik polosu üzrə "See Breeze 2026" beynəlxalq turnirinə qələbə ilə başlayıb

18:55
11 Sentyabr

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib

18:47
11 Sentyabr

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

18:30
11 Sentyabr

SOCAR Bakı İqlim Fəaliyyəti Həftəsində metan emissiyalarının azaldılması strategiyasını təqdim edib

18:23
11 Sentyabr

Azərbaycan muzeylərinin nadir eksponatları: Devis kvadrantı – əsrlər əvvəl dənizçilər Günəşə əsasən yolu necə tapırdılar?

18:15
11 Sentyabr

Ermənistanın mina xəritələrini təqdim etməməsi müharibə fəsadlarının aradan qaldırılmasını çətinləşdirir 

17:49
11 Sentyabr

Azərbaycanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda səfərdədir

15:11
11 Sentyabr

Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir

14:45
11 Sentyabr

“BBC”: Yaxın Şərqdəki gərginlik səbəbindən neft, qaz və borclanma xərcləri artıb

14:30
11 Sentyabr

Almaniyada inflyasiya son 2,5 ilin ən yüksək həddinə çatıb

14:23
11 Sentyabr

Süni intellekt modellərinin bioloji silahlar üçün istifadə olunduğu hallar aşkarlanıb

14:17
11 Sentyabr

Filippində yanğın baş verən gəmidə xilasetmə işləri davam edir

14:13
11 Sentyabr

İqlim dəyişikliyi Afrikada malyariya xəstəliyinin yayılma xəritəsini dəyişir

14:05
11 Sentyabr

“AzərEnerji”: Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik verilişi xəttinin layihələndirilməsi üzrə işlər görülüb

14:00
11 Sentyabr

Türkiyə-Azərbaycan V Enerji Forumunun Protokolu imzalanıb

13:55
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!