Bakı Hüqüq Mərkəzi oxucuların suallarına cavab verir
Mənzilimi qardaşımın götürdüyü kreditə görə ipotekə qoymuşdum. Qardaşım vəfat edib. Qardaşımın yeganə vərəsəsi arvadıdır və buna görə də qardaşımın adına olan avtomobili öz adına keçirib. Ancaq qardaşımın arvadı banka olan borcu ödəmir. Bank isə borcu mənim mənzilim hesabına bağlamaq istəyir. Qardaşımın ölümü şəraitin əhəmiyyətli dəyişməsi kimi qiymətləndirilə bilərmi? Bu halda ipoteka müqaviləsi də ləğv edilməli deyilmi?
Aydın Novruzov,
Sumqayıt şəhər sakini
Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı qaydalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 422-424-cü maddələrində nəzərdə tutulmuşdur. MM-in 422-ci maddəsi çərçivəsində müqavilənin ləğv edilə bilməsi üçün konkret olaraq aşağıdakı şərtlər mövcud olmalıdır:
1. Müqavilə bağlanan zaman tərəflərin nəzərə almadığı və əvvəlcədən görülməsi mümkün olmayan bir hal meydana çıxmalıdır (m. 422.1). Bu hala müharibə başlaması, səfərbərlik elan edilməsi, ölkənin hər yerini əhatə edən qeyri-qanuni tətillər, təbii fəlakətlər və sairəni nümunə göstərmək mümkündür;
2. Yeni hal (şərait) borcludan asılı olmayan (qaynaqlanmayan) bir səbəblə meydana çıxmalıdır. Başqa sözlə, sözügedən hal obyektiv və ümumi xarakter daşımalıdır. Borclu öz təqsirli davranışı nəticəsində öhdəliyi icra edə bilməzsə, onda MM-in 422-ci maddəsinə əsaslana bilməz.
3. Meydana çıxmış yeni hal (şərait) müqavilənin bağlanması zamanı mövcud olmuş faktları elə dəyişməlidir ki, yeni şərtlərdə öhdəliyin icrasının borcludan tələb edilməsi vicdanlılıq və ədalət prinsiplərinə zidd olsun (m. 422.2.2 və 422.2.3).
4. Borclu müqavilənin yeni şəraitə uyğunlaşdırılmasını və ya ləğvini tələb etməlidir (m. 422.2).
5. Öhdəliklər icra edilməmiş olmalıdır (m. 422.1). Başqa sözlə, öhdəlik icra edilmişsə, onda müqavilənin ləğvinin tələb edilməsi mümkün deyildir. Çünki icra, öhdəlik və müqavilənin ortadan qaldırılması nəticəsini doğurur (m. 528: “Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir”). Bu mənada ortadan qalxmış öhdəlik və müqavilənin dəyişən şəraitə uyğunlaşdırılması (dəyişdirmə və ya ləğv) mümkün deyildir.
Sizin qeyd etdiyiniz halda şəraitin əhəmiyyətli dəyişməsindən söhbət gedə bilməz. Başqa sözlə, kredit müqaviləsi üzrə borclunun vəfatının şəraitin əhəmiyyətli dəyişməsi ilə heç bir əlaqəsi yoxdur. Burada sadəcə olaraq öhdəliyin borclu tərəfində universal hüquq varisliyinə söykənən dəyişiklik olmuşdur. Kredit borcu miras passivi kimi qardaşınızın arvadına keçmişdir, yəni bankla bağlanmış kredit müqaviləsinin tərəfi (borcalan) kimi o, miras qoyanı/ərini əvəz etmişdir (MM, m. 1133.1, 1151.1).
Bu hal sizinlə bank arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi üçün əsas deyildir. Belə ki, 522.1-ci maddəyə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. MM-in 525-ci maddəsinə görə, tələb üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi nəticəsində ləğv edilir. Əgər tələb üçün ipoteka mövcuddursa, kreditorun ipotekadan etiraz etdiyi zaman baş verən eyni nəticələr baş verir. Əgər zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxs razılıq verərlərsə, bu göstərişlər tətbiq edilmir. Bu mənada kredit müqaviləsi üzrə əvvəlki borclunu (qardaşınızı) yeni borclunun (yəni arvadının) əvəzləməsi hər hansı iradi (müqavilə) deyil, qanuni (universal hüquq varisliyi) əsasa söykəndiyindən ipoteka müqaviləsinin ləğvi üçün əsas yoxdur.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şuşa rayonu ərazisində mina hadisəsi baş verib
22 Sentyabr
Milli Məclisdə Asiya Parlament Assambleyasında təmsil olunan bir sıra nümayəndə heyətləri ilə görüşl...
22 Sentyabr
Xarici KİV-lər Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəticəsində regionda yaranan vəziyyəti d...
22 Sentyabr
Yaşar Güler: Qarabağda aparılan antiterror tədbirlərinə Ermənistanın öhdəliklərini yerinə yetirməməs...
22 Sentyabr
Hikmət Hacıyev: Reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var
22 Sentyabr
Sabah əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir
22 Sentyabr
Co Bayden süni zəka ilə bağlı çağırış edib
22 Sentyabr
Ukrayna və ABŞ birgə silah hazırlayır
22 Sentyabr
NATO-dan ABŞ-a ÇAĞIRIŞ
22 Sentyabr
Yerevanın mərkəzində kütləvi aksiyalar davam edir
22 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

Şərtləri diktə edən İlham Əliyevdir02 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!