19 Dekabr 2025 18:23
136
SİYASƏT
A- A+
Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  


Dekabrın 19-da Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində nazirliyin, Medianın İnkişafı Agentliyinin və media subyektlərinin nümayəndələrinin iştirakı ilə cari ilin yekunlarına dair seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Qonaqlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasına uyğun olaraq cari ildə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

“Media və Kommunikasiya” sahəsində seminarda Müdafiə Nazirliyi tərəfindən kommunikasiya, o cümlədən media və ictimaiyyətlə əlaqələr sahəsində görülən işlər, vətəndaş müraciətlərinin cavablandırılması və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, hərbi təhsil sisteminin təşkili, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları ilə bağlı brifinqlər təqdim edilib.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazov tədbirdə çıxış edərək bildirib ki, Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı ictimaiyyətin operativ qaydada məlumatlandırılması məqsədilə cari ildə nazirliyin rəsmi veb-səhifəsində (www.mod.gov.az) Azərbaycan, rus və ingilis dillərində 700-dək məlumat yerləşdirilib, nazirliyin rəsmi feysbuk səhifəsində 1330-dan, teleqramda 1050-dən, instaqramda 1300-dən, “X”də isə 800-dən artıq paylaşım edilib.

Nazirliyin rəsmi internet səhifəsində hərbi-vətənpərvərlik və digər mövzularda keçirilən tədbirlərlə bağlı 3 min 200-dək foto və 240-dan artıq videomaterial yerləşdirilib.

2025-ci il ərzində “Azərbaycan Ordusu” qəzetinin 90, “Azərbaycan Ordusu” qəzetinin xüsusi buraxılışı olan “Sipər” jurnalının isə 4 nömrəsi dərc edilib.

Həftənin 5 günü internet üzərindən yayımlanan Ordunun Səsi Radiosunun bu günədək 79 canlı efiri olub.

Bu il ərzində media nümayəndələrindən Azərbaycan, rus və ingilis dillərində daxil olan 20-dək sorğu cavablandırılıb, çəkilişlə bağlı daxil olan 370-dən çox müraciət araşdırılıb və çəkilişlərin təşkil edilməsi üçün zəruri kömək göstərilib.

İctimaiyyətin dəqiq, dolğun və operativ məlumatlandırılması, media ilə işin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinə, nazirliyin idarə və xidmət, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinə, işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrə mediaturlar təşkil olunub. Mediaturlar çərçivəsində hərbi qulluqçularla görüşən jurnalistlər onlardan müsahibələr alıb, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin təşkili, sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə tanış olublar.

Hesabat dövründə kommunikasiya sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə hərbi və dövlət qulluqçuları xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak ediblər.

Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq qərarına əsasən, vətəndaşların ayda bir dəfədən az olmayaraq, əvvəlcədən tərtib edilmiş qəbul siyahısına əsasən, qabaqcadan bildirilən günlərdə və saatlarda Baş İdarə, İdarə rəisləri və ya digər vəzifəli şəxslər tərəfindən qəbulu təşkil olunub.

Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinin “Müraciətlər” bölməsinə və elektron poçt ünvanına 33 min 683, “Qaynar Xətt” nömrələrinə isə 35 min 124 nəfər vətəndaşın müraciəti daxil olub. Daxil olan müraciətlər araşdırılaraq aidiyyəti üzrə müvafiq qaydada istiqamətlər üzrə göndərilib və cavablandırılması təmin edilib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən tədbirdə Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq 2026-cı ildə də müvafiq tədbirlərin planlı şəkildə həyata keçiriləcəyi diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!